Səhifələr

Showing posts with label Təzəcə bitirdim. Show all posts
Showing posts with label Təzəcə bitirdim. Show all posts

6/03/2011

Təzəcə bitirdim # 3

Bir may ayını da arxada qoyduq. Həmişə olduğu kimi, bu ay da dəriyə qulluq məhsullarımı bitirməkdə ustalığımı göstərirəm:D
Deracine təmizləyici gel: Dermotoloqa getdiyim vaxt həssas və qarışıq dərim üçün tövsiyə etdiyi bir geldi. Yanvardan bu yana bu 150ml-lik geli istifadə edirdim və nəhayət bitdi:D İyi dərmanı xatırladır, gel teksturalıdır, elə fərqli bir şey hiss etmədim bu geldə, Garnierin geli kimidi elə:D 30 YTL/15AZN vermişdim buna, amma dəyməz. Bir daha almaram belə bir şeyi.

Duru Gourmet duş geli: Durunun bu duş gellərindən neçəsini bitrdim, xatırlamıram, amma olduqca çox sevirəm bunları. Bu, vişnə tortu qoxulu olanıdır və bir dəfə iyləməklə vurulmuşdum. Qoxusu qalıcı deyil təəssüf ki. Amma hamamınızın xoş qoxumasını istəyirsinizsə, almağa dəyər, onsuz 1 manati/2YTL-ni keçmir qiyməti.

Oriflame Essential üz kremi: Qarışıq və ya yağlı dərilər üçün olan bu gecə/gündüz kremini martdan bu tərəfə istifadə edirdim və orta məmnun qaldım. İlk sürtdükdə yağlılıq hiss etdirməsi və ağır toxuması narahat edirdi məni. Yenə almaram yəqin ki. Qarışıq dərim ağır toxumalı kremləri çox götürmür, axşam çəksəm, səhər yenə yağlanırdı. Amma dəriyə hopması əladı. Qiyməti Türkiyə kataloqlarında 8.90YTL, Azərbaycan kataloqlarında 1-2 AZN edir.

Bu da belə, əzizlər! Bu məhsulları bəs siz sınamısınızmı? Hansından məmnunsunuz və ya deyilsiniz? May ayı necə keçdi sizin üçün?:)

5/03/2011

Təzəcə bitirdim #2

Aprel ayı da işıq sürətilə bitdi! May ayı və ən gərgin zamanlar başladı - imtahan və proyektlər:D Allah hamımıza səbr və güc versin :) Keçək bu ay dibinə daş atdığım məhsullara:

Yenə dəriyə qulluq məhsullarım öndədi:D

Rexona Ətir Kolleksiyası Seksual: İllərdir dəyişməyən anti-persipirant spreyim. Yeniyetməliyimdən bəri Rexonaçıyam və ondan daha yaxşı mənim kimi çox tərləyən insanı darda qoymayan yoxdu! Fragrance Collection adı ilə satışda olan yeni seriyasını isə çox bəyənirəm. Seksualın ətri çiçəkli, şirindi. İndi Xoşbəxt (Happy) növünü almışam, o daha çox sitrus tiplidi, yaz-yay üçün idealdı.
Olay göz makiyajı təmizləyici: Nə dəyim, mənim bir nömrəli göz makiyajı təmizləyicim. Çıxartmadığı qələm, tuş, kölgə yoxdu! Gözüm həssas olduğundan acılandıra bilirdi, amma təmizliyi super. Almağa dəyər. Fürsət düşsə, yenə alacağım məhsuldu.
Oriflame Loves me duş geli: çobanyastığılı bu şirinəni sevə-sevə işlətdim. Qeyri-adi xüsusiyyəti yoxdu, normal xoş qoxulu gel axtarırsınızsa, almaq olar, qoxusu qalıcı deyil təəssüf ki.
Stila rəngli nəmləndirici SPF 15: İlk faciəvi onlayn alış-verişimdən qalan bu köhnəlmiş Stila nəmləndiricisi üzümdə civzə yaratdığı üçün atmalı oluram. 1-2 dəfə çəkdim ki, bəlkə köhnə deyil, amma təəssüf ki, üzümü sızanaq basanda son istifadə müddəti keçmiş məhsul olduğuna tam əmin oldum. Bu nəmləndirici haqqında əslində çoox yaxşı şeylər oxumuşdum, təəssüf ki, cheapsmells.com göndərdiyi köhnə Stila məhsulu ilə olan qalan Stila həvəsimi də öldürdü. Risk edim almaram da:D

Bu da mənim apreldə bitirdiklərim, canlarım! Bəs sizin apreliniz necə keçdi? Maya hazırsız? :)

4/06/2011

Təzəcə bitirdim #1

Çoxdandır belə bir yazı yazmaq fikrindəydim! Mart ayında dibinə daş atdığım və istifadəsindən məmnun qalıb-qalmadığım məhsulları sizinlə bölüşürəm:

Təbii ki, makiyaj vasitələrini çox gec qurtaran insan kimi, onları atma səbəbim ya son istifadə tarixinin keçmələridi, ya da qurumaları:D Dəriyə qulluq məhsullarının isə nətər deyərlər, "qanını içirəm":D Başlayaq:
IsaDora Lash Booster Mascara (Kirpik Dolğunlaşdıran Tuş): Keçən ilin sevimli makiyaj məhsullarımdan olan bu tuşu oo qədər çox bəyənirəm kii! İstədiyiniz həcmi verir. Artıq çürüdüyü üçün atmalı oldum, amma fırçasını çıxarıb yuyub saxladım:D Eksperimentlərimdə istifadə edəcəm:D Bakıya gedən kimi bir dənəsini hoop çantama atmalıyam!
Arnaud İnstitut Hydra Touch üz kremi: Yenə Bakıdan yadigar qalan canım üz kremim! Yaxşıca nəmləndirib heeç bir yağlılıq hiss etdirmir. Yenə alacağım kremlərdən biridi. Sənə də əlvida!
Nivea pearl shine dodaq balzamı: Hmm, yazıq o qədər qaldı-qaldı stolumda, axıra istifadə tarixi keçdi:/ Nəmləndirməsi yaxşı olmadığından çoox az istifadə edirdim, amma artıq ayrılmağın vaxtı çatmışdı. Yenə almayacağım bir balzamdı.
Oriflame Hair X yağlı saçlar üçün şampun: qəribədi ki, kondisionerində paraben olmamasına baxmayaraq, parabenli şampundu, amma əvvəlki yazılarımda da dediyim kimi, saçın yağlanmasını ləngidirdi. Xəfif qoxusu var. Amma mütləq alacağım şampun deyil. Sınanılmalı o qədər şampun var ki:D
Garnier Pura Skin nəmləndirici üz kremi: Mmm... yenə almayacağım kremdi, nəmləndirməsi aşağıdı, dəri problemlərinə xeyri yoxdu. Amma dərini təmiz tutması və xoş qoxuması fikrimi dəyişə bilər:D