Səhifələr

3/23/2011

iherb alış-verişim = Queen Helene nanəli üz maskası + Hugo Naturals bədən losyonu

Soyuq qışdan çıxdıqdan sonra, makiyaj və sairə demişkən, üzə əməlli-başlı qulluq etməyin vaxtı çatıb. Qışda çox maskadan istifadə etmədim, amma yazda mütləq lazımdı - artan günəş dərimizi yaxşıca zədələyir:/ İnternetdə araşdırarkən, iherb.com deyə bitki özlü, vitaminlərdən tutmuş nə bilim saf bitki köklərinə kimi hər şeyi uyğun qiymətə satan, Türkiyə və Azərbaycana sifariş göndərə bilən saytı kəşf etdim! 28 fevralda verdiyim sifariş 10 gün sonra əlimdə idi. Pis deyil. Bu da içindən çıxan dəriyə qulluq vasitələrim:

Əvvəla, yaxşı qablaşdırılmışdı. Losyon və maska nə axmışdı, nə də dağılmışdı. Keçək məhsullara:
Queen Helene nanəli maska haqqında Vespa Girl Makeup blogunda oxumuşdum. Elə onun sayəsində bu möhtəşəm saytı kəşf etdim! Mənim kimi qarışıq/yağlılığa meylli dərisi olanlar üçün yaradılıb elə bil! Üzərində də yazılanlara görə, civzələri, qara nöqtələri təmizləyir, məsamələri kiçildir. Hələ 2 həftədi istifadə edirəm, qlobal dəyişiklik hiss etməmişəm:D Amma üzü tərtəmiz edir, qara nöqtələrimdə azacıq azalma var;) Üzə çəkdikdən sonra 15 dəqiqə gözləyirəm, quruyur və pambıqla silə-silə yuyuram. Dərimi dərindən elə təmizləyir ki, həmin gün ərzində heç bir yağlılıq hiss etmirəm, nəfəs alıram rahatca:D Nanəli olması üzü xəfifcə yandırır, amma dözmək olur:D İndi bunu həftədə TBS çay ağacı maskası ilə növbələşdirərək 2 dəfə tətbiq edirəm. Qiyməti çox yaxşıdı, 3.83 ABŞ dolları, özü də yekədi, 226qr:D Ehtiyata yığmağı düşünürəm. Queen Helene-nin palçıq və üzüm toxumu maskaları da var, onları da ələ keçirməyi planlayıram:D


Maska almışkən, dedim, bədən losyonlarına bir göz atım. Gördüyüz Hugo Naturals markalı, vanil və portağal qoxulu (mmmm, dadlıdı!) 236ml-lik üz və bədən losyonunu alıb atdım zənbilimə. O qədər sevdim ki bunu! Məhsul təptəzədi! Qoxusu da portağal qabıqlarından bişirilən vanilli tort kimidi! Nəmləndirməsi də qənaətbəxşdi! Toxuması çoox yumşaqdı, ağırlıq yaratmır dəridə. Heç bir qaşıntı yaratmadı. Üzümə də rahatlıqla çəkirəm. The Body Shop losyonları ilə başa-baş gedir! Qiyməti 9.99 ABŞ dollarıdı. Yenə də alacam böyük məmnuniyyətlə.

Ümumilikdə, iherb.com sevimli məkanıma çevrildi. Facebook-da da səhifəsinə qoşula bilərsiniz. İlk alış-verişinizdə  ADO390 kupon kodunu daxil etsəniz, 5 ABŞ Dolları endirim də əldə edəcəksiniz! Fürsəti qaçırmayın, qızlar;) Gözəl qalmanız diləyilə...

2 comments:

Horizon said...

aaa mene de laizmdi bunnannaaa:( men de istirem.. sayti acdim ama qabaginda yazib out of stock :D

Eva said...

Biy elə təzə baxmışdım, var idi, istək siyahıma belə atmışdım:D Tez-tez yenilənir ehtiyat, Afa. Həftədə 1-2 dəfə yoxla:)