Səhifələr

Showing posts with label ebay. Show all posts
Showing posts with label ebay. Show all posts

4/22/2011

Qara nöqtələri aparan Daiso yapon kömür maskası

Dərimizə geri qayıdaq:D Hər qızda olduğu kimi, mənim də qara nöqtə problemim var, xüsusilə, burun ətrafımda qara nöqtə qaynaşır:D Xüsusilə, Vespa Girl-ün bloqunda oxuyub yaman həvəslənmişdim və ebaydən bu cicini 6.90 dollara əldə etdim, pulsuz göndərmə ilə;)

Gördüyünüz kimi, cici qutusu var. 80 qramlıqdı və uzun müddət gedəcəyini sanmıram:D Baxaq içində nə var:

Elə gördüyünüz kimi, içi də kömür kimi qaradı:D Çoox xəfif və yapışqan kimidi. Bircə damcı tökmüşəm barmağıma, necə yayıldığını görürsünüz yəqin. Bunu qara nöqtə olan yerlərə çəkib 10-15 dəqiqə qurumasını gözləyirsiniz. Quruyan maskanı əllə qoparıb çıxarırsınız, beləcə, qara nöqtələriniz də çıxmış olacaq. Həftədə maksimum 2 dəfə istifadə etmək lazımdı, mən 1 dəfə istifadə edirəm, bəs edir. Qara nöqtələrimdə xəfif azalma hiss edirəm, maskanı çıxaranda bütün qara nöqtələrim təmizlənmir, çünki qalın çəkmirəm maskanı. Nə qədər qalın olsa, o qədər yaxşıca çıxarır çirki. Bu da soyulmuş maska:

Tükləri belə qoparır:D Bunu çıxartdıqdan sonra üstünü toniklə silirəm və kremləyirəm. Məmnunam və yenə almağı düşünürəm. Əgər maraqlansanız, ebay-də Japan Charcoal Blackhead Remover Mask kimi yazsanız, çıxacaqdır. Qiymətlər 6-8 dollar arası dəyişir. Sualınız olarsa, burdayam, qızlar;) Muuahhh!! :***

4/12/2011

NYX pomadalarım gəldiii!! :D

İsti-isti gələn və əziz Benden Bişeylerin tövsiyəsi ilə ebaydən münasib qiymətə tapıb aldığım NYX pomadalarım 1 saat olmaz ki gəldi:D 30 martda ABŞ-dan göndərilən pomadalar 12 apreldə əlimdədi. Aldığım mağaza - Joy's Cosmetics istədiyin 6 NYX pomadasını 8.99 ABŞ dollarına satırdı, 6dollar da göndərmə pulu, beləcə, 15 dollara 6 pomada ala bildim ki, biri 2.50 dollara başa gəldi:) Aşağıda yaxşı qablaşdırmanı və mağazanın logosunu görürsünüz :D

Ayallaa:D Açaq görək içində nə var...

Daradadaaamm!! digər bloggerlərin NYXin round lipstick (yumrubaş pomada:D) dedikləri bu pomadalar yaman məşhurmuş! Qızların hazırladıqları svoçlara, youtube videolarına baxaraq bu 6 rəngi seçdim:D Qapaqlarını da açaq bir...

Gördüyünüz kimi, elə şirindilər kiii!!! Tezzz svoçlarım, dodağıma çəkdim, yalayıb dadına baxdım:D Bir sözlə, əlaaa!! Svoçlarını da sizlərə təqdim edib keçirəm müşahidələrimə:

Gördüyünüz rəngləri bir dəfə pomadanı sürtməklə əldə etmişəm, piqmentlilikləri göz qabağındadı, qiymətlərinə görə çoox yaxşıdılar! İnanılmaz kremli, rahat sürtülən, iysiz, dadsız və rəngini yaxşı verəndilər. Doll və Mars favorim olduuu!! Hələ də Doll dodaqlarımdadı:D Summer Love və Fig mənə heç yaraşmadı, Fig gözlədiyimdən çəhrayı göründü məndə, bəlkə dodağımın rəngindəndi, halbuki videolarda xəfif çəhrayı görsənirdi, məndə dəhşət pəmpəmpəmbiiş göründü ki, fuuu!! Amma bəyaz təniniz varsa, supeer yaraşacağından əminəm, mən bir az açıq rəngli və neytral tonlu insanam:) ELFin 3.50 sterlinq, yəni 4 manatlıq mineral pomadalarından daha yumşaq, rahat və kremlidirlər, dodağı nəmləndirirlər. Yəqin ki, digər rənglərini də imkan olan kimi alacam, xüsusilə, Femme rəngində gözüm qalııbb! O_o Bugünlük bu qədər:) Xoş həftə diləyirəm, canlarım, sual, arzu və təklifləriniz üçün burdayam:) Mucuklaarr:***

3/13/2011

Suyadavamlı gel göz layneri EG09 Parlaq ağ - ebay alış-verişim

Kompüterin qabağında otura-otura onlayn alış-verişə yaman aludə olmuşam. Xoşuma gələn çox şeyi demək olar ki, almışam, indi də qənaət etməkdən dağılıram:D Keçən həftələrdə ebay.com saytından gel göz layneri axtara-axtara tapıb aldım. 6.49 dollara və pulsuz göndərişlə əldə etdim bu cıqqılını:

Cəmi 3 qramdı, amma gel toxumalı olduğundan uzun gedəcəyini gözləyirəm. Parlaq, şəffaf ağ rənglidir və barmağımla göz kölgəsi astarı kimi göz qapaqlarıma və göz bulağıma çəkirəm. Effekti super! Təəsüf ki, göz makiyajımın şəkillərini bəzi səbəblərdən qoya bilmirəm bura, amma bu göz layneri ilə bir səviyyə artmışam göz makiyajımda:D Layner olduğundan, göz layneri fırçanızla kirpik xəttiniz boyunca da çəkə bilərsiniz. Xəfif işıltı verəcək. Xumar (smokey) göz makiyajı yaratmaqda əladır - qara gecə paltarı + xumar göz makiyajı, çəhrayı pomadaa O_o Adı-familiyası təəssüf ki, yoxdur bu göz laynerin. Elə ebay-dəki celia-makeup mağazasından ala bilərsiniz. Fərqli rəngləri də var, amma astar kimi istifadə etməyi düşünürsünüzsə, bu EG08 sizin üçündür.

Əlimdəki fləşsiz çəkdiyim svoçdan parıltılar yaxşı görünmür, amma zərli ağlı görünüş verir. Tək problemi - təbii ki, astar kimi uzun müddət sabit qalmır. Mənim kimi, yağlı göz qapaqları olanlara bildirilir! :) Öpücüklər:*