Səhifələr

6/03/2011

Təzəcə bitirdim # 3

Bir may ayını da arxada qoyduq. Həmişə olduğu kimi, bu ay da dəriyə qulluq məhsullarımı bitirməkdə ustalığımı göstərirəm:D
Deracine təmizləyici gel: Dermotoloqa getdiyim vaxt həssas və qarışıq dərim üçün tövsiyə etdiyi bir geldi. Yanvardan bu yana bu 150ml-lik geli istifadə edirdim və nəhayət bitdi:D İyi dərmanı xatırladır, gel teksturalıdır, elə fərqli bir şey hiss etmədim bu geldə, Garnierin geli kimidi elə:D 30 YTL/15AZN vermişdim buna, amma dəyməz. Bir daha almaram belə bir şeyi.

Duru Gourmet duş geli: Durunun bu duş gellərindən neçəsini bitrdim, xatırlamıram, amma olduqca çox sevirəm bunları. Bu, vişnə tortu qoxulu olanıdır və bir dəfə iyləməklə vurulmuşdum. Qoxusu qalıcı deyil təəssüf ki. Amma hamamınızın xoş qoxumasını istəyirsinizsə, almağa dəyər, onsuz 1 manati/2YTL-ni keçmir qiyməti.

Oriflame Essential üz kremi: Qarışıq və ya yağlı dərilər üçün olan bu gecə/gündüz kremini martdan bu tərəfə istifadə edirdim və orta məmnun qaldım. İlk sürtdükdə yağlılıq hiss etdirməsi və ağır toxuması narahat edirdi məni. Yenə almaram yəqin ki. Qarışıq dərim ağır toxumalı kremləri çox götürmür, axşam çəksəm, səhər yenə yağlanırdı. Amma dəriyə hopması əladı. Qiyməti Türkiyə kataloqlarında 8.90YTL, Azərbaycan kataloqlarında 1-2 AZN edir.

Bu da belə, əzizlər! Bu məhsulları bəs siz sınamısınızmı? Hansından məmnunsunuz və ya deyilsiniz? May ayı necə keçdi sizin üçün?:)

8 comments:

Horizon said...

sevirem de bu gozel qoxulu dus gellerini ..hammin iyi buruyur beh beh :D qoxulari uzun muddet qalici olsaydi lap ela olardi :D

yıldız said...

yaa ben okuyamıyorum niye:) harf karakterleri bozuk geliyor
yeni buldum blogunu bakayım dedim ama gel gör ki okuyamıyorum:)
yildiz111@hotmail.com

SparRow... said...

salam. blogun xeyirli olsun.bayaq bir serh yazdim ama diyesen gelmedi.bundan sonra tez-tez girecem bloguna . ugurlar..

Eva said...

SparRow, tesekkur edirem :) Men de coxdandi yaza bilmirdim. Yeni yazilarla qarsinizda olacam INSALLAH! :) Sizin kimi oxucular olduqca memnuniyyetle!

zeys said...

bayıldım bloguna :)


http://zeysfashionroom.blogspot.com/

Anonymous said...

sevgili Eva, özledik seni.. Nerelerdesin?

Anonymous said...

Bloğun çok hoş! Evet, tek sorun Azeri Türkçesi'ni ben de pek okuyamıyorum. Ufak ufak öğrenirim böylece. :)

Eva said...

Tesekkurler, Zeys :) Senin blogun da cok tatlii :3

Sevgili HobiCoffee, aa geri donduum!! Yeni yazilari bekleyin!

Tesekkurler, Anonymuous. Umarim eglenir ve ogrenirsiniz :)