Hə, əzizlərim, Bakıda Oriflame-in 2-ci kataloqu əlimə keçəndən sonra gedib-gəlib bir çanta dolusu şey aldım:D dəhşətəm də O_o odur ki, uzun müddət Oriflame-dən yazacam, hazır olun:D Həm sizin tərəddüd etdiyiniz məhsul olarsa, fikriniz aydınlanar, həm də Oriflame-in artan məhsul çeşidi ilə tanış olarsınız. Elə isə, saça qulluq vasitəsindən başlayaq.
Oriflame-in yeni buraxdığı Hair X saça qulluq vasitələrini forumlarda çox tərifləyirdilər, mən də 2-ci kataloqdakı paket fürsətindən yararlanıb yağlı saçlar üçün olan Hair X Pure Balance şampun və kondisionerini aldım. İkisinə 6.49 AZN verdim, əslində 250 ml-lik məhsullar üçün bahadı (700 ml-lik Elidor şampununu 8 Tl-ə almağa alışan mənim üçün:D). Saçları mənim kimi yağlanmağa meylli insanlara azacıq da olsa, köməyi dəyir. Məs: mənim saçım yuduğumun 2ci gunu yağlanır artıq, Pura Balance-dən istifadə etdikdən sonra isə 3-cü gün yağlanır, yəni ləngimə müşahidə olundu:) Amma şampunun xoşuma gəlməyən xüsusiyyəti gec köpüklənməsidi:/ başımı yaxşıca qaşıyıram ki, yaxşıca köpüklənsin:D Kondisioneri də çox yüngüldü, sadəcə, saçı yumşaldır, amma sürüşkən etmir. Yenə bu məhsulu alaram mı? Yəqin ki Pura Balance-i yox, Hari X Repair Therapy seriyasını alıb sınaqdan keçirəcəm: saçlarım yaman qırılır :( Təcrübələrimi yenidən bölüşəcəm;)
Bəs siz Oriflame Hair X seriyasından hansısa məhsulu istifadə etmisinizmi? Bir faydasını gördünüzmü?:)
3 comments:
Eva, supersen bloqun cox maraqlidi, oxuduqca hem faydalaniram hem de bol-bol gulurem :D qesheng..kosmetikadan basi cixmayan hetta ele boyuk hevesi olmayan amma maraqlanan adam kimi mene cox lazim olacaq :D
Ay caaan!! gözəl sözlərə görə təşəkkür edirəm, Afa:D nuu yavaş-yavaş öyrənir də adam ;)Nə mutlu mənə ki, tələbə cavab verə bilirəm:) Hansısa məhsul və ya marka haqqında öyrənmək istəsən, bildirə bilərsən, araşdırım və yazı hazırlayım:)
muutleq:D thanx dear ;)
Post a Comment