Səhifələr

3/28/2011

E.L.F. Kosmetikası = Natural Radiance Ənlik + Göz Astarı və Göz Layneri + Göz qapağı astarı + Minerallı Üz Astarı

Aman Allahım! Bu kosmetikanı kəşf etdiyimdən bəri elə hey alıram! Allah axırını xeyir elesin, sökülmüşəm:D Bu yaxınlarda yaman çox E.L.F yazıları görəcəksiniz:D 
E.L.F. haqqında bir az danışım. Amerika Birləşmiş Ştatlarının buraxdığı Eyes Lips Face yalnız Veb sayt vasitəsilə ucuz və eyni zamanda, rəqabətə davamlı məhsullarını satmaqdadır. Amerikada "1 dollarlıq kosmetika" kimi bilinən bu marka Birləşmiş Krallığın saytında 1.50, 3 və 3.50 funt sterlinq qiymətinə Avropaya, eyni zamanda, Türkiyə və Azərbaycana satılır, minlərlə sevəri də var. Geniş məhsul çeşidinin ucuz olmasına baxmayaraq (marka ucuz olmasının səbəbini məhsullarının qablaşdırmasına xüsusi bəzək vurmaması ilə əlaqələndirir), bir çox böyük firmalarla rəqabət edə bilir. Elə isə gələk mənim ilk E.L.F. sifarişimə:D 2 həftəyə çatdı əlimə.

 Soldan sağa ELF peşəkar seriyasında Natural Radiance Blusher (ənlik), ELF Eye primer and Liner Sealer (Göz astarı və layner yaradan), ELF eyelid primer (göz qapağı astarı) və Mineral İnfused Face Primer (Minerallı Üz Astarı). Bu cicilərə göndərmə pulu ilə 16.45 funt sterlinq ödədim. Pis deyil. Aşağıda da qutudan çıxmış formaları:

Başlayaq, 1.50 funtluq göz qapağı astarından. 

Göz kölgəsinin uzun müddət gözdə qalması, təkcə onun piqmentliliyindən və toxumasından asılı deyil. Yaxşı astar kölgənin uzun müddət və öz rəngində qalmasını təmin edir, bir neçə saat sonra belə kölgə uçub getmir. Düzü, ELF-in bu eyelid primer dediyi astarı elə də super deyil, kölgənin ömrünü uzadır, amma qələmin yox:D Qabından azacıq çıxarıb göz qapaqlarına çəkib əlimlə yayıram (fırça ilə də edə bilərsiniz), sonra göz makiyajımı edirəm. Bir az iyi qəribə gəlmişdi ilk dəfə açanda, amma sonra öyrəşdim deyəsən:D Aşağıdakı svoçda sol tərəfdə astarsız, sağda isə eyelid primer-lə çəkdiyim Arezianın qəhvəyi kölgəsini görürsünüz:


İndi keçək, 3.50 funtluq ELFin studio seriyasından aldığım göz astarım və maye layner yaradanıma.

Gördüyünüz pomadaya bənzər tərəfi astardı. Yenə eyni qaydada çəkirəm, amma bu astar yuxarıda bəhs etdiyim digər astardan daha zəifdi, elə-belə yüngül makiyaj - nə bilim, dənizə gedib edəndə makiyaj çəkmək istəyirsinizsə və ya "astarın olması astarsızlıqdan yaxşıdı" deyib kölgənizi bir az vurğulamaq istəyirsinizsə, işinizə yaraya bilər. Aşağıdakı svoçda solda eye primer və sağda astarsız çəkdiyim Arezia qəhvəyi kölgəmi görə bilərsiniz. Elə çox fərq yoxdu, hə? (Kompüterim də fondadı:D - Rek-lam-lar:D)

Line sealer dediyimiz maye layner yaradandan isə hələ istifadə etməmişəm, düzü, maye laynerdən istifadəyə hələ risk eləmirəm:D Edincə, geniş təcrübəmi sizə yazacam. İndi gələk 6 funtluq minerallı üz astarına.

Ümumiyyətlə, markaların minerallı məhsullarından istifadə etməyə çalışın, çünki onlarda paraben kimi dəriyə ziyanlı maddələr olmur. Adətən, digər seriyalardan daha bahalı olur, amma neynəmək olar, hərdən bir az artıq pul ödəmək lazımdı. Üz astarına gəlincə, üz astarlarının məqsədi üzü hamar və qüsursuz makiyaja hazırlamaq, tonal kremin rahat çəkilməsini təmin etmək və dərini qorumaqdır (makiyajın da uzun müddət qalmasını təmin edənlər də var). Bu üz astarından belə istifadə edirəm: üzümü yaxşıca yuyub nəmləndirdikdən sonra, azacıq miqdarda (hələ bu şəkildə çox qoymuşam) əlimə vurub bütün üzümə yayıram, bircə damcısı bəsdi ki, bütün üzə çatsın, çox çəksəm, üzümü yağlı hiss etdirir - ona görə, əgər yağlı dəriniz varsa, ya çalışın bu məhsulu almayın, alsaz belə, çoox az çəkin, çünki həddini aşanda üzünüzə yağ çəkmiş kimi hiss edəcəksiniz:D Belə rəngsiz olması da əladır. Makiyajı də çox yaxşı saxlayır, 6 saatdan sonra belə tonal kremim olduğu kimi qalır, hamar görünür dərim. Mən kifayət qədər məmnunam və bitincə, yenə almağı düşünürəm.
Nəhayət, son məhsulumuz - ELFin peşəkar seriyasından 1.50 funtluq Natural Radiance Blusher - Glow (təbii parıltı ənliyi - parla) ilə qarşınızdayam.

Gördüyünüz kimi, narıncı rəngli ənlik xəstəliyim burda da davam edir:D Xəfif parıltılı (daha doğrusu, işıqlı) narıncı-çəhrayı ənlik cıpcıqqılıdı, amma rəngini yaxşı verir, elə piqmentli deyil, ilk dəfə fırçanı vurarkən, o dəqiqə toz-toz olmuşdu, bir az ehtiyatla işlətmək lazımdı. Bundan vurğulayıcı (highlighter) kimi almacıq sümüklərimin altına nazik xətt kimi istifadə edirəm adətən və kölgə verirəm. Qalıcılığı ortadı, 6 saata bir şey qalmır amma:D Yaz günlərində xəfif makiyaj üçün yaxşı işə yarayır. Aşağıda da barmaqlarımdakı svoça baxa bilərsiniz:


Hə, əzizlərim, bu da mənim ELF təcrübəm. Əgər siz də, ucuz qiymətə kifayət qədər yaxşı məhsullar almaq istəyirsinizsə, eyeslipsface.co.uk saytına baş çəkin. Azərbaycana da məhsul göndərir;) Feysbukda da izləyərək, ELF Cosmetics fan səhifəsi hər 5000 layk qazandıqdan sonra təmin etdiyi kupon kodlarından yararlanaraq, pulsuz göndərmə və ya 20% tam endirim əldə edə bilərsiniz. Hal-hazırda, 130,000 layk əldə etdiyi üçün ELF aldığımız bütün məhsullara 20% endirim təklif edir: sadəcə, səbətinizə məhsulları atdıqdan sonra kupon kodu yerinə PERFECT20EU kodunu daxil edin, göndərmə yeri kimi European qeyd edin və O-lala:D Təklif sabah səhər 9-a kimi (İngilitərə vaxtı ilə) sona çatır. Mübarəksiniz, canlarım:) Mucuklar:*

6 comments:

Benden Bişeyler said...

canımcım far bazını hiç beğenmemiştim ben,gözkapağımı gerip böyle pütürlü çirkin bi görüntü oluşturmuştu farı sürünce yoğun şekilde de kimyasal kokuyordu o yüzden dayanamadım bitirmeden attım ama tek başına rengi dengeliyor bi de mineral seriden olanı deneyecem onun yapısı farklıymış,allık da tozutsa bile rengi çok şeker ya hepsini güle güle kullan:) sen gördün mü bilmiyorum çok güzel bi alışveriş sitesi buldum şahane nyxler var baya indirimli alışveriş yapmak için sabırsızlanıyorum oradan sana da verim adresi bak bi eminim sende beğenceksin:)
http://www.beautyjoint.com/

candy1990 said...

MUBAREKDI!!! umumiyyetle biz de bele blog tapmagima olduqca wadam,uje 5 6 il olar ki coxlu xarici bloglari oxuyuram... blogun cox xowumaa geldi uzun omurlu olar INWALLAH))) Elf e geldikde ise bakiya getirdiklerini bilmirdim 4 5 mehsulunu iwletmiwem qiymetine gore olduqca keyfiyyetlidir,hetta MAC la muqayise de ede bilerem.. meni de heveslendirdin )))

candy1990 said...

Azerbaycanda bele blog tapmagima coooox sevindim,aldiglarin mubarekdi!!! ELF kosmetikasi ile taniw olan biri kimi deye bilerem ki, qiymetine gore cox keyfiyyetli kosmetikadi,hetta MAC la da muqayise ederdim,bakiya geldiyini bilmirdim,coox heveslendirdin,, blogunda ilk yazimda INWALLAH axarli olar!

Anonymous said...

blogun cox xowuma geldi,ilk defedir ki Azerbaycanda bele blog gorurem... davamli olsun,ELF kosmetikasini iwleden biri kimi deye bilerem cox xowuma gelen kosmetikadi ,qiymeti luxedan zeif olsa da keyfiyyeti onlardan artiqdir

Eva said...

@Benden Bişeyler, canım, o kadar kötü gelmedi bana, ama o studio serisinin eye sealerli olanı plastik gibi kokuyor, ama sürünce his etmiyorum:D Eh, idare eder ikisi de. Sağ ol canım, dileklerin için:) Evveett, gayet ucuz yaa bu NYX-leer:D Çook teşekkür ederim site için:) İstek listemi oluşturayım:D

@Candy1990, bəyəndiyinə çoox sevindim, canım:)Mən də bu boşluğu hiss etdiyim üçün belə bir blog yazmağa başladım, İNŞALLAH xeyirlisi ilə davam edərik bir yerdə:)Hə, ELF qəribə də olsa, yaxşıdı kifayət qədər, o qədər məni özünə çəkib ki, artıq 1ayda 4sifariş yerləşdirmişəm xD Yazımda göstərdiyim saytdan Azərbaycana sifariş edə bilərsən, kupon kodu, endirim zad demişkən, pulsuz göndərmə ilə əldə etmək imkanı da var:)

Eva said...

@Anonymous, çox sağ ol dəstəyin üçün:) Aham, məncə də. Markalar elə ad qazanıblar ki, adları belə bəs edir baha qiymətə almağa. ELF reklam eləməsə də, keyfiyyətə görə rəqabət apara bilir. Biz də bundan yararlanaq:)