Səhifələr

12/17/2010

Garnier Dəriyə Qulluq

Yurdun otağından yeni bir postla qarşınızdayam:D Bu dəfə Garnier təcrübəmdən yazmaq istərdim. Garnier Essentials üz təmizləyici gel və losyonu (yaşıl rəngdə olanlar) normal və qarışıq dərilər (sızanaqsız) nəzərdə tutulub. Gündəlik səhər və ya axşam istifadə etmək olar, amma mən ancaq axşamlar edirəm, nəsə mənə rahat olur belə:) Çox xoş əsl bitki iyi verir, Garnierin də ən sevdiyim xüsusiyyəti elə budu. Çox yüngüldü, ağırlıq hiss etdirmir. 

Uzun mavi borucuq isə dəri baxımı kremidir və Garnier Pure seriyasının problemli dərilər üçün olan kremidir (Essentials seriyasının kremi qalmadığından bunu aldım, yaxşı ki də almışam:D ) Makiyaj astarı kimi də istifadə edirəm, çox rahat və fərahdı, üzümün nəfəs aldığını hiss edirəm, dəhşət xiyar iyi verir:D Bu üç məhsulu dalbadal axşamlar (gel + losyon + krem) sürtürəm və yatıram. Aşağıda gördüyünüz balaca krem isə Garnierin Skin Naturals Seriyasından olan Vitamin Radiance gündəlik nəmləndirici kremidi. StrawberryNETdən almışdım nə ümidlərlə, amma adi nəmləndiricidən başqa bir şey deyil. Əllərimə, ayaqlarıma çəkirəm, vəssəlam:D

Qiymətlərinə gəlincə, tam xatırlamıram, amma gellə losyonun hər birini hardasa 8.90 TL-ə, baxım kremini 10TL-ə, cıqqılı Garnieri isə 11 USD-ə almışdım. Bakıda bir az baha olar bəlkə də, amma Bakıda Garnieri İdealdan, ya da Ramstore-dan ala bilərsiniz.

Bəs sizin Garnier təcrübəniz necədi? Nələri bəyənirsiniz, bəyənmirsiniz?

2 comments:

Afaq said...

o dehset xiyar iyi verir cumlesini gorende koptum gulmekden yaaa :DDDD
bes sizanaqli deriler ucun hansi losyon istifade etmek lazimdi? mende problemdiee o biri sagalir biri cixir :D sonra da leke qalir uzumde :(((

Eva said...

Hehe :) dear, əgər sızanaqlı dərin varsa və xroniki hal alıbsa, ən yaxşısı dermatoloqa getməkdi, belə halda risk almaq olmaz. Əks reaksiya vəziyyəti daha gərginləşdirə bilər. Bəlkə də daxili orqanlarında problem var və üzünə vurur. Məsələn, məndə mədə-bağırsaq problemidi, səndə başqa şey ola bilər.