Həddən çox dəyişiklik etdiyim məhsul varsa, o da üz maskasıdır. Bundan qabaqkı yazılarımda da bir sıra üz maskalarından danışmışdım, bu gün də təsadüfən keçən yay İdealda endirim zamanı İdeal bonus kartımla ödənişsiz aldığım ilk İsrail gözəllik məhsulundan - Jericho Premium markasının parabensiz Aktiv Palçıq maskasından söz etmək istəyirəm.
1 aydır ki, hər həftə sonu üzümü bu qaramtıl maskaya bürüyürəm. Ölü dəniz mineralları, B və E vitaminləri ilə zəngin maska özü haqqında deyir ki, artıq yağı əmir, hüceyrəni yeniləşdirir, qara nöqtələri təmizləyir. Lavanda və avokado yağı dərini təmizlədikdən sonra sakitləşdirir.
Hiss etdiyim odur ki, qara nöqtələrim olduqca azalıb (tam yox olmayıb), üzüm maskadan sonra nəmli və yumşaq hiss edir. Yağlı dərim olsa da, dərimi qurutmadan təmizləyir. Ona görə razılığımı bildirirəm. Vau vau qeyri-adi bir şey etməsə də, nə təsvir edibsə onu da edir = )
Rəngi qaramtıldı, üzə çəkəndə evdəkilər sizdən qorxmasın = ) Toxuması çox zərifdi. Üzə çəkib quruyandan sonra yuyanda elə bil qurumuş palçıq tökülür, əl-üzyuyanın dibini bağlaya bilər, ehtiyatlı olun.
Jericho Premium Aktiv Palçıq maskası svoçu |
Bəs sizin sevimli həftə sonu məhsulunuz nədi?
No comments:
Post a Comment