Səhifələr

12/30/2014

Yeni ilə hazırlıq və ya 2014-ün son günü

Əzizlərim, 2014-cü ilin ilk (adam kimi oturub yazdığım) və son yazısını kosmetika və qulluğa ayırmayıb, bir az haşiyəyə çıxaraq köhnə (yazıq 2014) ilin yola salınması və 2015-ci ilin qarşılanmasına həsr edəcəyəm. Niyyətim köhnə elə yeni adət gətirmək və ya uzun uzadı Yeni il tədbirlərindən danışmaq deyil.

Yeni il axşamına rəng qatmaq üçün türklərin çekiliş, ingilislərin raffl ("raffle"), Azərbaycanca isə Yeni il oyunu kimi tərcümə etdiyim əyləncəli evdə hazırlanan oyundan bəhs edəcəm.

Oyunun şərtləri belədir:

1) Sağda gördüyünüz kağızlara oynamaq istəyən qonaqların adlarını yazırsız. Eyni zamanda, hər biletin öz nömrəsi olur. Bu kağızları kəsib qonağa verirsiniz və eyni nömrəli kağızı bir qutu və ya bankanın içinə atırsınız. Beləcə, nə qədər kağız kəsib vermisinizsə, həmin sayda da kağız bankada və ya qutuda olmalıdı. Özünüz də bu kağızları düzəldə və ya mənim kimi istedadlı deyilsinizsə, onlayn saytlardan yükləyə bilərsiniz :D Mən bu saytdan yüklədim: http://freeprintablesonline.com/wp-content/uploads/downloads/2012/12/Christmas-Raffle-Tickets.pdf 



Whsmith mağazasından aldğım polka dotlu
qələm (1.20 AZN) və blaknot (1.4 AZN)
2) Daha sonra mən evdən ayırdığım və hədiyyə olaraq aldığım kiçik, cici hədiyyələri ayırıb qoyuram. Kremdən kitaba, qələmdən ətir nümunələrinə kimi hər zövqə uyğun hədiyyələr ayırmağa çalışdım. Keçən il daha çox mamaları düşünüb kiçik mətbəx əşyası (Zel home-dan fincan, Bazar store-dan limon sıxan) kimi hədiyyələr də qoymuşdum, amma bu ilki hədəf kütləm daha çox yeniyetmə və gənclərdi :D




Lola Rose vanna geli və bədən kremi (dəstin bir hissəsi - ikisi 7 AZN) və
 The Face Shop Yaşıl çay bədən kremi (10 AZN)
3) Bütün kağızları banka və ya qutuya yığandan sonra hamı yığılır və hədiyyələr bir-bir göstərilərək hər dəfə qutudan bir kağız çıxarıb ordakı rəqəmi oxuyursan və voila! Kimdə həmin rəqəmdirsə, o hədiyyəyə sahib olur = )







Kimə nə hədiyyə çıxacağı bilinmədiyi üçün olduqca intriqalı oyun ola bilər, hələ qırğın salan dostlarınız varsa = ) 
Jan Kristofi Granjın Kaiken əsəri (23 TL - 8 AZN), Sabina mağazasından məhsul alanda hədiyyə verilən Lacoste, Gucci Guilty Black, Dior Aqua Fahrenheit, Gucci Gucci kişi ətri nümunələri, Sabina blaknot və təqvimi (Sabinadan yeni il hədiyyə alış-verişi haqqında ayrıca yazacam)

Və ümumi götürəndə bütün hədiyyə və çapa çəkdiyim xərc 28 AZN tutdu. Siz də bu əyləncədə çoxdan alıb istifadə etməyə imkanınızın olmadığı ətir və baxım ürünlərinizi, karandaş, jurnal, fincan, şam və bu kimi xırda olub amma xoşbəxt edən məhsulları da hədiyyə kimi istifadə edə bilərsiniz.

Beləcə, bu oyunla son ili gülərək yola salıb bərəkət gözləmək qalır bizdən = ) Hər kəsə bol sevincli, canlı, sevgi və gülüş dolu, xeyirli bir 2015-ci il diləyirəm ^_^ Hər anın dadını çıxarın və xoşbəxt olmağı unutmayın! O klişe cümləni mən də işlədəcəyəm: 2015-ci ildə görüşmək ümidilə! Nihahaa = )


12/29/2014

Geri dönüş və yeni macəralar!

Hey! Əziz oxucularım!

Sizlərə üzr borculuyam... 3 ildən çox yazmadığım bloguma yenidən qayıtmaq üçün cəsarətimi toplayıb yazıram. Ümidvaram, üzrxahlığımı qəbul edəcəksiniz...

Bu 3 ildə həyatım Ankaradan Bakıya dəyişdi və yeni həyatımda olduqca böyük dəyişikliklər oldu - iş həyatından ailə həyatına kimi. Bu yeni həyatda yeni blog yazılarını paylaşmaq üçün çox həyəcanlıyam.

Yeni həyəcanlı yazılarda görüşmək ümidilə! Faytoooo!! ^_^