Səhifələr

Showing posts with label göz layneri. Show all posts
Showing posts with label göz layneri. Show all posts

4/04/2011

ELF krem göz layneri - Bənövşəyi Gavalı (Plum Purple)

Yenə qayıdaq ELFə:D Keçən həftə 2-ci ELF sifarişimdə gələn və çoxdandı sınamaq istədiyim ELF krem göz laynerindən danışım. Düzü, ilk dəfədir ki, krem göz laynerindən istifadə edirəm (qələm tipli laynerlər favorimdi!), onunçün digər markalarla müqayisə edə bilməyəcəm, sorry:/Gələk, cıpcıqqlı laynerin qablaşdırılmasına:

Ebaydən aldığım gel göz laynerinin ölçüsünü görüb şoka düşdüyümdən, burda şok keçirmədim:D Yaxşı qablaşdırmadı, amma yanında bu cıqqılı layner fırçasını niyə verirlər, anlamıram! Həm qalındı fırçası, həm də zorla əlində tuta bilirsən, qaldı ki çəkmək:D Deyim ki, rəngi çox vermir, neçə dəfə üst-üstə çəksəm də, nəsə çəkir, amma tünd bənövşəyi rəng deyil. Göz qapağımın altına çəkdiyim halda, yaxşıca rəngi göründü, üst qapaqda deyəsən, kölgə səbəbindən, rəngini yaxşı göstərmir:/ Aşağıdakı şəkillər gün işığı və ya fləşlə çəkilmişdir:


Gördüyünüz kimi, gün işığında az çox rəngi bəlli olur. Fırçası yaxşı deyil, məndə də başqa layner fırçası olmadığından məcbur bundan istifadə edirəm, amma ELF gərək bu fırçanı verməsin, məcbur qalıb yaxşı layner fırçası alaq:D Soruşsaz ki, yenə alarsan? Deyərəm, HƏ! Çünki başqa alternativim yoxdu hələm xD Qızlar, bəs siz hansı krem layner tövsiyə edərdiniz?

3/29/2011

2-ci ELF sifarişim! :D




Nəhayət dünən 2-ci ELF sifarişim gəldi:D Həmişəki kimi 1 həftəyə əlimdədi! Gördüyünüz cicilər: ELF Get The Look - Glitz and Glam dəsti, ELF Get The Look - Smokey Eyes dəsti, normal seriyadan pomada Gypsy və Seductive, ELF studio fırça şampunu, ELF mineral pomada - Party Pink, ELF studio krem göz layneri - bənövşəyi, ELF normal seriyadan Shimmer Eyeliner Pencil (Parlayan göz qələmi) - Boldly Bronzed (Cəsur bürünc), ELF normal seriyadan Brightenening eye color (parladan göz kölgəsi) - Butternut (Fındıq yağı) və ELF Christmas Face - Üz Spreyi! Bir sözlə, söküldüm:D Aldıqlarımdan istifadə edib qısa zamanda təqdimatlarla qarşınızda olacam. O vaxta kimi, özünüzə gözəl baxın, qızlar ;) Muaahh :*

3/28/2011

E.L.F. Kosmetikası = Natural Radiance Ənlik + Göz Astarı və Göz Layneri + Göz qapağı astarı + Minerallı Üz Astarı

Aman Allahım! Bu kosmetikanı kəşf etdiyimdən bəri elə hey alıram! Allah axırını xeyir elesin, sökülmüşəm:D Bu yaxınlarda yaman çox E.L.F yazıları görəcəksiniz:D 
E.L.F. haqqında bir az danışım. Amerika Birləşmiş Ştatlarının buraxdığı Eyes Lips Face yalnız Veb sayt vasitəsilə ucuz və eyni zamanda, rəqabətə davamlı məhsullarını satmaqdadır. Amerikada "1 dollarlıq kosmetika" kimi bilinən bu marka Birləşmiş Krallığın saytında 1.50, 3 və 3.50 funt sterlinq qiymətinə Avropaya, eyni zamanda, Türkiyə və Azərbaycana satılır, minlərlə sevəri də var. Geniş məhsul çeşidinin ucuz olmasına baxmayaraq (marka ucuz olmasının səbəbini məhsullarının qablaşdırmasına xüsusi bəzək vurmaması ilə əlaqələndirir), bir çox böyük firmalarla rəqabət edə bilir. Elə isə gələk mənim ilk E.L.F. sifarişimə:D 2 həftəyə çatdı əlimə.

 Soldan sağa ELF peşəkar seriyasında Natural Radiance Blusher (ənlik), ELF Eye primer and Liner Sealer (Göz astarı və layner yaradan), ELF eyelid primer (göz qapağı astarı) və Mineral İnfused Face Primer (Minerallı Üz Astarı). Bu cicilərə göndərmə pulu ilə 16.45 funt sterlinq ödədim. Pis deyil. Aşağıda da qutudan çıxmış formaları:

Başlayaq, 1.50 funtluq göz qapağı astarından. 

Göz kölgəsinin uzun müddət gözdə qalması, təkcə onun piqmentliliyindən və toxumasından asılı deyil. Yaxşı astar kölgənin uzun müddət və öz rəngində qalmasını təmin edir, bir neçə saat sonra belə kölgə uçub getmir. Düzü, ELF-in bu eyelid primer dediyi astarı elə də super deyil, kölgənin ömrünü uzadır, amma qələmin yox:D Qabından azacıq çıxarıb göz qapaqlarına çəkib əlimlə yayıram (fırça ilə də edə bilərsiniz), sonra göz makiyajımı edirəm. Bir az iyi qəribə gəlmişdi ilk dəfə açanda, amma sonra öyrəşdim deyəsən:D Aşağıdakı svoçda sol tərəfdə astarsız, sağda isə eyelid primer-lə çəkdiyim Arezianın qəhvəyi kölgəsini görürsünüz:


İndi keçək, 3.50 funtluq ELFin studio seriyasından aldığım göz astarım və maye layner yaradanıma.

Gördüyünüz pomadaya bənzər tərəfi astardı. Yenə eyni qaydada çəkirəm, amma bu astar yuxarıda bəhs etdiyim digər astardan daha zəifdi, elə-belə yüngül makiyaj - nə bilim, dənizə gedib edəndə makiyaj çəkmək istəyirsinizsə və ya "astarın olması astarsızlıqdan yaxşıdı" deyib kölgənizi bir az vurğulamaq istəyirsinizsə, işinizə yaraya bilər. Aşağıdakı svoçda solda eye primer və sağda astarsız çəkdiyim Arezia qəhvəyi kölgəmi görə bilərsiniz. Elə çox fərq yoxdu, hə? (Kompüterim də fondadı:D - Rek-lam-lar:D)

Line sealer dediyimiz maye layner yaradandan isə hələ istifadə etməmişəm, düzü, maye laynerdən istifadəyə hələ risk eləmirəm:D Edincə, geniş təcrübəmi sizə yazacam. İndi gələk 6 funtluq minerallı üz astarına.

Ümumiyyətlə, markaların minerallı məhsullarından istifadə etməyə çalışın, çünki onlarda paraben kimi dəriyə ziyanlı maddələr olmur. Adətən, digər seriyalardan daha bahalı olur, amma neynəmək olar, hərdən bir az artıq pul ödəmək lazımdı. Üz astarına gəlincə, üz astarlarının məqsədi üzü hamar və qüsursuz makiyaja hazırlamaq, tonal kremin rahat çəkilməsini təmin etmək və dərini qorumaqdır (makiyajın da uzun müddət qalmasını təmin edənlər də var). Bu üz astarından belə istifadə edirəm: üzümü yaxşıca yuyub nəmləndirdikdən sonra, azacıq miqdarda (hələ bu şəkildə çox qoymuşam) əlimə vurub bütün üzümə yayıram, bircə damcısı bəsdi ki, bütün üzə çatsın, çox çəksəm, üzümü yağlı hiss etdirir - ona görə, əgər yağlı dəriniz varsa, ya çalışın bu məhsulu almayın, alsaz belə, çoox az çəkin, çünki həddini aşanda üzünüzə yağ çəkmiş kimi hiss edəcəksiniz:D Belə rəngsiz olması da əladır. Makiyajı də çox yaxşı saxlayır, 6 saatdan sonra belə tonal kremim olduğu kimi qalır, hamar görünür dərim. Mən kifayət qədər məmnunam və bitincə, yenə almağı düşünürəm.
Nəhayət, son məhsulumuz - ELFin peşəkar seriyasından 1.50 funtluq Natural Radiance Blusher - Glow (təbii parıltı ənliyi - parla) ilə qarşınızdayam.

Gördüyünüz kimi, narıncı rəngli ənlik xəstəliyim burda da davam edir:D Xəfif parıltılı (daha doğrusu, işıqlı) narıncı-çəhrayı ənlik cıpcıqqılıdı, amma rəngini yaxşı verir, elə piqmentli deyil, ilk dəfə fırçanı vurarkən, o dəqiqə toz-toz olmuşdu, bir az ehtiyatla işlətmək lazımdı. Bundan vurğulayıcı (highlighter) kimi almacıq sümüklərimin altına nazik xətt kimi istifadə edirəm adətən və kölgə verirəm. Qalıcılığı ortadı, 6 saata bir şey qalmır amma:D Yaz günlərində xəfif makiyaj üçün yaxşı işə yarayır. Aşağıda da barmaqlarımdakı svoça baxa bilərsiniz:


Hə, əzizlərim, bu da mənim ELF təcrübəm. Əgər siz də, ucuz qiymətə kifayət qədər yaxşı məhsullar almaq istəyirsinizsə, eyeslipsface.co.uk saytına baş çəkin. Azərbaycana da məhsul göndərir;) Feysbukda da izləyərək, ELF Cosmetics fan səhifəsi hər 5000 layk qazandıqdan sonra təmin etdiyi kupon kodlarından yararlanaraq, pulsuz göndərmə və ya 20% tam endirim əldə edə bilərsiniz. Hal-hazırda, 130,000 layk əldə etdiyi üçün ELF aldığımız bütün məhsullara 20% endirim təklif edir: sadəcə, səbətinizə məhsulları atdıqdan sonra kupon kodu yerinə PERFECT20EU kodunu daxil edin, göndərmə yeri kimi European qeyd edin və O-lala:D Təklif sabah səhər 9-a kimi (İngilitərə vaxtı ilə) sona çatır. Mübarəksiniz, canlarım:) Mucuklar:*

3/13/2011

Suyadavamlı gel göz layneri EG09 Parlaq ağ - ebay alış-verişim

Kompüterin qabağında otura-otura onlayn alış-verişə yaman aludə olmuşam. Xoşuma gələn çox şeyi demək olar ki, almışam, indi də qənaət etməkdən dağılıram:D Keçən həftələrdə ebay.com saytından gel göz layneri axtara-axtara tapıb aldım. 6.49 dollara və pulsuz göndərişlə əldə etdim bu cıqqılını:

Cəmi 3 qramdı, amma gel toxumalı olduğundan uzun gedəcəyini gözləyirəm. Parlaq, şəffaf ağ rənglidir və barmağımla göz kölgəsi astarı kimi göz qapaqlarıma və göz bulağıma çəkirəm. Effekti super! Təəsüf ki, göz makiyajımın şəkillərini bəzi səbəblərdən qoya bilmirəm bura, amma bu göz layneri ilə bir səviyyə artmışam göz makiyajımda:D Layner olduğundan, göz layneri fırçanızla kirpik xəttiniz boyunca da çəkə bilərsiniz. Xəfif işıltı verəcək. Xumar (smokey) göz makiyajı yaratmaqda əladır - qara gecə paltarı + xumar göz makiyajı, çəhrayı pomadaa O_o Adı-familiyası təəssüf ki, yoxdur bu göz laynerin. Elə ebay-dəki celia-makeup mağazasından ala bilərsiniz. Fərqli rəngləri də var, amma astar kimi istifadə etməyi düşünürsünüzsə, bu EG08 sizin üçündür.

Əlimdəki fləşsiz çəkdiyim svoçdan parıltılar yaxşı görünmür, amma zərli ağlı görünüş verir. Tək problemi - təbii ki, astar kimi uzun müddət sabit qalmır. Mənim kimi, yağlı göz qapaqları olanlara bildirilir! :) Öpücüklər:*