Səhifələr

Showing posts with label kolleksiya. Show all posts
Showing posts with label kolleksiya. Show all posts

5/11/2011

MAC Quite Cute 2011 yaz kolleksiyası

Ah, əziz MAC! Bütün yaşlar, bütün cinslər, bütün irqlər! MAC kosmetikasının devizi budur. Rəsmi veb saytlarında da qeyd etdikləri kimi, onları maraqlandıran insan gözəlliyini və fərqliliyini ortaya çıxartmaq, bir növ şəxsiyyət yaratmaqdır. Tamamilə, high-end dedikləri marka olmasa da, MAC yüksək qiymətli və çox bahalı markalara görə kifayət qədər məqbul qiymətədir və məhdud istehsal etdiyi, peşəkar və hər zövqə xitab edən məhsulları ilə yüzlərlə qadının ürəyini fəth etmişdir. Bir çox modelin və aktrisanın makiyajı məhz MAC MUA-larının (Make-Up Artist - Makiyaj Ustası) tərəfindən edilir və favoritlərin arasında mütləq bir dənə MAC görəcəksiniz. Yeri gəlmişkən, MAC sözünün açılışı da elə Makeup Artist Cosmetics (Makiyaj Ustasının Kosmetikası) deməkdir :)
MAC heç vaxt bir parfumeriyada satıla bilməz, çünki onun özünəməxsus mağazası və interyeri mövcuddur. Azərbaycanda təəssüf ki, MAC mağazası yoxdur, lakin Türkiyənin iri şəhərlərində onlara rast gəlmək olur. 

Yaz aylarında MAC dalbadal bir neçə kolleksiya buraxdı ki, Wonder Woman elə də çox diqqətimi cəlb etməsə də, Quite Cute (Kifayət Qədər Şirin) adlanan kolleksiyasına vuruldum! Bu kolleksiyaya daxil olan məhsullara baxaq:
Bütün kolleksiya 3 mineral ənlikdən, 3 dırnaq cilasından, saxta kirpiklərdən, 5 rəng pomada, 4 parıldadıcı, 3 dodaq qələmi, bir göz kölgəsi dördlüyü, göz layneri və tuşdan ibarətdir. Rənglərə gəlincə,
Bu şirinələr sağdan sola Gigly (açıq çəhrayılı kənar və gavalı rəngdə ürək), Miss Behave (açıq bej kənarlı və nanəli yaşıl ürək), Sakura (lavanda kənarlı maqenta rəngli ürək) ibarətdir. MAC rəsmi səhifəsində çəkisi 3.2 qr, qiyməti 23 USD təşkil edir.
Dodaq boyaları sağdan sola Candy Yum Yum (tutqun neon çəhrayı), Playing Koi (kremli ağ şaftalı çəhrayısı), Play Time (kremli intensiv bənövşəyi), Quite Cute (kremli parlaq ağarmış lavanda), Saint Germain (təmiz pastel çəhrayısı). MAC rəsmi səhifəsində çəkisi 3qr, qiyməti 14.50 USD-dir.

Dodaq parıldadıcılarına gəlincə, sağdan sola Bubble Tea (kremli solğun yalın), Fashion Fanatic (kremli solğun çəhrayı), Girl Love Boy (parlaq açıq mavi çəhrayı), I Love You (kremli orta ton yasəməni). MAC rəsmi səhifəsində çəkisi 4.2ml, qiyməti 18.50 USD-dir.

Üç dırnaq boyası ilə davam edirik. Sağdan sola Little Girl Type (kremli solğun lavanda), Mischievous Mint (kremli solğun mavi nanə), Ice Cream Cake (kremli mavi çəhrayı). MAC rəsmi səhifəsində çəkisi 10ml, qiyməti 14 USD-dir.



Cutie göz kölgəsi dördlüyündəki rənglərə gəlincə, yuxarıdan sağa doğru getdikcə, Moshi Moshi (solğun ağ yaşıl qızıl), Goody Goody Gum Drop (açıq ağ çəhrayı), aşağı soldakı Boy Crazy (gümüşlü solğun lavanda), Azuki Bean (orta tonlu çirkli bənövşə). MAC rəsmi səhifəsində çəkisi 5.6qr, qiyməti 36 USD-dir.



Dodaq qələmlərinə gəlincə, yuxarıdan aşağıya Boldly Bare (çirkli qırmızı qəhvəyi), In Synch (parlaq sarı çəhrayı), Naked Liner (açıq neytral). MAC rəsmi səhifəsində çəkisi 1.45 qr, qiyməti 13 USD-dir.
MAC 7 Lash saxta kirpiklər təbii görünüş üçündür və istənilən formada mövcuddur. Qiyməti 14 USD.
Bu kolleksiyaya daxil olan göz layneri yalnız qara rəngdə mövcuddur və maye laynerdir, sadəcə qələm formasındadır. Çəkisi 1qr, qiyməti 17.50 USD-dir.

Zoom Lash tuşu da bu kolleksiyada çıxdı. Yalnız Zoomblack qara rəngi mövcuddur. Kirpikləri ayıran xüsusiyyətlidir. Çəkisi 8qr, qiyməti 14 USD-dir.

Hə, əzizlərim, bu da MAC və bu da Quite cute kolleksiyası. Bu kolleksiyanı özümə yaxın hiss etmə səbəblərimdən biri də kolleksiyadakı məhsulların adlarının yapon sözləri olmasıdı deyəsən:D Sakura, Moshi Moshi, Koi, Azuki:D Ən çox ənliklərdə, xüsusilə Miss Behave-də gözum var, amma məhdud buraxılış olduğundan və maddi durumum bunu almağa imkan vermədiyindən hələ də istək listəmdə qalmaqdadır:D Türkiyədəki MAC-lara gətirilib-gətirilmədiyini bilmirəm və 40 TL-dən ucuza satılacağını da sanmıram. İNŞALLAH gələn maaşımda fürsət düşsə, bu cici ənliyi əldə edib sizə gözəl bir post hazırlayacam. Hamımıza MAC-lı bir gün diləyirəm, qızlar:D Öpüldünüzz:**

3/01/2011

The Body Shop 2011 yaz kolleksiyası

BƏLİ! Gözlənilən an gəldi! Martın ilk günü və od çərşənbəsinin sevinci ilə sizə TBS-dən xəbər gətirmişəm. The Body Shop Londonun Moda Kolleci ilə işbirliyi sayəsində yaradılmış məhdud buraxılış olan "Moda ilə Fırçala" ("Brush with Fashion") yaz kolleksiyasını artıq satışa buraxdı. Keçən həftə artıq Türkiyədə də TBS mağazalarında bu şirinələr görünməyə başladı. Təbii, saf və keyfiyyətli xam maddələrdən hazırlanan və heyvanlar üzərində test edilməyən TBS-lər həmişəki kimi böyük marağa səbəb oldu.


Digər kolleksiyalarda olduğu kimi çox məhsuldan ibarət olmayan "Moda ilə Fırçala"nın qablaşdırması Londonun Moda Kollecinin istedadlı tələbləri tərəfindən hazırlanmış və işləri bəyənilmişdir. Aşağıdakı şəkillərdə bu kolleksiyanın göz kölgə dəstini, üz astarını və yanaq rəngləndiricisini;
burda isə dodaq baxım məhsullarını - fırçalı dodaq parıldadıcılarını görə bilərsiniz.: çəhrayı Krem 01 və Şirəli Ərik 11.
Şirindilər, elə deyilmi?:D Yaz bitmədən bunları sınaqdan keçirməyi çox istəyirəm. Ümidvaram, nəsib olar və sizə gözəl bir postla geri qayıdaram;) Hələlik isə özünüzdən muğayat olun ;)

P.S. Şok bir xəbərdən sonra özümə gəlməyə çalışıram. Türkiyə hökümətinin verdiyi qərar görə, artıq bütün blogspotlar bağlanacaqmış. Çox təəssüf edirəm... Əgər bir gün blogumu oxuya bilməsəniz, bunun səbəbi aydındı artıq...