Səhifələr

6/03/2011

Təzəcə bitirdim # 3

Bir may ayını da arxada qoyduq. Həmişə olduğu kimi, bu ay da dəriyə qulluq məhsullarımı bitirməkdə ustalığımı göstərirəm:D
Deracine təmizləyici gel: Dermotoloqa getdiyim vaxt həssas və qarışıq dərim üçün tövsiyə etdiyi bir geldi. Yanvardan bu yana bu 150ml-lik geli istifadə edirdim və nəhayət bitdi:D İyi dərmanı xatırladır, gel teksturalıdır, elə fərqli bir şey hiss etmədim bu geldə, Garnierin geli kimidi elə:D 30 YTL/15AZN vermişdim buna, amma dəyməz. Bir daha almaram belə bir şeyi.

Duru Gourmet duş geli: Durunun bu duş gellərindən neçəsini bitrdim, xatırlamıram, amma olduqca çox sevirəm bunları. Bu, vişnə tortu qoxulu olanıdır və bir dəfə iyləməklə vurulmuşdum. Qoxusu qalıcı deyil təəssüf ki. Amma hamamınızın xoş qoxumasını istəyirsinizsə, almağa dəyər, onsuz 1 manati/2YTL-ni keçmir qiyməti.

Oriflame Essential üz kremi: Qarışıq və ya yağlı dərilər üçün olan bu gecə/gündüz kremini martdan bu tərəfə istifadə edirdim və orta məmnun qaldım. İlk sürtdükdə yağlılıq hiss etdirməsi və ağır toxuması narahat edirdi məni. Yenə almaram yəqin ki. Qarışıq dərim ağır toxumalı kremləri çox götürmür, axşam çəksəm, səhər yenə yağlanırdı. Amma dəriyə hopması əladı. Qiyməti Türkiyə kataloqlarında 8.90YTL, Azərbaycan kataloqlarında 1-2 AZN edir.

Bu da belə, əzizlər! Bu məhsulları bəs siz sınamısınızmı? Hansından məmnunsunuz və ya deyilsiniz? May ayı necə keçdi sizin üçün?:)

6/01/2011

Gözəllik Salonunun 1 yaşı və müsabiqəmizin nəticəsii!!!

Əzizlərim, çox sevinirəm, çox şadam! Düz bir il əvvəl əziz blogumu yazmağa başlamışdım və son 8 aydır ki, aktiv surətdə bloqumla məşğulam. Blogum mənə çox şey qatdı, ilk öncə, böyütdü məni:) Beləcə, sizin kimi əziz oxucularımla tanış oldum! Hamınıza tək-tək vaxt ayırıb blogumu oxuduğunuz və dəyərli şərhləriniz üçün təşəkkür edirəm.

Nəhayət, müsabiqəmiz də sonlanmış oldu. Sizə random.org nəticələrini təqdim edirəm. Cəmi 3 nəfər iştirakçımız var idi, sıralamanı müsabiqə postuna şərh yazma sırasına görə qeyd etdim. Aşağıdakı xanada sıralamanı görə bilərsiniz:

Nəhayət, generate düyməsinə basdıqdaaaaaa....
3 nömrəli iştirakçımız seçildiii!! Bu da Life is Beautiful blogunun sahibəsi Horizondıır!!! :D Təbrik edirik qalibimiziii!!! Əzizim, Horizon, 3 gün ərzində mənimlə əlaqə saxlamanı və ünvanını bildirməyini istəyirəm ki, hədiyəni sənə çatdıra bilim:) Hər bir iştirakçıma dərin minnətdarlığımı bildirir və sizə gələcəkdə bundan daha yaxşı, MAClı, NARSlı hədiyyələrə verməyi arzulayıram. Hamınızı bir daha öpürəəm! Özünüzdən muğayat olun! :)
P.S. Gedim sabahkı ad günümə hazırlaşım :D

5/31/2011

Avon göz makiyajını təmizləyən

Olayın göz makiyajı təmizləyicim bitəndən sonra Avonun bu məhsulunu sınamaq istədim. Desəniz ki, niyə ayrıca göz makiyajı üçün təmizləyici alıram, cavabı çox sadədi: axı gözlərimiz daha həssasdı və göz bölgəsindəki dəri daha zərifdi. Təbii ki, göz makiyajını təmizləyən vasitə də bir o qədər "zərərsiz" olmalıdı. 12 YTL/6AZN-ə aldığım 150 ml Avon göz makiyajı təmizləyici bax belə ağ kauçuk butulkada gəlir:

Maye formasında olduğundan bu butulkadan məhsulu çıxartmaq asandı, amma krem olsaydı, düşünmək belə istəmirəm bu butulkanı sıxmağı. Müsbət və mənfi cəhətlərini yenə ayıraraq yazıram, əgər bundan narahat olursunuzsa, mütləq bildirin mənə.
Müsbət cəhətləri:
1. Gözləri az yandırır. Olay həssas gözlərin uzaq olması lazım gələn bir göz makiyajı təmizləyicisi idi. Bu isə o qədər yandırmır. Gözləri açıq-açıq yusanız, o vaxt yandırır ancaq. Gözlər qapalı ikən məsumdu:)
2. Yüngül toxuması gözdə ağırlıq yaratmır. Yuyarkən rahatdı, amma bircə makiyajı təmizləsəəə, lap qiyamət olardı!

Mənfi cəhətləri:
1. Təmiz təmizləmir! Bir göz makiyajı təmizləyicisindən nə gözləyərsiniz? Təbii ki, göz makiyajını təmizləmək. Amma bu şey elə də işə yaramır! Yüngül makiyajı heç, yaxşı-pis çıxarır, amma elə ki, işə tünd rənglər girdi, vəssəlam. Üzümə-gözümə, hər yerimə yaxır makiyajımı. Hələ gözümün altına çəkdiyim qələmi, tuşu, kölgəni demirəm!
2. Maye formasında olması gözə çəkməyə çətin imkan verir. Daim axdığı üçün gözün içinə də girir ki, kifayət qədər narahat edən duyğudur.

Hə, qızlar, yuxarıda bu təmizləyicinin toxumasını da görürsünüz, mayeyə çox yaxındı. Dediyim kimi, yaxşı təmizləmədiyindən bir daha almaram. Amma məcburən 6 manat verdiyim məhsulu işlədib bitirməliyəm! Onun üçün əvvəlcə, nəm makiyaj təmizləyici salfetlə gözlərimi yavaşca silib üstündən bununla yuyuram, yoxsa makiyaj getmək bilmir. İmkan düşsə, uzaq durun bundan və elə ondansa 10YTL/5 manata Olayın göz makiyajı təmizləyicisini alın. Oriflame də yeni göz makiyajı təmizləyicisi buraxıb, onu da sınamaq istəyirəm, çünki məlum məsələ, Olay Bakıda yoxdu və Bakıda olan münasib qiymətli markanın məhsuluna dönməliyik:) Bəs sizin sevimli makiyaj təmizləyiciniz nədir? Nəyi məsləhət görərdiniz?

5/27/2011

Ətir təqdimatı: Chloe EDP

Əzizlərim, razılaşdığımız kimi, səs çoxluğu sırası ilə ətirlərin təqdimatına davam edirəm və bu həftə ətir kolleksiyamın ən bahalı ətri Chloe şirkətinin 2008-ci ildə buraxdığı Chloe EDP iləyik. Eau de Perfume olduğundan olduqca qalıcı olan bu ətrin məndə xoş xatirəsi var: qışda Bakıya qayıdarkən bacımın Yeni il hədiyyəsidir, elə aeroportdaca üstümə fısqırıb aşiq olmuşdum bu qoxuya. Gələk əvvəl görünüşünə:

Gördüyünüz kimi qutusunu da saxlayıram, çünki bu ətrimi digərlərindən ayrı, gizli bir küncdə tuturam ki, gözümdən uzaq olsun, yoxsa elə hey istifadə edərəm. Krem rəngindəki lentalı bu ətri boynuna şərf dolamış xanıma bənzədirəm. Eleqant bir şüşəsi var və istifadəsi rahatdı.
Rəsmi məlumata görə:
Gündüz istifadəsi üçün yaradılmış, hər kəsin signature ətri ola biləcək bir qoxudur.
Üst notlarda: pion, frezya, liçi
Orta notlarda: qızılgül, vadi zanbağı, Karib maqnoliyası
Alt notlarda: kəhrəba və Virciniya sidri.
Mənim fikrimcə: bu ətir mənə məsumluğu, eyni zamanda da qadınlığı, şəhvəti xatırladır. Hər dəfə bu ətri qoxulayanda gözlərim avtomatik yumulur və bütün günü özümü iyləyə-iyləyə qalıram. Yumşaq, təravətli, hər fəsil istifadə oluna biləcək yeganə ətirdir məncə. Gündüz istifadə üçün nəzərdə tutulsa da, mən bunu çoox xüsusi günlərimdə, xüsusən, axşamlar istifadə edirəm. Qiyməti baha olduğundan qıya bilmirəm gündəliyə salmağa :) 10 metrdən tanına biləcək nadir bir ətirdir. Əgər bir ətirdə şirinlikdən daha çox, saflıq, yumşaqlıq, məsumluq, eyni zamanda özünə inam axtarırsınızsa, Chloe EDP sizin üçündür. Qızılgülün qoxusu xəyal-məyal hiss olunur.


Bu ətir digər Chloe ətirləri ilə maraqlanmağıma səbəb oldu. Bakıya gedən kimi cumacam İdeala :D Chloe EDP 30, 50 və 75 ml-lik mövcuddur. Qiymətinə gəlincə, məndəki 75 ml-in İdealda qiyməti 123 AZN/246 YTL, strawberrynetdə 125.50 ABŞ dollarıdı. Sizə orijinal TV reklamı ilə baş-başa buraxıram:) Əgər siz də Chloe-nin hansısa ətrini istifadə edibsiniz və məsləhət görərdinizsə, mütləq mənə şərh yazaraq bildirin. Aşiqəm buna!

5/24/2011

Oriflame Very me - Lovebirrrds göz qələmləri

Bu xoş bahar günündə xoş gördük, əzizərim :) Sizə bu havalarda tez-tez geyindiyimiz geyimlərə uyğun göz qələmlərindən danışmaq istəyirəm. Mən, adətən, göz makiyajımı geyimimə uyğunlaşdırmağa çalışıram, yaz havalarında tez-tez cins və  ya yaşıllı bir şey geyinmək getdikcə dəbə mindiyindən fevral ayında Oriflame-in Sevgililər günü üçün məhdud sayda buraxdığı Very me Lovebirrrds qələmlərimi çıxartmağımın vaxtı gəlib çatmışdı:) Türkiyənin bu Oriflame kataloqunda da görünən qələmlərlə maraqlana biləcəyinizi düşünüb bu yazını hazırladım. Məndəki  Şirin yaşıl (Sweet Green) və Mavini Sevirəm (I Love Blue) rəngləridi.
İlk aldığımda düzünü desəm, peşman olmuşdum. Fevral ayı, yaşıl-mavi rənglərdən çox istifadə etmirəm və gözlərimin rəngi də tünd qəhvəyi. Bu qələmlərdən necə istifadə edəcəyimi bilmirdim, qablaşdırması üçünsə ürəyim getmişdii! Üstündə quşlar, çiçəklər, böcəklər var və əsl baharı xatırladır (Oriflame niyə bunu qışda buraxmışdı, başım çıxmadı:D). Qablaşdırmadan bu qədər, keçək toxumalarına. Aşağıda svoçları gün işığında çəkib sizə təqdim edirəm:

Yenə mənim üçün mənfi və müsbət hesab etdiyim xüsusiyyətlərini ayıracam, amma onu qeyd edim ki, sizin üçün eyni olmaya bilər.
Mənfi cəhətləri:
1. Sərt toxumalıdırlar. Alandan sonra birinci dəfə gözə çəkərkən diqqətli olmaq lazımdı, gözü basıb çıxardır :D Düzü, ilk istifadələrdə belə idi, amma getdikcə yumşalır. Yenə də normal qələmə görə sərtdirlər, yumşaq çəkilmir.
2. Şirin Yaşıl daha az piqmentlidi. Şəkildən də gördüyünüz kimi, yaşıl daha az rəng verir və cıvıl-cıvıl yaşıl deyil, bozla qarışıq yaşıl rəngdi. Bir neçə qat çəkmək lazımdı ki, yaşıllığı görünsün:D
3. İsti olduqda qarışa bilirlər. Təəssüf ki, davamlılıqları zəifdi. Uzun müddətli makiyaj edəndə bunları sabitləmək lazımdı, yoxsa axıb aləmi pis günə qoyurlar.

Müsbət cəhətləri:
1. Mavini Sevirəm daha piqmentli və qalıcıdı. Bu tünd göy rəng yaşıla görə daha uzun müddət qalır və daha piqmentlidi. Bircə qat göy rəngi almağa imkan verir.
2. Gözləri yandırmır. Həssas gözlərə sahib olmağıma baxmayaraq, gözlərimi yandırıb yaxmadı. Gözlərimin içinə də çəkirəm və hələ ki problemimiz yoxdu.

Belə görünür ki, mənfi cəhətləri daha çoxdu:D Bu qələmləri ancaq qablaşdırmasına vurulanlar ala bilər, amma belədi ki, "normal rəngli qələmim olsun, hərdən bir, dadını çıxartmaqçün çəkərəm" deyirsinizsə, almaq olar. Mən Azərbaycan kataloqundan 2.99AZN-ə almışdım səhv xatırlamırsa. Türkiyə kataloqunda 7.90 tl olmalı idi. Xoş alış-veriş diləyirəm, qızlar :):*

5/20/2011

Avon saça qulluq məhsulları - Advance Techniques Gündəlik Parıltı (Daily Shine) seriyasından

Cicilər, necəsüz bu sərin havada?:) Ümidvaram, işləriniz və dərsləriniz qaydasındadı. Mən də final qabağı imkan düşdükcə sizləri uzuun müddət bundan əvvəl aldığım və o vaxtdan sınadığım məhsullar haqqında yazmağa çalışıram. İnteresing life blogunun sahibəsi əziz Afaqın xahişi ilə saçı parladan Avon məhsullarını aldım və bir aydır ki, bu cütlüyü çiməndən sonra saçlarımda istifadə edirəm. Qarşınızda:

Avon Advance Techniques Gündəlik Parıltı (Daily Shine) yaxalanmayan saç kremi 250ml və eyni seriyadan parladan saç spreyi 100ml. Bu gün müsbət və mənfi keyfiyyətləri deyə xüsusiyyətlərini iki yerə ayıraraq danışacam:
Müsbət cəhətləri: 
1. Salonu xatırladan xoş qoxusu. Bilmirəm sizin xoşunuza gəlir ya yox, amma gözəllik salonunun o şampun-saç kremi qoxuyan havasını sevirəm:D Bunların ikisi də elə həmin qoxunu verir. Saçımı növbəti dəfə yuyana kimi saçımda qoxuları qalır.
2. Saçımı gec yağlandırır (?). Hə, hə, düz oxudunuz. Qəribə də olsa, bu cütlük saçımın yağlanma müddətini gecikdirir. Nə dərəcədə yaxşı şey olduğunu bilmirəm, amma mən məmnunam bu keyfiyyətindən:D
3. Yapışqan deyillər. Bu keyfiyyət məncə çox vacibdi, heç kəs saçında yapış-yapış sprey və ya kremin olmasını istəməz. Bu cəhətdən uğurludurlar.

Mənfi cəhətləri:
1. Parıltı zad boş şeydi! Hər dəfə çimib çıxandan sonra dəsmalla qurudulmuş saçlarıma saç kremini, fenlədikdən sonra spreyi püskürməyimə baxmayaraq, parıltı zad görmədim. Dost-tanışdan da soruşanda fərq zad görmədiklərini deyirlər ki, özüm hiss etmədikdən sonra onların da günahı yoxdu:D

Hə, qızlar, bax belə. Əsl məqsədlərindən başqa hər şeyi eləyən bu saç məhsullarını sevib-sevmədiyimi də dəqiq anlamadım:D Qiymətlərinə gəlincə, 3-cü kataloqdan hərəsini hardasa  4-5YTL/2-2.5 AZN-ə almışdım. Tez-tez kataloqlarda endirimdə olurlar. Saç kremi çox yekədi, qışa kimi bəs edər mənə, onsuz uzun saçlarım yoxdu:)Yenə alacağımı sanmıram, amma hər an fikrim dəyişə bilər:D
Canlar, bəs siz Advance Techniques-dən nəyisə sınamısınız? Nələri tövsiyə edərdiniz və ya etməzdiniz?

5/17/2011

Ətir təqdimatı: Kenzo Amour

Avroviziyada qələbə, universitetdə 1-ci yarımfinal imtahanlarını vermək demişkən, sevinc sevincə qarışdı:D Hamımız bir daha gözəl qələbə münasibətilə təbrik edirəm və xarici qonaqlarımızı gələn il Bakıda görməyə şad olacağımızı bildirmək istəyirəm:) Elə isə bu günü ətir postu ilə qeyd edək:) 
Xatırlayırsınızsa, sağ küncdəki ətirlərə səsvermə sırası ilə hər həftə biri haqqında yazacağımı bildirmişdim. Səslər bir-birinə yaxın olduğundan və artıq az qalsın 1 həftənin sonuna çatdığımızdan, ən çox səs yığan birinci ətir - Kenzo Amourdan başlayım dedim. Qarşılayın:


2009-cu ilin dekabr ayında çox qiymətli keçmiş bossum tərəfindən hədiyyə edilmişdi. Ətir siyahımda ilk yerləri Fancy və Vanil TBS ilə bölüşür. Bildiyiniz kimi, Kenzo yapon əsilli markadır, geyim və ətirləri ilə yüzlərlə qadının sevimlisidir. Xüsusilə, Bakıda yaxşı fanat kütləsi var :)
Rəsmi məlumat nə deyir: Kenzo Amour 2005-ci ildə yaradılmışdır. İçindəki notlara gəlincə:
Üst notlarda: frangipani, heliotrop,
Orta notlarda: ağ çay, yapon vişnə çiçəkləri
Alt notlarda: Çin vanili, müşk

Mən nə deyirəm: Kenzo Amour əsl yaz-yay ətridi! Bu qoxuda duyduğum pudralı çiçəklər, çiçəklər və çiçəklərdir:D Qapağını açan kimi çiçəkli, xəfif qoxusunu dərhal duyursan. Qutusunun üstündəki eşq quşu da çoox şirindii:)

Baş ağrıtmır, ağır deyil və konkret gündüz, ya da gecə ətri kimi xarakterizə etməyəcəm, sərin yaz-yay axşamları da çiçəklərinizlə hamını heyran edə bilərsiniz. Bu ətri iyləyən kimi həmişə avtomatik gözlərimi yumuram - niyəsə məni çoox uzaqlara dartıb aparır, özümü təravətli və rahat hiss etdirir. Hansı gülün gücüdü bilmirəm, amma onu bilirəm ki, şirin vanil və yapon sakurası öz işlərini yaxşı görür bir yerdə:)Məndə çox gözəl xatirələri var bu ətrin, artıq dibinə az qalmışam, dəfələrlə alacağım bir qoxudu. EDP olmasına baxmayaraq, 7-8 saatdan çox qalmır, o qədər xəfifdi ki, bunu da gözləmək olardı:)
Qiymətinə gəlincə, özüm almadığım üçün xəbərim yoxdu, amma cheapsmells.com-da 30 ml-100 ml qiymətləri 46.39 USD-87.51 USD arasında dəyişir ki, marka ətir olaraq, olduqca uyğun qiyməti var. Orijinallığına gəlincə, qutunun altına qazılmış Kenzo işarəsinə diqqət yetirin. Saxta ətirlərdə bu, olmur:




Çiçəkli-təravətli yüngül ətirləri sevirsinizsə və ya bu isti yaz-yay günlərində belə bir şey axtarırsınızsa, Kenzo Amoura diqqət yetirməyi unutmayın. Seviləcək, həqiqətən də eşqi xatırladan bir ətri əldən verməyin:) Sizi Kenzo Amourun reklamı ilə baş-başa buraxıb ətrimi sıxmağa gedirəm, əzizlərim:D Hamınız öpüldünüüzz:***

5/13/2011

Gözəllik Salonunda ilk hədiyyə müsabiqəsi!!! (Sona çatdı)

Əzizlərim mənim, nəhayət ki, uzun müddətdən sonra ilk müsabiqəmi keçirməyi qərarlaşdırdım. Bildiyiniz kimi, iyun ayının 1-i əziz Gözəllik salonumuzun 1 yaşı tamam olur və bu münasibətlə, kiçik, türklər demiş "çam sakızı çoban armağanı" hədiyyə vermək istəyirəm sizə. Əvvəlcə, hədiyyələrimizə baxaq:

Hədiyyələrimizə:

Oriflame bütün dərilər üçün pambıq maskası 2 ədəd
Oriflame duş geli - qatıq və manqo
ELF dodaq boyası - Gypsy
ELF ənlik və göz kölgəsi cütlüyü
ELF uzadan və vurğulayan tuş - qara
ELF parıltılı göz layneri
ELF kirpik qıvıran
Kerastase saç baxım kremləri 2 ədəd (tester)
Booty dırnaq boyası açıq mavi

Bu hədiyyə dəstinizi qazanmaq istəyirsinizsə, bir iki şərti yerinə yetirməyi sizdən xahiş edəcəm, əzizlərim:)
1) Blogumu izləmək;
2) Müsabiqə xəbərini blogunuzda, yoxdursa facebook/twitter/moymir və s. şəbəkənizdə elan etmək;

Blogumu izlədiyiniz adı və müsabiqəni elan etdiyiniz yerin linkini rəyinizə əlavə etməklə, bu postun altına yazın. Ən son qatılma tarixi 31 maydır ki, qalib 1 iyun random.org saytı vasitəsilə, bəxtə-bəxt seçiləcək və blogdan elan ediləcəkdir! Müsabiqə beynəlxalq iştirakçılara da açıqdır. Hamıya uğurlar arzulayıram və sizləri müsabiqədə görməyə şadam, əzizlərim!! Öpüldünüüzz:*

5/11/2011

MAC Quite Cute 2011 yaz kolleksiyası

Ah, əziz MAC! Bütün yaşlar, bütün cinslər, bütün irqlər! MAC kosmetikasının devizi budur. Rəsmi veb saytlarında da qeyd etdikləri kimi, onları maraqlandıran insan gözəlliyini və fərqliliyini ortaya çıxartmaq, bir növ şəxsiyyət yaratmaqdır. Tamamilə, high-end dedikləri marka olmasa da, MAC yüksək qiymətli və çox bahalı markalara görə kifayət qədər məqbul qiymətədir və məhdud istehsal etdiyi, peşəkar və hər zövqə xitab edən məhsulları ilə yüzlərlə qadının ürəyini fəth etmişdir. Bir çox modelin və aktrisanın makiyajı məhz MAC MUA-larının (Make-Up Artist - Makiyaj Ustası) tərəfindən edilir və favoritlərin arasında mütləq bir dənə MAC görəcəksiniz. Yeri gəlmişkən, MAC sözünün açılışı da elə Makeup Artist Cosmetics (Makiyaj Ustasının Kosmetikası) deməkdir :)
MAC heç vaxt bir parfumeriyada satıla bilməz, çünki onun özünəməxsus mağazası və interyeri mövcuddur. Azərbaycanda təəssüf ki, MAC mağazası yoxdur, lakin Türkiyənin iri şəhərlərində onlara rast gəlmək olur. 

Yaz aylarında MAC dalbadal bir neçə kolleksiya buraxdı ki, Wonder Woman elə də çox diqqətimi cəlb etməsə də, Quite Cute (Kifayət Qədər Şirin) adlanan kolleksiyasına vuruldum! Bu kolleksiyaya daxil olan məhsullara baxaq:
Bütün kolleksiya 3 mineral ənlikdən, 3 dırnaq cilasından, saxta kirpiklərdən, 5 rəng pomada, 4 parıldadıcı, 3 dodaq qələmi, bir göz kölgəsi dördlüyü, göz layneri və tuşdan ibarətdir. Rənglərə gəlincə,
Bu şirinələr sağdan sola Gigly (açıq çəhrayılı kənar və gavalı rəngdə ürək), Miss Behave (açıq bej kənarlı və nanəli yaşıl ürək), Sakura (lavanda kənarlı maqenta rəngli ürək) ibarətdir. MAC rəsmi səhifəsində çəkisi 3.2 qr, qiyməti 23 USD təşkil edir.
Dodaq boyaları sağdan sola Candy Yum Yum (tutqun neon çəhrayı), Playing Koi (kremli ağ şaftalı çəhrayısı), Play Time (kremli intensiv bənövşəyi), Quite Cute (kremli parlaq ağarmış lavanda), Saint Germain (təmiz pastel çəhrayısı). MAC rəsmi səhifəsində çəkisi 3qr, qiyməti 14.50 USD-dir.

Dodaq parıldadıcılarına gəlincə, sağdan sola Bubble Tea (kremli solğun yalın), Fashion Fanatic (kremli solğun çəhrayı), Girl Love Boy (parlaq açıq mavi çəhrayı), I Love You (kremli orta ton yasəməni). MAC rəsmi səhifəsində çəkisi 4.2ml, qiyməti 18.50 USD-dir.

Üç dırnaq boyası ilə davam edirik. Sağdan sola Little Girl Type (kremli solğun lavanda), Mischievous Mint (kremli solğun mavi nanə), Ice Cream Cake (kremli mavi çəhrayı). MAC rəsmi səhifəsində çəkisi 10ml, qiyməti 14 USD-dir.



Cutie göz kölgəsi dördlüyündəki rənglərə gəlincə, yuxarıdan sağa doğru getdikcə, Moshi Moshi (solğun ağ yaşıl qızıl), Goody Goody Gum Drop (açıq ağ çəhrayı), aşağı soldakı Boy Crazy (gümüşlü solğun lavanda), Azuki Bean (orta tonlu çirkli bənövşə). MAC rəsmi səhifəsində çəkisi 5.6qr, qiyməti 36 USD-dir.



Dodaq qələmlərinə gəlincə, yuxarıdan aşağıya Boldly Bare (çirkli qırmızı qəhvəyi), In Synch (parlaq sarı çəhrayı), Naked Liner (açıq neytral). MAC rəsmi səhifəsində çəkisi 1.45 qr, qiyməti 13 USD-dir.
MAC 7 Lash saxta kirpiklər təbii görünüş üçündür və istənilən formada mövcuddur. Qiyməti 14 USD.
Bu kolleksiyaya daxil olan göz layneri yalnız qara rəngdə mövcuddur və maye laynerdir, sadəcə qələm formasındadır. Çəkisi 1qr, qiyməti 17.50 USD-dir.

Zoom Lash tuşu da bu kolleksiyada çıxdı. Yalnız Zoomblack qara rəngi mövcuddur. Kirpikləri ayıran xüsusiyyətlidir. Çəkisi 8qr, qiyməti 14 USD-dir.

Hə, əzizlərim, bu da MAC və bu da Quite cute kolleksiyası. Bu kolleksiyanı özümə yaxın hiss etmə səbəblərimdən biri də kolleksiyadakı məhsulların adlarının yapon sözləri olmasıdı deyəsən:D Sakura, Moshi Moshi, Koi, Azuki:D Ən çox ənliklərdə, xüsusilə Miss Behave-də gözum var, amma məhdud buraxılış olduğundan və maddi durumum bunu almağa imkan vermədiyindən hələ də istək listəmdə qalmaqdadır:D Türkiyədəki MAC-lara gətirilib-gətirilmədiyini bilmirəm və 40 TL-dən ucuza satılacağını da sanmıram. İNŞALLAH gələn maaşımda fürsət düşsə, bu cici ənliyi əldə edib sizə gözəl bir post hazırlayacam. Hamımıza MAC-lı bir gün diləyirəm, qızlar:D Öpüldünüzz:**

5/09/2011

ELF Studio Ənlik - Səmimi Mərcan (Candid Coral)

Keçən ELF alış-verişlərimin birində studio ənliklərinə baxmaq istədim. ELF studio ənliklər ELF UK saytında 9 rəngdən ibarətdir. Mərcan, şaftalı rəngli ənliklərə olan bağlılığımı yəqin başa düşmüsünüz. Bu Candid Coral adlanan Səmimi Mərcan rəngi çoxdandı diqqətimi cəlb edirdi, beləcə ala bildim onu. Şəkil axşam və fləşlə çəkildiyi üçün rəngi tünd görünə bilər, amma bundan açıqdı:
Çox piqmentli bir ənlik gözləyirdim, amma tez tozlanan və buildable dedikləri üst-üstə çəkərək istədiyiniz rəngi almağa imkan verir. Deyəsən, bütün ELF ənliklərinin xüsusiyyəti tez tozlanmasıdı, fırçanı batıran kimi qabı toz basır, üfləyib-püfləyib qapağını örtürəm:
Burda əsl rəngini görə bilərsiniz. Heç mərcan rənginə oxşamır:D Barmağımdakı rəng də bir neçə dəfə batırdıqdan sonra alınıb. Üzümdə xəfif bürünc rəngə də çalır. Amma 3.50 funt sterlinq/4.56 AZN/8.92 TL qiyməti üçün əladı, xəfif rəngli çalar yarada bilərsiniz; studio ənliklər bax bu linkdədir. Amma yenə alacağım bir məhsul deyil, çünki mənim o gözlədiyim o mərcan, o şaftalı rəngini vermir. Bu günlük bu qədər, qızlar:) Öpüldünüüzz:**

5/07/2011

Ətir kolleksiyam

Yazın gəlməsi ilə qoxulamaq istədiyimiz iylər də dəyişir :) Ətirləri, ümumiyyətlə, xoş qoxan hər şeyi sevən bir insan kimi ətir kolleksiyama demək olar ki, bu, son aylarda bir çox yeni ciciləri əlavə etmişəm. Ətir notlarından asılı olaraq, qış, yaz-yay, səhər və ya axşamlar ətirlərim də dəyişir. İstədim sizə ətir kolleksiyamı göstərim və sizə maraqlı gələn ətirlərindən danışım. Ümumiyyətlə, çiçəkli, çiçəkli-meyvəli, şirin və vanil əsaslı qoxular favorimdi, oriyental, ya da müşklü qoxulara üstünlük vermirəm, ürəyimi qaldırır :/ Bu da mənim kiçik ətir kolleksiyam:

Burada yaz-yay, həm də qış ətirlərim öz yerlərini tapıb. Bircə Chloe ətrimi çəkmək yadımdan çıxıb:/ Deməli, canlarım, hansı ətirdən yazmağa başlamağı qərarlaşdıra bilmədiyim üçün seçimi sizə buraxıram. Sağdan sola ətirlərin adını nömrələrlə qeyd edəcəm və hansı ətir haqqında ilk əvvəl oxumaq istəsəniz, şərh olaraq haqqında oxumaq istədiyiniz ətrin nömrəsini yazın. Sorğu kimi də sağ menyuda haqqında oxumaq istədiyiniz ətrə səs verin. Hər həftə bir ətirdən danışacam və sıralama sizin səs vermənizə əsasən olacaqdır. Ətirlər haqqında həm rəsmi veb saytlarındakı məlumatla, həm də burnumun aldığı qoxunu ən yaxşı formada təsvir etməklə sizlərə çatdırmağa çalışacam. Təklif və istəklərə hər zaman açığam :) Elə isə bu da sağdan sola sıralanan ətirlərim:

1. Vanilla EDT by The Body Shop
2. Pur Blanca EDT by Avon
3. Wish of Love EDT by Avon
4. Beach Party EDP by La Rive
5. Fancy EDP by Jessica Simpson
6. Amour EDP by Kenzo
7. Elvie EDT by Oriflame
8. Simply Because For Her EDT by Avon
9. Chloe EDP by Chloe (burda olmayan)

Cavabınızı gözləyirəm :)

5/05/2011

ELF studio bronzerlər - İsti və Soyuq (Warm and Cool)

Yay gəliiirrr!! Təbii ki, 2-3 aya dəniz mövsümü də açılacaq, əgər sərin havalar imkan versə:D Mən də erkən yayı hiss edib yaşamaq üçün isti yaz-yay günlərində rahat istifadəli bu cici ELF qaraldıcılarını aldım.

Studio seriyasına daxil olan bu qaraldıcıların 3 çeşidi mövcuddur: soyuq, isti və qızılı. Mən də dedim, qoy ikisi olsun, görüm nətər şeylərdi. 
ELF UK saytında da yazıldığı kimi, soyuq qaraldıcı (cool bronzer) əsasən qış günləri üçündür. Əvvəl dedim, yox əşi, soyuğu elə yayda da istifadə edərəm, amma doğurdan da ELF düz deyirmiş:) Yay üçün çoox donuq rənglərdi, tutqundu, parıltı vermir. Dörd rəngdən ibarətdi: saat əqrəbi istiqamətində ağ, tünd qəhvəyi, çəhrayı və açıq qəhvəyi. Gördüyünüz qəhvəyi rənglər açıq rəngli dərimdə çoox tünd görünür, onun üçün yalnız konturlamada istifadə edirəm. Amma belə fırçanı düz qabın ortasına batırıb, hamısını qarışdırıb çəkirəm, bir az rəngləri yüngülləşir. Ağ rəngdən highlighter - vurğulayıcı kimi də istifadə edirəm. Pis deyil. Parıltı sevmirsizsə, əsl sizin üçün bir qaraldıcıdır.

İsti qaraldıcıya (warm bronzer) gəlincə, əsl mənlikdi! Par-par parıldayan, işıltılı, canlı və əsl yay tonları! Yenə dörd rəngdən ibarətdir və saat əqrəbi istiqamətində qızılı, çəhrayı, tünd qəhvəyi və sarı-qızılı. Kifayət qədər piqmentlidi, qalıcılığı bir az mübahisəlidi, çünki altda istifadə etdiyim primer, ya da tonal kremdən asılı olaraq dəyişir. Yenə tək-tək rəngləri istifadə etmirəm, fırçamla hamısını qarışdırıb almacıq sümüklərimin üstünə, gicgahlarıma və çənəmə çəkirəm. Sağlam parıltı verir və isti yaz/yay günlərində çox xoş görünür. Gecə də istifadə edilə bilər, təbii ki, qızılı terracotta ilə möhkəmləndirilsə, lap göz qamaşdırarıq :D  Svoçu da aşağıda:

Bu linkə tıqlayaraq, rənglərinə baxa bilərsiniz. İmkan olsa, qızılı qaraldıcını da alardım, amma sınaqdan keçiriləsi o qədər başqa qaraldıcı var ki:D Qiyməti 3.50 funt sterlinq/4.56 AZN/8.92 TL kimi məqbul qiymətədir. ELF UK Azərbaycana göndərir, amma Türkiyəyə bu yeni qanundan sonra göndərib-göndərmədiyini bilmirəm. Risk edib almamışam bir şey. Beləcə sizə xoş yaz-yay alış-verişi diləyirəm, xanımlar:) Öpürrəmm hamınızıı:**

5/03/2011

Təzəcə bitirdim #2

Aprel ayı da işıq sürətilə bitdi! May ayı və ən gərgin zamanlar başladı - imtahan və proyektlər:D Allah hamımıza səbr və güc versin :) Keçək bu ay dibinə daş atdığım məhsullara:

Yenə dəriyə qulluq məhsullarım öndədi:D

Rexona Ətir Kolleksiyası Seksual: İllərdir dəyişməyən anti-persipirant spreyim. Yeniyetməliyimdən bəri Rexonaçıyam və ondan daha yaxşı mənim kimi çox tərləyən insanı darda qoymayan yoxdu! Fragrance Collection adı ilə satışda olan yeni seriyasını isə çox bəyənirəm. Seksualın ətri çiçəkli, şirindi. İndi Xoşbəxt (Happy) növünü almışam, o daha çox sitrus tiplidi, yaz-yay üçün idealdı.
Olay göz makiyajı təmizləyici: Nə dəyim, mənim bir nömrəli göz makiyajı təmizləyicim. Çıxartmadığı qələm, tuş, kölgə yoxdu! Gözüm həssas olduğundan acılandıra bilirdi, amma təmizliyi super. Almağa dəyər. Fürsət düşsə, yenə alacağım məhsuldu.
Oriflame Loves me duş geli: çobanyastığılı bu şirinəni sevə-sevə işlətdim. Qeyri-adi xüsusiyyəti yoxdu, normal xoş qoxulu gel axtarırsınızsa, almaq olar, qoxusu qalıcı deyil təəssüf ki.
Stila rəngli nəmləndirici SPF 15: İlk faciəvi onlayn alış-verişimdən qalan bu köhnəlmiş Stila nəmləndiricisi üzümdə civzə yaratdığı üçün atmalı oluram. 1-2 dəfə çəkdim ki, bəlkə köhnə deyil, amma təəssüf ki, üzümü sızanaq basanda son istifadə müddəti keçmiş məhsul olduğuna tam əmin oldum. Bu nəmləndirici haqqında əslində çoox yaxşı şeylər oxumuşdum, təəssüf ki, cheapsmells.com göndərdiyi köhnə Stila məhsulu ilə olan qalan Stila həvəsimi də öldürdü. Risk edim almaram da:D

Bu da mənim apreldə bitirdiklərim, canlarım! Bəs sizin apreliniz necə keçdi? Maya hazırsız? :)

5/01/2011

İlk mimim: Bloq açma hekayəm

Urraaaa!!! Bu gün bloqumu açıb əziz Benden Bişeylerciğimin məni mimlədiyini görüb çoox sevindim! Ona burdan çoox təşəkkür edirəm və keçirəm MİMə :) Bu MİMin mövzusu bloq açma hekayəmizdir.
Deməli, keçən ilin yay aylarında bakalvrın son ilində tətilə getməyib bütün günü internetdə oturunca bloq dünyasını kəşf etdim. Xüsusilə, türk bloqcularını izləyib çoox şey öyrəndim. Niyə gözəllik, kosmetika desəniz, həm işlədiyim tərcümə mövzuları (mən bir tərcüməçiyəm çünki ilk növbədə:D) bu sahə ilə bağlı, həm də qızların gündəlik həyatının bir hissəsi özlərinə baxmaq olduğundan, dedim "mən bu sahədə nəsə edə bilərəm!". Həmçinin, Azərbaycanda öz ana dilimizdə fərqli marka məhsulların tanıdıldığı, uyğun qiymətli kosmetik və ya dəriyə qulluq vasitələrini hardan tapa biləcəyimizi söyləyən sayt və ya səhifəyə rast gəlmədim. Dedim, qoy bizdə də olsun :D Hansı məhsulun necə olduğu haqqında ən azından fikir sahibi olmaq istəyənlər faydalana bilsinlər bloqumdan. Gözəllik salonu da belə yarandı. Magistr, sənədlərin hazırlanması, köçmək, yeni ölkə, yeni şəhərə adaptasiyaya baş qarışmışkən, yalnız keçən ilin dekabr ayından aktiv formada bloquma qayıtdım və sizləri araşdırıb axtarıb yeni məhsullarla mümkün qədər çox tanış etməyə çalışıram. Nə sualınız, təklif və ya iradınız olsa, burdayam həmişə :) 
Bu MİMi sevə-sevə bloqlarını oxuduğum əziz bloq yoldaşlarımdan:
Horizon-a göndərirəm :)

Hər kəsə dərin minnətdarlığımı bildirir və öpürəm çoxlucaa:**

4/29/2011

ELF mineral başlanğıc dəsti - Açıq

Bu gün sizə çoxdandı növbədə gözləyən ELF-in mineral dəstindən danışmaq istəyirəm. Parabensiz, prezervativsiz və boyasız mineral məhsullar üzdə hər hansı əks reaksiyanın yaranmasına imkan vermir və dərini qocaltmır. Ümumiyyətlə, mineral məhsullar baha olsalar da, ELF kimi məqbul qiymətə belə dəsti tapmaq mümkündü. 5 çalarda satışda olan mineral dəstə toz tonal krem, örtücü, ənlik, bir üz fırçası, bir də qaraldıcı pudra daxildir. Açıq dəri rənginə malik olduğumdan bu dəsti seçdim. Qara çantada gəlir:

İçini açıb baxdıqda bu dəri məhsullarını görürük:

Onu deyim ki, tonal krem və örtücüsü orta örtük təmin edir, sızanaq varsa, çətin üstəsindən gəlirlər. Bu dəstin örtücüsü mənim dərimdə bir az ağ qaldı, üstündən toz tonal kremi çəkib sabitləyirəm. Mərcani (coral) mineral ənlik də xəfif rəng çaları verir, piqmentli deyil. Qapağı açdıqda:

Toz məhsul olduqlarından istifadə edərkən fırçanı diqqətlə batırmaq lazımdı, ətrafı basır çünki :D Bunlarla yayı yola vermək olar, amma yenə alacağım məhsullar deyillər. Qarışıq/yağlı dərilər üçün də tövsiyə etməzdim, bir müddət sonra üzümdə parlaqlıq yaradır. Amma xəfif və yüngül olmaları, əsas da dəriyə xələl gətirməmələrini nəzərdən qaçırmaq olmaz. Bunlarla gələn fırçalara da ayrıca post hazırlayacam ;) Qiymətləri ELF UK saytında 15 funt sterlinq, hardasa 18-20 manat/35-40tl edir. Mineral seriyasından bu qədər :) Yeni postda görüşmək üzərə:*

4/27/2011

Türkiyədə xaricdən kosmetika almaq yasağı və yeni qanundan xilas olan cicilərim!

Qızlar, uzun müddətdir, blogumda yazmağa həvəsim olmurdu, son günlərin şok xəbəri bütün türk blog dünyasını vəlvələyə salıb! 19 aprel 2011 tarixində yeni bir qanunla indi də xaricdən Türkiyəyə kosmetik məhsulları və idmançılar üçün qidaları almaq yasaqlandı! Digər tip alış-veriş isə məhdudlaşdırıldı - ildə sadəcə 5 dəfə və özü də 2 aydan bir! O qədər alt-üst oldum ki... Mənim kimi onlayn alış-verişlə yaşayan biri üçün nə qədər desəniz, ağırdı... Bakıya qayıdıram:D Zarafat bir yana, bilmirəm day bu hökumət axırda nələri yasaqlanmamış saxlayacaq. Yolda qalan karqoların aqibəti hələ müəmmalıdı. Amma xoş xəbər olaraq, 15 aprel Cheapsmells.comdan və 20 aprel ELF-dən verdiyim sifarişlərim bu gün əlimə çatdı. Pulsuz 32-lik göz kölgəmin olduğu son sifarişimi sizlərə təqdim edirəm:


ELF tutqunlaşdıran dırnaq boyası, ELF göz altı örtücü və vurğulayıcı, ELF 4 rəngli göz kölgəsi - Etheral, ELF gündəlik fırça təmizləyicisi və hədiyyəm 32-lik Everyday Basics ELF göz kölgəsi palitrası. 

Türkiyədə yaşayıb onlayn alış-veriş azadlıqlarının məhdudlaşdırılmasını istəməyənləri Alış-veriş özgürlüğümü geri ver! adlı facebook qrupuna və buraya tıqlayaraq, virtual səsverməyə dəvət edirəm! Səsimizi eşitdirək! Bu gün alış-veriş məhdudlaşdırılır, sabah kim bilir nələr olacaq... Diqqətinizə görə minnətdaram!

4/24/2011

Avon Naturals 2-i 1-də şampun-kondisioner və saç buğu

Uzun zamandan sonra Avon rəyləri ilə qarşınızdayam, qızlar:) Keçən Avon kataloqundan saçı təmizləyib tarazlayan Avonun Naturals seriyasından manqo və zəncəfilli şampun-kondisioneri və yanında 2 tl-lik hədiyyəsi makadamiya fındığı və aloeli saç buğunu da aldım! Avonun Naturals şampunlarının (750ml!) inanılmaz ucuz olması (cəmi 4.90TL) çoox təəccübləndirir məni:D Amma yenə də sevə-sevə istifadə edirəm. 2-3 həftədir ki, saçlarımı şampun-kondisionerlə təmizləyir, daha çox nəmlilik istədiyimdə isə bu nəmləndirici buğu püskürürəm dəsmalla qurudulmuş saçlarıma:
Bu şampun-kondisioneri istifadə etdikdən sonra bir daha əmin oldum ki, mən manqo qoxusunu sevmirəm:D Amma yaxşı ki, zəncəfil manqo qoxusunu basır, yoxsa atardım bunu bir kənara. Düzü, yağlı saçlarım olduğundan təmizləyib balanslaşdıran şampun aldım, neyləyək ki, manqo belədi:/ Ümumiyyətlə, saç bədən məhsullarında sitrus qoxularını sevmirəm və bura beləcə yazıram ki, sonra ağzımın suyu axıb nəsə alanda yadıma bu post gəlsin:D Amma təmizləməsi və balanslaşdırmasından çoox razıyam! Bax elə bu gün dərslərdən baş açıb çimməməyimin 3-cü günüdü, saçlarımda yağdan əsər-əlamət yoxdu:D (Ağ eləməyib axşam çiməcəm, qorxmayın xD) Saçlarıma bir növ canlılıq da qatıb desəm, yanılmaram:D Bir sözlə, qəşəng və məsləhətlidi;) İmkan düşsə, yenə alacağım məhsuldu.
Saç buğuna gəlincə, o da başqa aləmdi. Qoxusunu uzuuun müddət saxlayır, yaxşıca nəmləndirir. Makadamiyanın ətri üçün ürəyim getdi! Bunun şampunu da super olar! Dediyi hər şeyi edir bir sözlə və qurudan yay günlərində nəmlilik mənbəyidi deyə bilərəm.
Hə, qızlar, bu həftəlik bu qədər:) Sizə xoş bazar günü istirahəti diləyirəm. Tələbələrə də Allah səbr, güc və həvəs versin ki, imtahanları keçsinlər:D Öpüldünüüzz:**

4/22/2011

HobiCafe-dən saat hədiyyəsii!! (Sona çatdı!)

Əziz HobiCafe 8 may Analara günü münasibətilə şıq bir Dore saatını kampaniyaya çıxarıb. Bu cici hədiyyəyə sahib olmaq istəyirsinizsə, buradan  müsabiqəyə qatıla bilərsiniz:) Xeyirli olsuunn ^^

Qara nöqtələri aparan Daiso yapon kömür maskası

Dərimizə geri qayıdaq:D Hər qızda olduğu kimi, mənim də qara nöqtə problemim var, xüsusilə, burun ətrafımda qara nöqtə qaynaşır:D Xüsusilə, Vespa Girl-ün bloqunda oxuyub yaman həvəslənmişdim və ebaydən bu cicini 6.90 dollara əldə etdim, pulsuz göndərmə ilə;)

Gördüyünüz kimi, cici qutusu var. 80 qramlıqdı və uzun müddət gedəcəyini sanmıram:D Baxaq içində nə var:

Elə gördüyünüz kimi, içi də kömür kimi qaradı:D Çoox xəfif və yapışqan kimidi. Bircə damcı tökmüşəm barmağıma, necə yayıldığını görürsünüz yəqin. Bunu qara nöqtə olan yerlərə çəkib 10-15 dəqiqə qurumasını gözləyirsiniz. Quruyan maskanı əllə qoparıb çıxarırsınız, beləcə, qara nöqtələriniz də çıxmış olacaq. Həftədə maksimum 2 dəfə istifadə etmək lazımdı, mən 1 dəfə istifadə edirəm, bəs edir. Qara nöqtələrimdə xəfif azalma hiss edirəm, maskanı çıxaranda bütün qara nöqtələrim təmizlənmir, çünki qalın çəkmirəm maskanı. Nə qədər qalın olsa, o qədər yaxşıca çıxarır çirki. Bu da soyulmuş maska:

Tükləri belə qoparır:D Bunu çıxartdıqdan sonra üstünü toniklə silirəm və kremləyirəm. Məmnunam və yenə almağı düşünürəm. Əgər maraqlansanız, ebay-də Japan Charcoal Blackhead Remover Mask kimi yazsanız, çıxacaqdır. Qiymətlər 6-8 dollar arası dəyişir. Sualınız olarsa, burdayam, qızlar;) Muuahhh!! :***

4/20/2011

ELF-də pulsuz 32-lik göz kölgəsi palitrasııı!!

Qızlaarr, yenicə tutduğum xəbərə görə ELF UK saytı 10 sterlinqdən çox edilən alış-verişlərə pulsuz 32-lik göz kölgəsi - Everyday basics (gündəlik əsas rənglər) palitrasını hədiyyə edir! Türkiyə və Azərbaycana da göndərir:) Yalnızca məhsulları səbətə atdıqdan sonra delivery yerinə Europe, kod yerinə isə FB32EU yazmaq bəs edir ki, palitra səbətinizə gəlsin. Təklif sabah İngiltərə vaxtı ilə günorta 12:00-da sona çatır. Ümidvaram, ELF-in bu palitrasına gözü düşənlərin işinə yarayar:D Mən də dözməyib öz nəsibi aldım:D

Xoş alış-veriş diləyirəm;) Öpüldünüzz:**

4/19/2011

ELF mineral göz kölgəsi - Celebrity (Məşhur)

Əzizlərim, uzun müddət davam edən ayrılıq nəhayət yenə bir ELF yazısı ilə sona çatır:) Bu dəfə sizə ELFin mineral seriyasından aldığım və heyran qaldığım göz kölgəsindən danışmaq istəyirəm. Qarşınızda ELF mineral göz kölgəsi - Celebrity (Məşhur):
Yox, yox, təzə kamera almamışam, otaq yoldaşımın möhtəşəm telefonundan axır ki, normal şəkillər çəkə bildim:D Sarımtıl-qızılımtıl rəng olan Celebrity-ə heyran olmamaq mümkün deyil. Zərli, par-par yanan, çoox gözəl piqmentli bir kölgədir. Yüngül və astarla daha uzun müddət qalıcı! Əsl gecə makiyajında istifadə ediləsi rəngdi, amma mən gündüz də xüsusi günlərimdə basıb çəkirəm:D İçində bax belə tozcuqlar var :)
Toz kölgə olduğundan fırçayla düzgün nizamlamaq lazımdı, yoxsa tez qurtarar. Aşağıda əlimdə rəngini yaxşı göstərmək üçün fləşlə çəkmişəm ki, zərlərini görüb ürəyiniz getsin:D
Suuppper!! Bircə dəfə barmağımı batırmaqla bax bu rəng alındı! Piqmentliliyi göz qabağındadır! Zəri sevənlərin ayrılmaz sevimlisinə çevriləcək! Deyəcəksiniz ki, belə çox tərifləyirsən, bəs qiyməti nətərdi? Düzü, ELF ucuzdu, ucuzdu deyirik, amma bu kölgələrin biri 3 sterlinqədir ki, hardasa 4.50 AZN edir və cəmi 0.85qrdı. Hər rəngini istəsək, bir az baha başa gələ bilər. Amma o qədər gözəldilər ki, digər rənglərini də imkan düşdükcə almaq istəyirəm. Xüsusilə, Elegant, Caffinated, Natural, Confident, Sassy, nə bilim hamısını:D ELF mineral kölgələrindən 5-i zərsiz (tutqun), digər 21 kölgə isə belə zərlidir. Qızlar, siz nə düşünürsünüz bəs? Almağa dəyərmi?:D

4/16/2011

Booty 290 - NotD

Fikir verdim ki, blogumda dırnaq boyalarına çox az yer verilibdi, odur ki, bu gün çoox sevdiyim Booty markalı laklardan (;)) danışmaq istəyirəm. Düzü, Ankarada mağazalarda rast gəlməmişəm ona, bu cicini də Bakıdan almışam, yadigardı yəni:D Beatrice mağazasından 1.40AZN qiymətinə almışdım və ümidlərimi çoox doğrultdu. İndi danışacağım ağ-çəhrayı qarışıq bir rəngdi, parlaqdı, donuq deyil. Aşağıda az-çox rəngini göstərməyə çalışmışam:

Sürtülməsi çoox rahatdı, piqmentlidi, aşıb-daşmır dırnaqlardan (!). Mənim kimi, dırnaqları baxımlı olmayan bir qız üçün qurtarıcıdı bir sözlə:D Bir az qatı toxuması var. Sevərək istifadə edirəm. Bunun qırmızısı haqqında da yazacam, əzizlərim, o lap dəhşətdi:D Hələliksə öpürəm sizləri, xoş həftə sonu diləyirəm :):**

4/14/2011

ELF normal rəngli nəmləndirici spf 15 vs. ELF studio rəngli nəmləndirici spf 20

Yenə bir ELF yazısı ilə qarşınızdayam:) ELF məhsulları haqqında gec yazmağımın səbəbi bir-bir sınaqdan keçirib fikrimin yaranmasına imkan verməkdi. Keçən alış-verişimdə 1.50sterlinqlik normal seriyadan və 3.50 sterlinqlik studio seriyasından isti havaların tonal krem əvəzləyicisi olan rəngli nəmləndiricini sifariş vermişdim. Beləcə toxumalarını, davamlılıqlarını sınaqdan keçirə bildim. Əvvəl studio seriyasının rəngli nəmləndiricisindən danışaq:

Beləcə şıq qutuda gəlir. Diqqət etdim ki, saytda 0.7oz/19.8qr göstərilməsinə baxmayaraq, əlimdəki 0.88oz/25ml-dir, yəni çoxdur:D Mən Yalın (nude) rəngini aldım, düppədüz rəngimə oturdu! Toxuması zərif və xəfifdi, ELFin tonal krem fırçası ilə rahatca yayılır. Aloe, xiyar və vitaminlərlə zəngin olduğundan xəfif aloe qoxusu verir, amma narahat edici deyil. Dəridə maska kimi hiss buraxmır. Örtücülüyü yoxdu, yəni tonal krem kimi qüsurları zadı örtmür. Ayrıca örtücüdən istifadə etmək lazımdı. Amma ehtiyatlamağı düşündüyüm məhsullardan oldu. Əsl yay malı - ağır tonal kremsiz və dərini nəfəs aldıran. Neytral alt tonlu bəyazdan açıq rəngə meylli dəriniz varsa, sizə tam uyğundur. Saytda da rənglərə görə nəmləndirici təqdim edilir. Məsələn, bunun əlimdə tünd görünməsinə baxmayın, üzümə tam oturdu:D


Gələk ELFin normal seriyasından olan rəngli nəmləndiricisinə. Gözlədiyimdən cıpcıqqılı gəlib çıxdı. 12 qramlıq bu balaca məhsulu aşağıda görə bilərsiniz:

Day bilmirəm, endirim kodunun həyəcanından oldu, ya yox, amma saytdakı ən açıq rəngi - fil sümüyü (ivory) rəngini almışam:D Mənim kimi açıqdan orta rəngə meylli üz dərim üçün bəəmbəyazdı:D Maska kimi qalır üzümdə, amma bunu çəkib üstündən orta tonlu pudram ilə sabitləyirəm, vəssəlam, ağappaqlıq bilinmir:) Qaldı ki, toxumasına. Studio nəmləndiricisindən daha ağır toxumalıdı və şəkərli bir iy verir ki, məni narahat edir, pudram sağ olsun, bu iyi örtür.
Üzümə güclə yayıram, fırça kömək etmir, süngər də lapp maska kimi göstərir. Odur ki, əlimlə çəkirəm. Ancaq dərsə gedəndə istifadə edirəm ki, əldən çıxsın, yoxsa neyniyəcəm bunu:/ Digər bloqlardan oxuduğuma görə, bu seriyanın elə ən xəfif (!) toxumalısı ivory rəngi imiş, o birilər bundan da ağırdı. Amma təbii ki, sınamadığımdan bilmirəm. Amma yenə alacağım bir məhsul deyil. Təbii ki, rəngli nəmləndiricidən nə gözlədiyinizdən asılı olaraq, fikriniz də dəyişə bilər. Aşağıda əlimə yaydığım rəngi göstərirəm, örtücülüyü orta səviyyədədi. Ay necə ağarmışam:D

Beləcə, qızlar, bu da mənim ELF rəngli nəmləndirici macəram. Soruşmaq istədiyiniz nəsə olarsa, mən həmişə burdayam;) Öpüldünüzz:**