Səhifələr

Showing posts with label Flormar. Show all posts
Showing posts with label Flormar. Show all posts

2/27/2011

İnanılmaz Flormar Kampaniyası - Sürmeden Çıkmam blogunda! (Sona çatdı!)

Dediyim kimi, mart ayı o qədər çox hədiyyə kampaniyaları keçirilir ki! Bunlardan biri əsl Flormar sevəri üçün bayrama çevriləcək qədər inanılmazdı! Sürmeden çıkmam blogunun sahibəsi Flormarın yalnız makiyaj vasitələrindən ibarət böyük bir hədiyyə ilə qazananı mükafatlandıracaq.

Təptəzə Flormar məhsullarını əldə etmək istəyirsinizsə, 20 mart 2011 tarixinə kimi Sürmeden çıkmam bloguna bir göz atın;) Uğurlar olsun!

2/17/2011

Flormar Nail Art NA03 və NA07 - NotD

Nəhayət, keçək dırnaqlara:D Dünən etdiyim Flormar dırnaq boyası bazarlığımdan danışmaq istəyirəm. Əslində, çoxdandı şöhrətini duyduğum Flormar Neon rənglərdən almaq üçün getmişdim, amma bu dırnaq sənəti (nail art) məni yoldan çıxartdı:D elə də bacarıqlı olmadığım dırnaq məsələlərində risk almağa qərar verdim.


Gördüyünüz bu rənglər Flormar NA03 (narıncı) və NA07 (açıq yaşıl) nömrələridi. Fləşlə çəkdiyim üçün rənglər aydın olmaya bilər O_o fırçaları nazikdi və dırnaq üstündə fərqli naxışlar qoymağa imkan verir. Alan kimi dayanamadım və otaq yoldaşımın təhriki ilə dərhal açıb dırnaqlarımı bəzədik:D Beləcə, bu NotD (Nail of the Day) alındı:D


Daradadaaamm! Canım otaq yoldaşım Dəryanın əl işi:) dünən bir saat bunlarla məşğul olmuşuq. Bir az əziyyətli olsa da, belə çılğın bir şey alındı:D Qırmızı NA olmadığı üçün Booty-nin qırmızı dırnaq boyasından, alt qatda isə Flormar Neon NO06 nömrəli sarıdan istifadə etdik. Amma əgər dırnaq astarınız varsa, onu altdan çəkmək, üstünə ağ sadə dırnaq boyası çəkib nail artla bəzəmək və ən üstə də dırnaq örtüyü (top coat) çəkmək məsləhətdi. Bu addımlar izlənilsə, həm dırnaq daha az zədələnər, həm rəng daha qalıcı olar. Hələ bunları ala bilmədiyim üçün belə püjdədik:)


Şəkillər fləşlə çəkilmişdir:) Nail artları Flormar standlarında axtarmaq lazımdı. Çeşid-çeşidi varmış və qiymətləri normal dırnaq boyasından baha olur. Mən bunlara kampusdan aldığım üçün hərəsinə 3 TL verdim, amma bundan daha ucuz tapa bilərsiniz:)
Əzizlərim, bəs sizcə dırnaqlarım necə alınıb? Fikirlərinizi bilmək istəyirəm;)

1/29/2011

Heey! Flormarla aranız necədi?

Əziz oxucularım, bu qədər fasilə verdiyimə özüm də inana bilmirəm O_o İmtahanlara, işə baş qarışmışkən yarı canım blogumda idi, axır ki, yanvarın son günləri vaxt tapa bildim və yeni markalarla qarşınızdayam:D 

Bu gün Flormardan danışmaq istəyirəm. Yəqin analarınız bu markadan az-çox istifadə edib (elə indi də anamın sevimli pudrası Flormardı). 1970-ci ildə Milanda yaradılan bu markanın administrasiyası sonralar Türkiyəyə köçürüldü və hal-hazırda Türkiyə ilə yanaşı, Avropanın müxtəlif ölkələrində istehsal edilir. Mən də bu markayla tanış olmaq üçün Ankarada hər yerdə tapa biləcəyiniz Flormar köşklərinə üz tutdum və bu ciciləri aldım ^^
 Bahalı olmayan Flormardan çox şey gözləmək lazım deyil, amma qiymətinə görə daha yaxşı işə yarayır. Əvvəlcə tuşundan başlayaq. Spider Lash Deep Black (Tünd Qara) tuşunu xüsusilə satıcıdan soruşdum ki, kirpikləri yapışdırmayıb dənə-dənə edə bilsin - mənim üçün bu, tuşda axtardığım əsas xüsusiyyətdi. Orta dolğunluq verir və orta dərəcədə uzadır və təbii ki, kirpikləri tək-tək edir. Fırçanın toppuş olmamasından da bunu anlamaq olur. Görənlər o dəqiqə tuşumu dəyişdirdiyimi hiss edir:D
Qara göz qələmini satıcı xüsusilə təriflədi və həqiqətən də, yanılmayıb. Almaniyada istehsal olunan Ultra Black (Çox qara) göz qələminin çəkilməsi çoox rahatdı, yağlılıq hiss etdirmir və yumşaq çəkilir. Rəngini yaxşı verir. Yeganə mənfi cəhəti əriyib getməsidi. Bunun bir səbəbi də mənim göz üçün astar (primer) istifadə etməməyimdi. Əks halda, qələmin çəkdiyi xəttin ömrü uzun ola bilərdi.
Flormarın Glittering Star Eyeliner (Parlayan Ulduz Göz Qələmi) seriyasından olan bu qəhvəyi, simli qələmi böyük ümidlərlə almışdım. Amma bir şeyi unutdum ki, bu, sadəcə QƏLƏMdi, göz kölgəsi deyil:D Oriflamedən aldığım o çəhrayı göz kölgəsi qələminin havası başımda idi və onun kimi dolğun parlaq nəticə gözləyirdim. Hər halda, bu qələmi üst kirpik cərgəsinə çəkdikdə heç də pis görünmür. Amma bir daha bu tip göz qələmi almayacam, çünki həm sərtdi, həm də rəngini çox yaxşı vermir, dəfələrlə üst-üstə çəkmək lazımdı. Ah, bir də gözün içinə çəkmək olmaz T_T Aşağıda da svoçlarını tüklü qollarımda göstərirəm:D
Ənənəvi olaraq, qiymətlərə gəlincə, Spider Lash tuşu 10 TL-ə, qara göz qələmi 4.50 TL, qəhvəyi parıltılı olan isə 2.50 TL-ə idi. Yəni kifayət qədər ucuz :D Gözüm bunların məşhur ənliklərindədi. Fürsət düşən kimi almağı planlayıram;) Daha çox Flormar məhsuluna baxmaq istəyirsinizsə, buraya tıqtıqlayın;)
P.S. Bakıdayaaaammm:D Ailəmləyəəmm:D Gələn kimi də bacım xəbər verdi ki, Flormar Bakıdan yığışdırılıb. Siz də bu xəbəri eşitmisiz, yoxsa şayiədi? O_o