Səhifələr

4/29/2011

ELF mineral başlanğıc dəsti - Açıq

Bu gün sizə çoxdandı növbədə gözləyən ELF-in mineral dəstindən danışmaq istəyirəm. Parabensiz, prezervativsiz və boyasız mineral məhsullar üzdə hər hansı əks reaksiyanın yaranmasına imkan vermir və dərini qocaltmır. Ümumiyyətlə, mineral məhsullar baha olsalar da, ELF kimi məqbul qiymətə belə dəsti tapmaq mümkündü. 5 çalarda satışda olan mineral dəstə toz tonal krem, örtücü, ənlik, bir üz fırçası, bir də qaraldıcı pudra daxildir. Açıq dəri rənginə malik olduğumdan bu dəsti seçdim. Qara çantada gəlir:

İçini açıb baxdıqda bu dəri məhsullarını görürük:

Onu deyim ki, tonal krem və örtücüsü orta örtük təmin edir, sızanaq varsa, çətin üstəsindən gəlirlər. Bu dəstin örtücüsü mənim dərimdə bir az ağ qaldı, üstündən toz tonal kremi çəkib sabitləyirəm. Mərcani (coral) mineral ənlik də xəfif rəng çaları verir, piqmentli deyil. Qapağı açdıqda:

Toz məhsul olduqlarından istifadə edərkən fırçanı diqqətlə batırmaq lazımdı, ətrafı basır çünki :D Bunlarla yayı yola vermək olar, amma yenə alacağım məhsullar deyillər. Qarışıq/yağlı dərilər üçün də tövsiyə etməzdim, bir müddət sonra üzümdə parlaqlıq yaradır. Amma xəfif və yüngül olmaları, əsas da dəriyə xələl gətirməmələrini nəzərdən qaçırmaq olmaz. Bunlarla gələn fırçalara da ayrıca post hazırlayacam ;) Qiymətləri ELF UK saytında 15 funt sterlinq, hardasa 18-20 manat/35-40tl edir. Mineral seriyasından bu qədər :) Yeni postda görüşmək üzərə:*

4/27/2011

Türkiyədə xaricdən kosmetika almaq yasağı və yeni qanundan xilas olan cicilərim!

Qızlar, uzun müddətdir, blogumda yazmağa həvəsim olmurdu, son günlərin şok xəbəri bütün türk blog dünyasını vəlvələyə salıb! 19 aprel 2011 tarixində yeni bir qanunla indi də xaricdən Türkiyəyə kosmetik məhsulları və idmançılar üçün qidaları almaq yasaqlandı! Digər tip alış-veriş isə məhdudlaşdırıldı - ildə sadəcə 5 dəfə və özü də 2 aydan bir! O qədər alt-üst oldum ki... Mənim kimi onlayn alış-verişlə yaşayan biri üçün nə qədər desəniz, ağırdı... Bakıya qayıdıram:D Zarafat bir yana, bilmirəm day bu hökumət axırda nələri yasaqlanmamış saxlayacaq. Yolda qalan karqoların aqibəti hələ müəmmalıdı. Amma xoş xəbər olaraq, 15 aprel Cheapsmells.comdan və 20 aprel ELF-dən verdiyim sifarişlərim bu gün əlimə çatdı. Pulsuz 32-lik göz kölgəmin olduğu son sifarişimi sizlərə təqdim edirəm:


ELF tutqunlaşdıran dırnaq boyası, ELF göz altı örtücü və vurğulayıcı, ELF 4 rəngli göz kölgəsi - Etheral, ELF gündəlik fırça təmizləyicisi və hədiyyəm 32-lik Everyday Basics ELF göz kölgəsi palitrası. 

Türkiyədə yaşayıb onlayn alış-veriş azadlıqlarının məhdudlaşdırılmasını istəməyənləri Alış-veriş özgürlüğümü geri ver! adlı facebook qrupuna və buraya tıqlayaraq, virtual səsverməyə dəvət edirəm! Səsimizi eşitdirək! Bu gün alış-veriş məhdudlaşdırılır, sabah kim bilir nələr olacaq... Diqqətinizə görə minnətdaram!

4/24/2011

Avon Naturals 2-i 1-də şampun-kondisioner və saç buğu

Uzun zamandan sonra Avon rəyləri ilə qarşınızdayam, qızlar:) Keçən Avon kataloqundan saçı təmizləyib tarazlayan Avonun Naturals seriyasından manqo və zəncəfilli şampun-kondisioneri və yanında 2 tl-lik hədiyyəsi makadamiya fındığı və aloeli saç buğunu da aldım! Avonun Naturals şampunlarının (750ml!) inanılmaz ucuz olması (cəmi 4.90TL) çoox təəccübləndirir məni:D Amma yenə də sevə-sevə istifadə edirəm. 2-3 həftədir ki, saçlarımı şampun-kondisionerlə təmizləyir, daha çox nəmlilik istədiyimdə isə bu nəmləndirici buğu püskürürəm dəsmalla qurudulmuş saçlarıma:
Bu şampun-kondisioneri istifadə etdikdən sonra bir daha əmin oldum ki, mən manqo qoxusunu sevmirəm:D Amma yaxşı ki, zəncəfil manqo qoxusunu basır, yoxsa atardım bunu bir kənara. Düzü, yağlı saçlarım olduğundan təmizləyib balanslaşdıran şampun aldım, neyləyək ki, manqo belədi:/ Ümumiyyətlə, saç bədən məhsullarında sitrus qoxularını sevmirəm və bura beləcə yazıram ki, sonra ağzımın suyu axıb nəsə alanda yadıma bu post gəlsin:D Amma təmizləməsi və balanslaşdırmasından çoox razıyam! Bax elə bu gün dərslərdən baş açıb çimməməyimin 3-cü günüdü, saçlarımda yağdan əsər-əlamət yoxdu:D (Ağ eləməyib axşam çiməcəm, qorxmayın xD) Saçlarıma bir növ canlılıq da qatıb desəm, yanılmaram:D Bir sözlə, qəşəng və məsləhətlidi;) İmkan düşsə, yenə alacağım məhsuldu.
Saç buğuna gəlincə, o da başqa aləmdi. Qoxusunu uzuuun müddət saxlayır, yaxşıca nəmləndirir. Makadamiyanın ətri üçün ürəyim getdi! Bunun şampunu da super olar! Dediyi hər şeyi edir bir sözlə və qurudan yay günlərində nəmlilik mənbəyidi deyə bilərəm.
Hə, qızlar, bu həftəlik bu qədər:) Sizə xoş bazar günü istirahəti diləyirəm. Tələbələrə də Allah səbr, güc və həvəs versin ki, imtahanları keçsinlər:D Öpüldünüüzz:**

4/22/2011

HobiCafe-dən saat hədiyyəsii!! (Sona çatdı!)

Əziz HobiCafe 8 may Analara günü münasibətilə şıq bir Dore saatını kampaniyaya çıxarıb. Bu cici hədiyyəyə sahib olmaq istəyirsinizsə, buradan  müsabiqəyə qatıla bilərsiniz:) Xeyirli olsuunn ^^

Qara nöqtələri aparan Daiso yapon kömür maskası

Dərimizə geri qayıdaq:D Hər qızda olduğu kimi, mənim də qara nöqtə problemim var, xüsusilə, burun ətrafımda qara nöqtə qaynaşır:D Xüsusilə, Vespa Girl-ün bloqunda oxuyub yaman həvəslənmişdim və ebaydən bu cicini 6.90 dollara əldə etdim, pulsuz göndərmə ilə;)

Gördüyünüz kimi, cici qutusu var. 80 qramlıqdı və uzun müddət gedəcəyini sanmıram:D Baxaq içində nə var:

Elə gördüyünüz kimi, içi də kömür kimi qaradı:D Çoox xəfif və yapışqan kimidi. Bircə damcı tökmüşəm barmağıma, necə yayıldığını görürsünüz yəqin. Bunu qara nöqtə olan yerlərə çəkib 10-15 dəqiqə qurumasını gözləyirsiniz. Quruyan maskanı əllə qoparıb çıxarırsınız, beləcə, qara nöqtələriniz də çıxmış olacaq. Həftədə maksimum 2 dəfə istifadə etmək lazımdı, mən 1 dəfə istifadə edirəm, bəs edir. Qara nöqtələrimdə xəfif azalma hiss edirəm, maskanı çıxaranda bütün qara nöqtələrim təmizlənmir, çünki qalın çəkmirəm maskanı. Nə qədər qalın olsa, o qədər yaxşıca çıxarır çirki. Bu da soyulmuş maska:

Tükləri belə qoparır:D Bunu çıxartdıqdan sonra üstünü toniklə silirəm və kremləyirəm. Məmnunam və yenə almağı düşünürəm. Əgər maraqlansanız, ebay-də Japan Charcoal Blackhead Remover Mask kimi yazsanız, çıxacaqdır. Qiymətlər 6-8 dollar arası dəyişir. Sualınız olarsa, burdayam, qızlar;) Muuahhh!! :***

4/20/2011

ELF-də pulsuz 32-lik göz kölgəsi palitrasııı!!

Qızlaarr, yenicə tutduğum xəbərə görə ELF UK saytı 10 sterlinqdən çox edilən alış-verişlərə pulsuz 32-lik göz kölgəsi - Everyday basics (gündəlik əsas rənglər) palitrasını hədiyyə edir! Türkiyə və Azərbaycana da göndərir:) Yalnızca məhsulları səbətə atdıqdan sonra delivery yerinə Europe, kod yerinə isə FB32EU yazmaq bəs edir ki, palitra səbətinizə gəlsin. Təklif sabah İngiltərə vaxtı ilə günorta 12:00-da sona çatır. Ümidvaram, ELF-in bu palitrasına gözü düşənlərin işinə yarayar:D Mən də dözməyib öz nəsibi aldım:D

Xoş alış-veriş diləyirəm;) Öpüldünüzz:**

4/19/2011

ELF mineral göz kölgəsi - Celebrity (Məşhur)

Əzizlərim, uzun müddət davam edən ayrılıq nəhayət yenə bir ELF yazısı ilə sona çatır:) Bu dəfə sizə ELFin mineral seriyasından aldığım və heyran qaldığım göz kölgəsindən danışmaq istəyirəm. Qarşınızda ELF mineral göz kölgəsi - Celebrity (Məşhur):
Yox, yox, təzə kamera almamışam, otaq yoldaşımın möhtəşəm telefonundan axır ki, normal şəkillər çəkə bildim:D Sarımtıl-qızılımtıl rəng olan Celebrity-ə heyran olmamaq mümkün deyil. Zərli, par-par yanan, çoox gözəl piqmentli bir kölgədir. Yüngül və astarla daha uzun müddət qalıcı! Əsl gecə makiyajında istifadə ediləsi rəngdi, amma mən gündüz də xüsusi günlərimdə basıb çəkirəm:D İçində bax belə tozcuqlar var :)
Toz kölgə olduğundan fırçayla düzgün nizamlamaq lazımdı, yoxsa tez qurtarar. Aşağıda əlimdə rəngini yaxşı göstərmək üçün fləşlə çəkmişəm ki, zərlərini görüb ürəyiniz getsin:D
Suuppper!! Bircə dəfə barmağımı batırmaqla bax bu rəng alındı! Piqmentliliyi göz qabağındadır! Zəri sevənlərin ayrılmaz sevimlisinə çevriləcək! Deyəcəksiniz ki, belə çox tərifləyirsən, bəs qiyməti nətərdi? Düzü, ELF ucuzdu, ucuzdu deyirik, amma bu kölgələrin biri 3 sterlinqədir ki, hardasa 4.50 AZN edir və cəmi 0.85qrdı. Hər rəngini istəsək, bir az baha başa gələ bilər. Amma o qədər gözəldilər ki, digər rənglərini də imkan düşdükcə almaq istəyirəm. Xüsusilə, Elegant, Caffinated, Natural, Confident, Sassy, nə bilim hamısını:D ELF mineral kölgələrindən 5-i zərsiz (tutqun), digər 21 kölgə isə belə zərlidir. Qızlar, siz nə düşünürsünüz bəs? Almağa dəyərmi?:D

4/16/2011

Booty 290 - NotD

Fikir verdim ki, blogumda dırnaq boyalarına çox az yer verilibdi, odur ki, bu gün çoox sevdiyim Booty markalı laklardan (;)) danışmaq istəyirəm. Düzü, Ankarada mağazalarda rast gəlməmişəm ona, bu cicini də Bakıdan almışam, yadigardı yəni:D Beatrice mağazasından 1.40AZN qiymətinə almışdım və ümidlərimi çoox doğrultdu. İndi danışacağım ağ-çəhrayı qarışıq bir rəngdi, parlaqdı, donuq deyil. Aşağıda az-çox rəngini göstərməyə çalışmışam:

Sürtülməsi çoox rahatdı, piqmentlidi, aşıb-daşmır dırnaqlardan (!). Mənim kimi, dırnaqları baxımlı olmayan bir qız üçün qurtarıcıdı bir sözlə:D Bir az qatı toxuması var. Sevərək istifadə edirəm. Bunun qırmızısı haqqında da yazacam, əzizlərim, o lap dəhşətdi:D Hələliksə öpürəm sizləri, xoş həftə sonu diləyirəm :):**

4/14/2011

ELF normal rəngli nəmləndirici spf 15 vs. ELF studio rəngli nəmləndirici spf 20

Yenə bir ELF yazısı ilə qarşınızdayam:) ELF məhsulları haqqında gec yazmağımın səbəbi bir-bir sınaqdan keçirib fikrimin yaranmasına imkan verməkdi. Keçən alış-verişimdə 1.50sterlinqlik normal seriyadan və 3.50 sterlinqlik studio seriyasından isti havaların tonal krem əvəzləyicisi olan rəngli nəmləndiricini sifariş vermişdim. Beləcə toxumalarını, davamlılıqlarını sınaqdan keçirə bildim. Əvvəl studio seriyasının rəngli nəmləndiricisindən danışaq:

Beləcə şıq qutuda gəlir. Diqqət etdim ki, saytda 0.7oz/19.8qr göstərilməsinə baxmayaraq, əlimdəki 0.88oz/25ml-dir, yəni çoxdur:D Mən Yalın (nude) rəngini aldım, düppədüz rəngimə oturdu! Toxuması zərif və xəfifdi, ELFin tonal krem fırçası ilə rahatca yayılır. Aloe, xiyar və vitaminlərlə zəngin olduğundan xəfif aloe qoxusu verir, amma narahat edici deyil. Dəridə maska kimi hiss buraxmır. Örtücülüyü yoxdu, yəni tonal krem kimi qüsurları zadı örtmür. Ayrıca örtücüdən istifadə etmək lazımdı. Amma ehtiyatlamağı düşündüyüm məhsullardan oldu. Əsl yay malı - ağır tonal kremsiz və dərini nəfəs aldıran. Neytral alt tonlu bəyazdan açıq rəngə meylli dəriniz varsa, sizə tam uyğundur. Saytda da rənglərə görə nəmləndirici təqdim edilir. Məsələn, bunun əlimdə tünd görünməsinə baxmayın, üzümə tam oturdu:D


Gələk ELFin normal seriyasından olan rəngli nəmləndiricisinə. Gözlədiyimdən cıpcıqqılı gəlib çıxdı. 12 qramlıq bu balaca məhsulu aşağıda görə bilərsiniz:

Day bilmirəm, endirim kodunun həyəcanından oldu, ya yox, amma saytdakı ən açıq rəngi - fil sümüyü (ivory) rəngini almışam:D Mənim kimi açıqdan orta rəngə meylli üz dərim üçün bəəmbəyazdı:D Maska kimi qalır üzümdə, amma bunu çəkib üstündən orta tonlu pudram ilə sabitləyirəm, vəssəlam, ağappaqlıq bilinmir:) Qaldı ki, toxumasına. Studio nəmləndiricisindən daha ağır toxumalıdı və şəkərli bir iy verir ki, məni narahat edir, pudram sağ olsun, bu iyi örtür.
Üzümə güclə yayıram, fırça kömək etmir, süngər də lapp maska kimi göstərir. Odur ki, əlimlə çəkirəm. Ancaq dərsə gedəndə istifadə edirəm ki, əldən çıxsın, yoxsa neyniyəcəm bunu:/ Digər bloqlardan oxuduğuma görə, bu seriyanın elə ən xəfif (!) toxumalısı ivory rəngi imiş, o birilər bundan da ağırdı. Amma təbii ki, sınamadığımdan bilmirəm. Amma yenə alacağım bir məhsul deyil. Təbii ki, rəngli nəmləndiricidən nə gözlədiyinizdən asılı olaraq, fikriniz də dəyişə bilər. Aşağıda əlimə yaydığım rəngi göstərirəm, örtücülüyü orta səviyyədədi. Ay necə ağarmışam:D

Beləcə, qızlar, bu da mənim ELF rəngli nəmləndirici macəram. Soruşmaq istədiyiniz nəsə olarsa, mən həmişə burdayam;) Öpüldünüzz:**

4/12/2011

NYX pomadalarım gəldiii!! :D

İsti-isti gələn və əziz Benden Bişeylerin tövsiyəsi ilə ebaydən münasib qiymətə tapıb aldığım NYX pomadalarım 1 saat olmaz ki gəldi:D 30 martda ABŞ-dan göndərilən pomadalar 12 apreldə əlimdədi. Aldığım mağaza - Joy's Cosmetics istədiyin 6 NYX pomadasını 8.99 ABŞ dollarına satırdı, 6dollar da göndərmə pulu, beləcə, 15 dollara 6 pomada ala bildim ki, biri 2.50 dollara başa gəldi:) Aşağıda yaxşı qablaşdırmanı və mağazanın logosunu görürsünüz :D

Ayallaa:D Açaq görək içində nə var...

Daradadaaamm!! digər bloggerlərin NYXin round lipstick (yumrubaş pomada:D) dedikləri bu pomadalar yaman məşhurmuş! Qızların hazırladıqları svoçlara, youtube videolarına baxaraq bu 6 rəngi seçdim:D Qapaqlarını da açaq bir...

Gördüyünüz kimi, elə şirindilər kiii!!! Tezzz svoçlarım, dodağıma çəkdim, yalayıb dadına baxdım:D Bir sözlə, əlaaa!! Svoçlarını da sizlərə təqdim edib keçirəm müşahidələrimə:

Gördüyünüz rəngləri bir dəfə pomadanı sürtməklə əldə etmişəm, piqmentlilikləri göz qabağındadı, qiymətlərinə görə çoox yaxşıdılar! İnanılmaz kremli, rahat sürtülən, iysiz, dadsız və rəngini yaxşı verəndilər. Doll və Mars favorim olduuu!! Hələ də Doll dodaqlarımdadı:D Summer Love və Fig mənə heç yaraşmadı, Fig gözlədiyimdən çəhrayı göründü məndə, bəlkə dodağımın rəngindəndi, halbuki videolarda xəfif çəhrayı görsənirdi, məndə dəhşət pəmpəmpəmbiiş göründü ki, fuuu!! Amma bəyaz təniniz varsa, supeer yaraşacağından əminəm, mən bir az açıq rəngli və neytral tonlu insanam:) ELFin 3.50 sterlinq, yəni 4 manatlıq mineral pomadalarından daha yumşaq, rahat və kremlidirlər, dodağı nəmləndirirlər. Yəqin ki, digər rənglərini də imkan olan kimi alacam, xüsusilə, Femme rəngində gözüm qalııbb! O_o Bugünlük bu qədər:) Xoş həftə diləyirəm, canlarım, sual, arzu və təklifləriniz üçün burdayam:) Mucuklaarr:***

4/11/2011

ELF tutqun və piqmentli göz kölgəsi - Smokey və Naughty Noire

Nəhayət, tədqiqatımın ilk hissəsini tamamladım:D İndi isə sizinləyəm, qızlar! Böyük istəyi nəzərə alaraq, ikinci sifarişimdə əlimə çatan tutqun və piqmentli ELF göz kölgələrindən danışmaq istəyirəm. ELF UK saytına təzəcə gələn bu cicilərin hərəsindən bir dənə aldım ki, sınayım görüm nətərdi. Yazı boyunca fikirlərimi açıqlayacam:

Şəkildən də göründüyü kimi, sağ tərəfdəki tutqun, soldakı isə piqmentli göz kölgəsidi. Tutqun göz kölgəsinin Smokey (Dumanlı), piqmentdən isə Naughty Noire (dəcəl qara) rənglərini aldım (son vaxtlar niyəsə tünd, qara-qura rənglərə meyl edirəm, Allah axırını xeyir eləsin:D). Açaq görək bunların içində nə var:

Yenə fırçalı! Düzü heç istifadə etmirəm bu fırçalardan, cıqqılıdı və mənim gombuş gözlərimə çəkməkdə yaxşı deyillər:D Qapağını açan kimi, toz kölgə olduqlarından deşik-deşik qabda gəlirlər, bu deşiklərin üstündə şəffaf lent də vardı, onu çıxartdım, bu deşiklər göründü:) Deşikli toru çıxarsaaaaq:

...bax bu tozcuqlar görünür. Hər ikisi də 1.5qr, qiyməti isə hərəsinin 3.50 sterlinqdi, məncə, bahadı bu cıqqılı şeylərə görə. Məhsulun keyfiyyətinə gəlincə, möhtəşəm bir şey deyillər. Smokey kölgəsi yumu-yumu yumşaqdı, donuq, tutqun rəng yaradır və çox xəfifdi, elə bil kölgə çəkməmisən. Amma rəngini gec verir:/ Neçə dəfə üstündən çəkirəm ki, rəngi çıxsın. Naughty Noire piqmentinə gəlincə, adından göründüyü kimi çoox rəng verməsi lazım idi, amma yenə də, çox piqmentli deyil:/bir neçə dəfə üst-üstə çəkməli olursan, amma Smokey-ə görə daha çox rəng verir, elə bu da tutquna yaxındı, parlatmır gözləri. Yenə alarammı? Hmm, pulum aşıb-daşsa, boş-bekarçılıqdan, hə:D Bəlkə daha açıq rənginə də baxa bilərəm piqmentin. Amma gələcək istək siyahıma daxil deyil:) Aşağıda da svoçları qoymuşam, hələ astarla çəkmişəm bunları, belə görsənirlər, görün indi astarsız nətərdilər:D

Xəfif kölgə axtarırsınızsa, sevə bilərsiniz, amma heç əlim bunlara getmir hələ ki :/ İndi ELF UK saytında aldığınız hər şeyə 20% endirim təklif olunur, səbətinizə məhsulları əlavə edib kupon kodu yerinə MAGIC20EU kodunu daxil etsəniz, 20% endirim əldə edəcəksiniz bütün sifarişinizə. Bəlkə işinizə yarayar:) Siz ELFin bu yeni kölgələrini sınamısınızmı? Sizdə vəziyyət nətərdi?:)

4/08/2011

3 və 4-cü ELF sifarişlərim və ya bankrotluğa gedən yol:D

Qızlaaaaarr, imtahanlara az qalmış araşdırmaya yaman başım qarışmışkən, çox post yaza bilmədiyim üçün üzr istəyirəm:/ Sizləri bu həftə ərzində əlimə çatan və bankrotluğumun əsasını qoyan ELF sifarişlərimlə baş-başa qoyub qaçıram: bütün məhsullarla bağlı yazılar gələn həftə sizlərlə olacaq məruzəmi təhvil verən kimi gələcəkdir:D Hələlik, öpürəm hamınızııı!! Xoş həftə sonu diləyirəm! <3


3-cü sifarişdə: ELF Studio pudra fırçası, ELF Studio dəri rəngi fırçası (complexion brush), ELF normal seriyadan örtücü fırçası və dodaq fırçası, ELF Studio tutqun göz kölgəsi - Smokey (Dumanlı), ELF Studio piqment göz kölgəsi - naughty noire (dəcəl qara),ELF mineral pomada - Red Royal (Royal Qırmızı). ELF Studio HD pudra, ELF normal seriyada cüt krem kölgə - mocha swirl.




4-cü sifarişdə: ELF parlaq göz qələmi - Çəhrayı, ELF normal seriyadan tonal krem və qarışdıran, qaraldıcı və ənlik fırçası, ELF Studio lip locker (dodağı kilidləyən:D), ELF studio rəngli nəmləndirici - nude (yalın), ELF kiçik Mineral booster (mineral pudra qısası:D), ELF mineral göz kölgəsi - celebrity (məşhur), ELF normal seriyadan rəngli nəmləndirici - ivory (fil sümüyü), ELF mineral pomada - runaway pink (qaçan çəhrayı)

4/06/2011

Təzəcə bitirdim #1

Çoxdandır belə bir yazı yazmaq fikrindəydim! Mart ayında dibinə daş atdığım və istifadəsindən məmnun qalıb-qalmadığım məhsulları sizinlə bölüşürəm:

Təbii ki, makiyaj vasitələrini çox gec qurtaran insan kimi, onları atma səbəbim ya son istifadə tarixinin keçmələridi, ya da qurumaları:D Dəriyə qulluq məhsullarının isə nətər deyərlər, "qanını içirəm":D Başlayaq:
IsaDora Lash Booster Mascara (Kirpik Dolğunlaşdıran Tuş): Keçən ilin sevimli makiyaj məhsullarımdan olan bu tuşu oo qədər çox bəyənirəm kii! İstədiyiniz həcmi verir. Artıq çürüdüyü üçün atmalı oldum, amma fırçasını çıxarıb yuyub saxladım:D Eksperimentlərimdə istifadə edəcəm:D Bakıya gedən kimi bir dənəsini hoop çantama atmalıyam!
Arnaud İnstitut Hydra Touch üz kremi: Yenə Bakıdan yadigar qalan canım üz kremim! Yaxşıca nəmləndirib heeç bir yağlılıq hiss etdirmir. Yenə alacağım kremlərdən biridi. Sənə də əlvida!
Nivea pearl shine dodaq balzamı: Hmm, yazıq o qədər qaldı-qaldı stolumda, axıra istifadə tarixi keçdi:/ Nəmləndirməsi yaxşı olmadığından çoox az istifadə edirdim, amma artıq ayrılmağın vaxtı çatmışdı. Yenə almayacağım bir balzamdı.
Oriflame Hair X yağlı saçlar üçün şampun: qəribədi ki, kondisionerində paraben olmamasına baxmayaraq, parabenli şampundu, amma əvvəlki yazılarımda da dediyim kimi, saçın yağlanmasını ləngidirdi. Xəfif qoxusu var. Amma mütləq alacağım şampun deyil. Sınanılmalı o qədər şampun var ki:D
Garnier Pura Skin nəmləndirici üz kremi: Mmm... yenə almayacağım kremdi, nəmləndirməsi aşağıdı, dəri problemlərinə xeyri yoxdu. Amma dərini təmiz tutması və xoş qoxuması fikrimi dəyişə bilər:D

4/04/2011

ELF krem göz layneri - Bənövşəyi Gavalı (Plum Purple)

Yenə qayıdaq ELFə:D Keçən həftə 2-ci ELF sifarişimdə gələn və çoxdandı sınamaq istədiyim ELF krem göz laynerindən danışım. Düzü, ilk dəfədir ki, krem göz laynerindən istifadə edirəm (qələm tipli laynerlər favorimdi!), onunçün digər markalarla müqayisə edə bilməyəcəm, sorry:/Gələk, cıpcıqqlı laynerin qablaşdırılmasına:

Ebaydən aldığım gel göz laynerinin ölçüsünü görüb şoka düşdüyümdən, burda şok keçirmədim:D Yaxşı qablaşdırmadı, amma yanında bu cıqqılı layner fırçasını niyə verirlər, anlamıram! Həm qalındı fırçası, həm də zorla əlində tuta bilirsən, qaldı ki çəkmək:D Deyim ki, rəngi çox vermir, neçə dəfə üst-üstə çəksəm də, nəsə çəkir, amma tünd bənövşəyi rəng deyil. Göz qapağımın altına çəkdiyim halda, yaxşıca rəngi göründü, üst qapaqda deyəsən, kölgə səbəbindən, rəngini yaxşı göstərmir:/ Aşağıdakı şəkillər gün işığı və ya fləşlə çəkilmişdir:


Gördüyünüz kimi, gün işığında az çox rəngi bəlli olur. Fırçası yaxşı deyil, məndə də başqa layner fırçası olmadığından məcbur bundan istifadə edirəm, amma ELF gərək bu fırçanı verməsin, məcbur qalıb yaxşı layner fırçası alaq:D Soruşsaz ki, yenə alarsan? Deyərəm, HƏ! Çünki başqa alternativim yoxdu hələm xD Qızlar, bəs siz hansı krem layner tövsiyə edərdiniz?

4/02/2011

Oriflame Essential üz kremi və göz geli

ELFlərlə sizi daha çox yormamaq üçün Oriflame-dən keçən aydan aldığım və istifadə etdikdən sonra fikrimin formalaşdığı iki məhsuldan danışmaq istəyirəm. Qarışıq/yağlı dərim olduğu üçün nəmləndirici kremlərdə çox həssasam. Bəzilər gah yağlandırır, bəziləri heç nəmləndirmir. Yazıq Arnaud İnstitutum da bitdiyi üçün qalmışam əllərdə:D Uyğun qiymətə Oriflame-in yağlı və qarışıq dərilər üçün olan Essential tarazlayan üz kremini alıb baxmaq istədim. Kremi almışkən, yanında kataloqa təzə gələn alabəzək bənövşəli göz gelini də alım dedim :D

Türkiyə kataloqundan 7.90tle olan üz kremi 75 mldir. Bir az yağlı toxuması var, ilk dəfə istifadə edəndə, dedim "Aman Allah! Mən nə almışam!", üzə çəkəndə də xəfif yağlılıq duyulur, amma heç bir dəqiqə keçməmiş üzümü yumşaq və tarazlı tutur. Yağlılıq hiss etdirmir, kalendula qoxusu da adamın əsəblərini sakitləşdirir:D Bu qiymətə həm nəmləndirən, həm də yağlı tutmayan krem tapdığıma çoox sevinirəm. Ehtiyata yığmağı düşünürəm:D Gelə gəlincə, bircə damcısı ilə hər iki gözümün ətrafına çəkirəm hər yatanda, gözümü sakitləşdirir, həssas gözlərimi yandırmır ki, bu xüsusiyyətini çox sevirəm. Bir də, gözüm çox acılanandır mənim, onu da aradan qaldırır, amma yorğunluq zad məsələlərinə qarışmır:D Normal gözə qulluq məhsulum olsun deyirsinizsə, baxmaq olar. Qiyməti də hardasa, 3-4 manat olmalıdı Azərbaycan kataloqunda. Aşağıda da, bu borucuqların içindəkini göstərməyə çalışmışam:D

 Hə, canlarım, siz Essentials seriyasından nələri tövsiyə edərdiniz? Nələrə baxmaq lazımdı? :*