Səhifələr

2/27/2011

İnanılmaz Flormar Kampaniyası - Sürmeden Çıkmam blogunda! (Sona çatdı!)

Dediyim kimi, mart ayı o qədər çox hədiyyə kampaniyaları keçirilir ki! Bunlardan biri əsl Flormar sevəri üçün bayrama çevriləcək qədər inanılmazdı! Sürmeden çıkmam blogunun sahibəsi Flormarın yalnız makiyaj vasitələrindən ibarət böyük bir hədiyyə ilə qazananı mükafatlandıracaq.

Təptəzə Flormar məhsullarını əldə etmək istəyirsinizsə, 20 mart 2011 tarixinə kimi Sürmeden çıkmam bloguna bir göz atın;) Uğurlar olsun!

2/25/2011

Oriflame Loves me...

Haha:D Oriflame məni, mən də Oriflame-i sevirəm:D bu ayrı məsələ. Amma bu gün sizə Oriflame-in 14 fevral sevgililər günü üçün xüsusi olaraq, buraxdığı Loves me... seriyasından danışmaq istəyirəm. Bakıda 1az baha olduğundan, Türkiyə kataloqundan aldım bu ciciləri. Əslində, çobanyastığını elə də sevmirəm, sadəcə, paketinə vuruldum və sınaqdan keçirmək istədim - elə əl kremim də bitmişdi, duş gelim də.


Gördüyünüz cicilər sağdan sola Loves me... əl kremi, sabun və duş kremidir (!). Əvvəla, deyim ki, Oriflame yenə qablaşdırmaları ilə təccübləndirir məni. Bunların elə üzünə baxanda adamın içi açılır:)
Əl kremindən başlayaq. İnanılmaz dərəcədə yumşaq, əriyən teksturalıdır. Dəriyə düşməsi ilə əriməsi bir olur. Nəmləndirməsi normaldı, çobanyastığı qoxusu isə az-çox qalır. Amma mən bu qədər zərif əl kremlərini xoşlamıram. Əl kremi gərək əlimi əlcək kimi qorusun, ya da elə hiss etdirsin. 
Duş kreminə gəlincə, kremdən çox gel formasındadır, hələ də başa düşə bilmirəm ki, niyə duş kremi adlandırırlar bunu. Yaxşı köpüklənir, xəfif toxumalıdı, amma qoxusu uzun müddət qalmır (guya hansı duş geli uzun müddətlidir ki). Normal duş vasitəsi axtarırsınızsa, işinizə yarayar.
Sabunu isə hələ açmamışam:D Ürəyim gəlmir düzü:))
Bu 3 şirinəyə Oriflame Türkiyənin 2-ci kataloqda 8.90 TL ödədim, yəni cəmi 4.5 AZN-dən daha az! Qiymət-keyfiyyət mütənasibliyi kifayət qədər yaxşıdı məncə. Siz də sınaqdan keçirmək istəsəniz, hər iki ölkənin 3-cü kataloquna baxa bilərsiniz:)

2/23/2011

Alışveriş Dellysi-den 2011-ci il hədiyyəsi:D (Sona çatdı!)

Nə deyim, vallah, hədiyyə kampaniyaları dalbadal gəlir, xeyirli olsun:D Bu səfər də sizə sevə-sevə blogunu izlədiyim, postları ilə ürəyimi oxuyan Alışveriş Dellysinin keçirdiyi 2011-ci il üçün xüsusi hədiyyə kampaniyasından bəhs etmək istəyirəm. Hədiyyələrə Avon, Bourjois, ELF, Max Factor, Claire's markalarının dəriyə qulluq və makiyaj markaları daxildir.


Kampaniyada iştirak etmək üçün buraya tıqtıqlaya bilərsiniz. Uğurlar olsun!  ^^

2/21/2011

Oriflame Hair X saça qulluq

Hə, əzizlərim, Bakıda Oriflame-in 2-ci kataloqu əlimə keçəndən sonra gedib-gəlib bir çanta dolusu şey aldım:D dəhşətəm də O_o odur ki, uzun müddət Oriflame-dən yazacam, hazır olun:D Həm sizin tərəddüd etdiyiniz məhsul olarsa, fikriniz aydınlanar, həm də Oriflame-in artan məhsul çeşidi ilə tanış olarsınız. Elə isə, saça qulluq vasitəsindən başlayaq.


Oriflame-in yeni buraxdığı Hair X saça qulluq vasitələrini forumlarda çox tərifləyirdilər, mən də 2-ci kataloqdakı paket fürsətindən yararlanıb yağlı saçlar üçün olan Hair X Pure Balance şampun və kondisionerini aldım. İkisinə 6.49 AZN verdim, əslində 250 ml-lik məhsullar üçün bahadı (700 ml-lik Elidor şampununu 8 Tl-ə almağa alışan mənim üçün:D). Saçları mənim kimi yağlanmağa meylli insanlara azacıq da olsa, köməyi dəyir. Məs: mənim saçım yuduğumun 2ci gunu yağlanır artıq, Pura Balance-dən istifadə etdikdən sonra isə 3-cü gün yağlanır, yəni ləngimə müşahidə olundu:) Amma şampunun xoşuma gəlməyən xüsusiyyəti gec köpüklənməsidi:/ başımı yaxşıca qaşıyıram ki, yaxşıca köpüklənsin:D Kondisioneri də çox yüngüldü, sadəcə, saçı yumşaldır, amma sürüşkən etmir. Yenə bu məhsulu alaram mı? Yəqin ki Pura Balance-i yox, Hari X Repair Therapy seriyasını alıb sınaqdan keçirəcəm: saçlarım yaman qırılır :( Təcrübələrimi yenidən bölüşəcəm;)
Bəs siz Oriflame Hair X seriyasından hansısa məhsulu istifadə etmisinizmi? Bir faydasını gördünüzmü?:)

2/19/2011

HobiCafe-dən hədiyyəm gəldiiii!!!

Əzizlərim, poçt almağı elə çox sevirəm kiii, inanmazsınız! Surprizləri xoşlayan hər kəs məncə, poçta başqa gözlə baxır:D Keçən günlərdə əziz Cerenin HobiCafe blogundakı bir yarışa qatılmışdım və yarışın sonunda qazanmasam belə, Cerenciim qazanmayanları da düşünüb çox xoş bir hərəkət etdi - bizə də gözəl bir hədiyyə yolladı. Bu gün əlimə keçən kimi dərhal sizinlə bölüşmək və Cerenə xüsusi təşəkkürlərimi çatdırmaq istəyirəm :)


Dore paketində gələn polyak markası La Rive Girls seriyasından Beach girl EDP-si qarşınızdaa:D İnternetdə araşdırdım və çox sevildiyinin şahidi oldum. Bu ətirin təsviri firmanın rəsmi saytında belə verilir:

"Həssas, şirəli qoxu, hisslərlə dolu, hər qadın üçün mükəmməl.
Meyvəli/çiçəkli/sitrus notları hətta ən vasvası insanın əhvalını qaldıracaqdır.

Üst notlarda laym, hind qozu, şaftalı.
Orta notlarda banan, ananas.
Alt notlarda müşk, kəhrəba, səndəl ağacı."


Həqiqətən, çox xoş, xəfif, sitrus qoxusu, eleqant şüşəsi yayı xatırladır. Sevə-sevə istifadə edəcəyəm və səni xatırlayacağam, əziz Ceren HobiCafe. Bir daha çox təşəkkür edir və yeni müsabiqələrdə görüşməyə ümid edirəm:) Uğurlar olsun!

2/17/2011

Flormar Nail Art NA03 və NA07 - NotD

Nəhayət, keçək dırnaqlara:D Dünən etdiyim Flormar dırnaq boyası bazarlığımdan danışmaq istəyirəm. Əslində, çoxdandı şöhrətini duyduğum Flormar Neon rənglərdən almaq üçün getmişdim, amma bu dırnaq sənəti (nail art) məni yoldan çıxartdı:D elə də bacarıqlı olmadığım dırnaq məsələlərində risk almağa qərar verdim.


Gördüyünüz bu rənglər Flormar NA03 (narıncı) və NA07 (açıq yaşıl) nömrələridi. Fləşlə çəkdiyim üçün rənglər aydın olmaya bilər O_o fırçaları nazikdi və dırnaq üstündə fərqli naxışlar qoymağa imkan verir. Alan kimi dayanamadım və otaq yoldaşımın təhriki ilə dərhal açıb dırnaqlarımı bəzədik:D Beləcə, bu NotD (Nail of the Day) alındı:D


Daradadaaamm! Canım otaq yoldaşım Dəryanın əl işi:) dünən bir saat bunlarla məşğul olmuşuq. Bir az əziyyətli olsa da, belə çılğın bir şey alındı:D Qırmızı NA olmadığı üçün Booty-nin qırmızı dırnaq boyasından, alt qatda isə Flormar Neon NO06 nömrəli sarıdan istifadə etdik. Amma əgər dırnaq astarınız varsa, onu altdan çəkmək, üstünə ağ sadə dırnaq boyası çəkib nail artla bəzəmək və ən üstə də dırnaq örtüyü (top coat) çəkmək məsləhətdi. Bu addımlar izlənilsə, həm dırnaq daha az zədələnər, həm rəng daha qalıcı olar. Hələ bunları ala bilmədiyim üçün belə püjdədik:)


Şəkillər fləşlə çəkilmişdir:) Nail artları Flormar standlarında axtarmaq lazımdı. Çeşid-çeşidi varmış və qiymətləri normal dırnaq boyasından baha olur. Mən bunlara kampusdan aldığım üçün hərəsinə 3 TL verdim, amma bundan daha ucuz tapa bilərsiniz:)
Əzizlərim, bəs sizcə dırnaqlarım necə alınıb? Fikirlərinizi bilmək istəyirəm;)

2/15/2011

2010-cu ildə dərimin sevdikləri :)

Hə, 2010-cu ildəki sevimli makiyaj məhsullarımdan sonra indi növbə ötən ildə dərimə etdiyim qulluq zamanı sevimlimə çevrilən cicilərdədi. Hazırsınızsa, başlayaq ;)

Qısa bir ön söz deyim. Ümumiyyətlə, əgər dəri gözəl və sağlam deyilsə, ən bahalı makiyajın belə köməyi olmayacaqdır (olsa belə, uzun müddət davam etməyəcəkdir). Üzdə civzələr ola-ola ona qulluq etmədən makiyajla ört-basdır etməyə çalışmaq dərini heç cür yaxşılaşdırmır, əksinə, vəziyyətini pisləşdirə bilər. Bu məntiqlə yola çıxaraq, yeniyetməlikdən bu yana dərimin nələr çəkdiyini anladım və ona əlimdən gəldiyi qədər qulluq etməyə çalışıram.

Təmizləyici gel, losyon və tonik: 2010-cu ildə heç bir gel, losyon və ya tonik ümidlərimi doğrultmadı. Garnier-ə ümid edirdim, amma dermatoloqum yazdığı dərman preparatlarından başqa gel istifadə etməməyimi tövsiyə etdi. Odur ki, bir paket Garnier təmizləyici gel, losyon və tonikim istifadə edilmədən qalıb şkafda. Odur ki, 2010-cu ilin sevimli geli, losyonu və toniki yoxdur:D

Üz kremi: Üzüm yağlı/qarışıq tip olduğundan, nəmləndiricidən az istifadə etməyə çalışıram. Ən az gündə bir dəfə bəs edir. Hamamdan çıxandan sonra mütləq üzə nəmləndirici çəkmək lazımdır ki, hamam istiliyinin dərini qurutmasının qarşısını alsın. Bu il sevə-sevə istifadə etdiyim üz kremim Arnaud İnstitut Hydra Touch nəmləndiricisidir. Sağ olsun, İdeal mağazasının satıcısı məsləhət gördü və yaxşı da eləyib:D Bu nəmləndirici krem dərini kifayət qədər nəmləndirir; üzündə narahatedici təbəqə hissi duymursan və dərinin nəfəs aldığını hiss edirsən. Yağlı/qarışıq dərili adamları narahat edəcək qədər nəmlilik yaratmır. Keçən ilə bu kremi 15 AZN-ə almışdım, 50 ml-dir. Artıq dibinə çatmağa az qalıb:( Bakıya gedən kimi ehtiyatımı doldurmalıyam. Ya da TBS-in nəmləndiricilərini sınaqdan keçirəcəm.


Duş geli: Düzünü desəm, hamamda fərqli qoxular hiss etməyi sevirən, odur ki, sabit, daim istifadə etdiyim duş gelim yoxdur. Lakin 2010-cu ildə hansı duş geli əvəzedilməz oldu - deyə soruşsanız, TBS-in duş gellərini qeyd edərdim, xüsusilə, TBS Neroli Jasmin duş geli inanılmaz hisslə bürüyür insanı. Duşdan heç çıxmaq istəmirəm... Amma təbii ki, bu geli xüsusi günlərə saxlamışam, çünki cəmi 200 ml-di. Qənaət edirəm:D

Bədən losyonu: Əlbəttə ki, bədən baxımını da unutmaq olmaz. Keçən il ilk dəfə bədən losyonundan istifadə etməyə başladım, çünki dərimin duşdan sonra nəmə ehtiyacı olduğunu indi hiss edirəm (ya da son vaxtlar bədənimə daha çox fikir verməyə başlamışam). Hər halda, TBS-lə başladım bədən baxımında bu ilin sevimli bədən losyonu təbii ki, TBS Spiced vanilla oldu. Bir dəfə The Body Shopdan istifadə edəndən sonra çeşidli və orijinal qoxular arasında seçim etməkdə çətinlik çəkəcəksiniz, mənim kimi:D

Makiyaj təmizləyicisi: Əlbəttə ki, bir tələbənin ən yaxşı makiyaj təmizləmə dostu makiyaj təmizləmə salfetləridi:D paket-paket bitirdiyim bu salfetlərin markasına heç vaxt baxmıram:D Amma L'orealın buraxdığı Olay markalı göz makiyajı təmizləmə kremi ilə tanış olana kimi, bu salfetlərdən başqasını tanımırdım. Belə ki, nə qədər ağır makiyaj etsəm də, bu kremin bircə pırtı bəsdi ki, gözlərimi tər-təmiz etsin. Qoxusuzdur və ağ rənglidir. Tək mənfi cəhəti, gözə düşdükdə göynətməsidi, onun üçün kremi pambıqla silərkən, diqqətli olmaq lazımdır.


Depilyasiyon baxım: Yeniyetməlikdən bu yana bu tük çıxartma məsələsi bir problemdi, depilyasiyadan sonra dəriyə qulluq ayrı problem:/ İllərdir depilasiya üçün Veet kremindən istifadə edirəm və ötən il də, sadəcə, epilyasiya aləti almaqla, bir az krem alma tezliyimi azaltmış oldum, amma yenə də kremdən əl çəkə bilmirəm. Veet kreminin hər depilyasiya kremində olduğu kimi, mənfi cəhəti tükləri uzun müddət yox edə bilməməsidi. 3-4 günə tüklər əvvəlki performansına yiyələnirlər:D Veet depilyasiya zolaqları isə gözlədiyimdən yaxşı çıxdı və ilin sevimlisinə çevrildi. İstifadəsi rahat, təmizdi. Üzümdəki artıq tükləri həssas dərilər üçün olan zolaqlarla alıram və foto epilyasiyaya getməyə ehtiyac qalmır:D Aşağıda sağda gördüyünüz Veet kremi isə depilyasiyadan sonra istifadə üçündür. Qıcıqlanan, qızaran yerlərə çəkməklə, rahatlanmaq olur. 2010-un kəşfi və sevimlisi də bəhz Veet depilyasiyadan sonra baxım kremidir.


Ayaq baxımı: Yenə 2010-cu il ayağıma qulluq etməyə başladığım ilə çevrildi və Orifleymin ayaq kremi ilə ayağın da dincəlmə haqqı olduğunu anladım:D Düzdü, məndə tərləmə əleyhdarı ayaq kremidi, amma ayaqlarımı eyni zamanda, nəmləndirir. Ayaq kremində bu ilin kəşfi və sevimlisi olaraq Orifleymin tərləmə əleyhdarı ayaq kremini elan edirəm:D

Əl baxımı: Əlimə nə desəz, çəkirəm. Krem 21-dən tutmuş Garniere, Orifleymdən tutmuş TBS-ə qədər hər şey. Sabit deyiləm bu mövzuda. Əslində, əlim çox həssasdır, bir az soyuq olan kimi qızarır və qabıq verir, krem seçərkən, əslində, diqqətli olmalıyam O_o 2010-cu ildə istifadə etdiyim və "yenə də alaram" dediyim əl kremim isə The Body Shop Spiced Vanilla əl kremidi. Gözləmədiyim qədər nəmləndirir və ən vacibi, əli uzun müddət nəmli saxlayır. Bacım çox bəyəndi, ona bağışladım. Amma ümid elirəm, cicimi yenə TBS mağazalarında görə biləcəm...

Bax belə:) Bu da mənim 2010-cu ildə kəşf etdiyim və ya sevimlimə çevrilən dəriyə qulluq məhsullarım. Nə demək olar, ümidvaram, 2011-ci il daha bərəkətli və fərqli markalarla dolu keçər;) Daim yeniliklərlə dəyişikliyə doğru;)

2/13/2011

2010-cu il makiyaj sevimlilərim!

Bəli, Sevgililər gününə az qalmış artıq yenə Ankaradayam:) Fürsət varkən, gec də olsa, sizlərlə 2010-cu ildə sevə-sevə istifadə etdiyim ve yanımdan ayırmadığım, rahatlıqla tövsiyə edəcəyim makiyaj məhsullarımdan danışmaq istəyirəm. 

Tonal krem: düzü, tonal kremdə hələ də ürəyim istəyəni tapmamışam və fərqli markalardan istifadə etməyi xoşlayıram. Amma mütləq və mütləq bir yerdə qərar tutmaq lazımdı:/ çünki tonal kremi düzgün seçmək və üzümüzün onu qəbul edə bilməsi çox vacibdir. İl boyu istifadə etdiyim tonal kremlərdən Bourjois-nın maye tonal kremindən razı qaldım. Mənimki açıq rəngli idi və dərimin nəfəs almasına imkan verirdi. Sadəcə, tonal kremlərdəki o qoxunu heç sevmirəm, Bourjois-nın bunda günahı yoxdu vallah:D bəlkə ona görə də bu tonal kremlərdə qərar tuta bilmirəm. Amma nə demək olar, 2010-un tonal krem gözəlçəsi bu oldu:)

Pudra: Elə də çox pudra istifadə etmədiyim üçün bu il ancaq Flormarın pudrası ilə Arezia dəstimin pudrasından istifadə etdim və Areziankından razı qaldım:D Flormarınkı üzdə maska kimi görünürdü. Arezianınkı isə daha xəfif və yüngüldü. Bu pudraya baxmaq üçün Arezia haqqında olan yazıma keçə bilərsiniz.


Ənlik: Həə, bax bu, başqa məsələ. Top ənlikləri çox sevirəm, çünki dərinin təbii rəngini gücləndirir və süni görünmürlər. Bu il həm terracotta, həm də top ənlikdə Golden rose ümidlərimi doğrultdu. Top ənlikləri yaxşı, təbii rəng verir, terracotta star dust ənliyi isə gecə makiyajımın ayrılmaz hissəsinə çevrilib. Golden rose terracotta ənliyi haqqında yazıma buradan baxa bilərsiniz.



Göz qələmi: karandaş kimi göz qələmlərinə üstünlük verənəm, çünki dərim yağlı olduğundan, maye qələmlər gözümdən axır (yəqin tanış mənzərədi xD). Odur ki, bu il çox fərqli markalarda göz qələmi istifadə etdim, ən xoşuma gələn - axmayan, daha çox qalıcı və gözü yandırmayan PUPA markasının 09 nömrəli qara göz qələmidi.  Digər ucunda isə çəkilən xətti yaymağa imkan verən fırça kimi başlığı vardır. Yeyib-yeyib sonuna gəlmişəm artıq yazığın :D Ondan sonra aldığım nə Flormar, nə Orifleym onu əvəzləyə bilmədi. Odur ki, 2010-un sevimli göz qələmi PUPA elan olunur :)


Tuş: tuşa gəlincə, yenə də fərqli marka tuşları sınaqdan keçirməyi sevirəm. Bu il Bourjoisdan tutmuş Flormara kimi çox markadan istifadə etdim, lakin İsaDora markasının Lash Booster Mascara qara tuşdan əl çəkə bilməyəcəyimi anladım. Bir ildən çoxdur ki (!) məndədi və artıq qatılaşmağa başlayıb və kirpiklərimi artıq yapışdırır (tuşu hər 4-5 aydan bir dəyişmək lazımdı, mənim kimi eləməyin O_o). Amma neyləyim ki, əlim gəlmir atmağa. İsaDora tuşunun bircə zərbəsi bəsdir ki, kirpikləri uzatsın və həcm versin. Ayırmağı da yaxşıdı. Fırçasının formasından da bunu görə bilərsiniz. Ən qısa zamanda İsaDora ehtiyatımı doldurmalıyam;) Hələlik dünən Maybelline-dən aldığım tuşu sınaqdan keçirəcəm, onun haqqında yeni yazımı gözləyin;)


Göz kölgəsi: Gözlərim ətli olduğundan, ümumiyyətlə, kölgədən az istifadə etməyə çalışıram, çünki kobud görsənir. Bu il ancaq Arezianın göz kölgəsi palitrasından və Orifleymdən aldığım qələm göz kölgəsindən istifadə etdim. İkisi də qənaətbəxş nəticə yaradır, amma Orifleymin Very me qələm göz kölgəsi mənim üçün yaradıldığından, ondan əl çəkə bilməyəcəyimi anladım:D Bu qələmin verdiyi rəng və işıq əsl istədiyim kimidir, qalıcılığı 6 saatdan çox olur və çəkilməsi rahatdır. Doymuram da bundan, neyləyim:D Məhdud buraxılış olmasına baxmayaraq, yenə onu çıxaracaqlarına ümid edirəm O_o 2010-un sevimli Orifleym qələmi haqqında burdakı yazımdan oxuya bilərsiniz.

Dodaq boyası: Ən sevdiyim mövzu:D Dodaq boyalarına gəlincə, nələrdən istifadə etmədim kiii! Stik pomadalardan 2010-un sevimlisi Oriflame Power Shine Festive pomadalarıdı. İndiyə kimi, bu qədər rahat çəkilən, işıq və rəngi çox gözəl verən və kobud qalmayan pomadam olmamışdı! Hər kataloqda mütləq bir dənə Power shine alıram:D Bu yazımda, Power Shine Festive haqqında oxuya bilərsiniz.

Dodaq parıldadıcısına gəlincə, 2010-da sevə-sevə istifadə etdiyim və dibinə daş atdığım yenə Bourjois Effect 3D Max parıldadıcılarıdı. Dünən YKM-də Bourjoislarda 50% endirim vardı, çox xərc elədiyimdən ala bilmədim, amma qısa zamanda cicilərə qovuşacam;)



Dodaq balzamı: Təbii ki, The Body Shopun dodaq balzamları 2010-cu ilin bir nömrəli balzamlarıdı! Düzdü, dodaqlarım çox qurumur, amma bu şirin dadlı, qoxulu və nəmləndirici balzamlar dodaqlarımı rahatlandırmağa və nəmli görünməyə imkan yaradır. TBS balzamlarını istifadə etdikdən sonra dodaq balzamı xəstəsi olacaqsınız:D TBS balzamları haqqında oxumaq üçün buraya tıqtıq;)

Dodaq kremi: Bourjois So Delicate dodaq kremini istifadə etməzdən qabaq, ümumiyyətlə, dodaq kreminin varlığından xəbərim yox idu. Xəfif rəng verən bu krem tutqun görünüş yaradır və dodaqları qurumaqdan qoruyur. Yenə də dibinə çatdığım bu dodaq kremi 2010-da istifadə etdiyim yeganə dodaq kremi olmasına baxmayaraq, sevimlimə çevrilə bildi;)



Bu da son:) 2010-cu ildə sevə-sevə istifadə etdiyim və əl çəkə bilmədiyim makiyaj məhsulları haqqında fikirlərimi sizlərlə bölüşdüm. Bəs sizin 2010-cu il sevimliləriniz hansılardı? 2011-də nələrdən əl çəkə bilməyəcəksiniz?:)

2/08/2011

Sevgililər gününə az qalmış Mor Kelebekdən hədiyyələr! (Sona çatdı!)

Ay kampaniyalar bitmək bilmir:) Əziz Mor Kelebek yoldaşımız bayramqabağı hədiyyə kampaniyası keçirir. Elə gözəl hədiyyələrdi ki, saymaqla bitməz. Macdan tutmuş Maybelinə kimi nə hədiyyələr var:D məncə, siz də bir göz gəzdirin;) Mor kelebeke təşəkkürlər :) Hamımıza bol şans :))

Makyaj Günlüğündən bol hədiyəli yarış :D (Sona çatdı!)

Bilmirəm niyə, amma Hacerin videosunu izləyən kimi, ordakı bir çox məhsulu əslində sınamaq istədiyimi hiss etdim:D Xüsusilə, TBS çantasından ötrü ürəyim getdii!! O_o Saymaqla bitməyən hədiyyələrin mənə çıxmasını istəyərdim, indi görək də :) siz də bəxtinizi sınamaq istəyirsinizsə, Hacerin Makyaj günlüğünə tıqtıqlayın ve anketi doldurun;) Hər kəsə uğurlar! ~_~

2/06/2011

Butiksuudan super hədiyyələr gəlir! (Sona çatdı!)

 Ay amaan!! Necə şirin hədiyyələr oynanılır Butiksuunun blogundaa :D siz də hədiyyə qazanmaq istəyirsinizsə, buraya tıqtıqlayın və Butiksuunun kampaniyasında iştirak edin! Hamıya bol-bol uğurlaar! ^^

2/03/2011

Türk markası Golden Rose

Türk kosmetika markaları ilə davam edirik. Bu dəfə Azərbaycanda özünə çox yaxşı yer eləyən Golden Rose-dan danışmaq istəyirəm. Axır vaxtlar yaman çox tez-tez adını eşidirik, TV proqramlarına sponsorluqda, reklamlarda çox görürük. Yəqin dırnaq boyasından istifadə etmisiniz. Tez tapıla bilməsi də onu sevilən markaya çevirir. Düzü, mən də Ankaraya gedənə kimi ancaq Golden Rose-un dırnaq boyalarından istifadə edirdim, amma əvvəl tərəddüd etsəm də, başqa məhsullarını da sınamağa qərar verdim :)


Gördüyünüz soldan sağa 07 nömrəli stik tonal krem101 nömrəli Terracotta ulduz tozu ənlikdir.

Düzünü deyim, indiyə kimi ilk dəfə idi ki, stik tonal kremdən istifadə edirdim, amma indi bu cici şey fövqəladə hallarda xilaskarımdır. Əvvəl deyim ki, yüksək örtmə qabiliyyətinə malikdi, hətta bəlkə lazım olandan da çox :D rahat çəkilir və üstü pudra ilə qapananda yağlılığı hiss olunmur. Bu tonal kremdən razı qalmadığım yeganə xüsusiyyəti qəribə plastilin iyinin gəlməsidi. Əvvəllər çox narahat olurdum ki, dərimə ziyanı olar, amma çox şükür indiyə kimi heç bir narahatlıq və ya qıcıqlanma ilə qarşılaşmamışam. Düzü, bundan çox vaxt korrektor kimi istifadə edirəm, gozaltıma və ya qəfil çıxan civzəmə çəkirəm, yaxşıca örtür. Yenə bu məhsulu almaram amma, rahatlıqla onu əvəz edə biləcəyimi düşünürəm;) Odur ki, hələ də əl çəkə bilməyəcəyim tonal krem axtarışlarım davam edir:D


Ənliyə gəlincə, əsl mən deyəndi!! Həm xəfif parıltı verir, qalıcılığı ortadı və qızılı-qəhvəyi rəngini çox yaxşı göstərir. Xüsusi günlərimdə məhz bundan istifadə edirəm. Gözlədiyimdən yaxşı çıxdı ;) Bir çox bahalı markalara daş çıxarar türklər demiş:D Həm də 10 qramdi, işlət işlət bitməz:D 

 Qiymətlərinə gəlincə, düzü, Azərbaycandakı qiymətlərdən xəbərim yoxdu. Ankaradan mən bu cütlüyə noyabr ayında 24 TL verdim, deyəsən, ənlik 18 TL idi. Qiyməti də münasibdi. Məncə, belə markalara da şans vermək lazımdı, həqiqətən də, bahalı markaların rahat əvəzedicisi ola bilər. Bunlardan başqa, dodaq məhsullarını da sınamaq istiirəm, alıb istifadə edən kimi mənfi və müsbət cəhətlərini yazacam;) Golden Rose-un məhsul çeşidini görmək üçün buraya tıq-tıq ;) Golden Rose mövzusunu başlatmışkən, yaxın günlərdə bir çox dırnaq boyası ilə qarşınızda olacam, stay tuned! ;)

2/01/2011

Chanel hədiyyəsi gəlir Buketin blogundan! (Sona çatdı!)

Oxucularım, bu fürsəti sizə bildirmədən keçmək istəmirəm. Sevimli moda bloggeri Buket Poyraz Chanelin Makiyaj Dəstini bir bəxtli oxuyucusuna hədiyyə edəcək:D Makiyaj dəstini görmək və Buketlə tanış olmaq istəyirsinizsə, buraya tıqlaya bilərsiniz. Uğurlar olsun! ^_^