Səhifələr

4/24/2011

Avon Naturals 2-i 1-də şampun-kondisioner və saç buğu

Uzun zamandan sonra Avon rəyləri ilə qarşınızdayam, qızlar:) Keçən Avon kataloqundan saçı təmizləyib tarazlayan Avonun Naturals seriyasından manqo və zəncəfilli şampun-kondisioneri və yanında 2 tl-lik hədiyyəsi makadamiya fındığı və aloeli saç buğunu da aldım! Avonun Naturals şampunlarının (750ml!) inanılmaz ucuz olması (cəmi 4.90TL) çoox təəccübləndirir məni:D Amma yenə də sevə-sevə istifadə edirəm. 2-3 həftədir ki, saçlarımı şampun-kondisionerlə təmizləyir, daha çox nəmlilik istədiyimdə isə bu nəmləndirici buğu püskürürəm dəsmalla qurudulmuş saçlarıma:
Bu şampun-kondisioneri istifadə etdikdən sonra bir daha əmin oldum ki, mən manqo qoxusunu sevmirəm:D Amma yaxşı ki, zəncəfil manqo qoxusunu basır, yoxsa atardım bunu bir kənara. Düzü, yağlı saçlarım olduğundan təmizləyib balanslaşdıran şampun aldım, neyləyək ki, manqo belədi:/ Ümumiyyətlə, saç bədən məhsullarında sitrus qoxularını sevmirəm və bura beləcə yazıram ki, sonra ağzımın suyu axıb nəsə alanda yadıma bu post gəlsin:D Amma təmizləməsi və balanslaşdırmasından çoox razıyam! Bax elə bu gün dərslərdən baş açıb çimməməyimin 3-cü günüdü, saçlarımda yağdan əsər-əlamət yoxdu:D (Ağ eləməyib axşam çiməcəm, qorxmayın xD) Saçlarıma bir növ canlılıq da qatıb desəm, yanılmaram:D Bir sözlə, qəşəng və məsləhətlidi;) İmkan düşsə, yenə alacağım məhsuldu.
Saç buğuna gəlincə, o da başqa aləmdi. Qoxusunu uzuuun müddət saxlayır, yaxşıca nəmləndirir. Makadamiyanın ətri üçün ürəyim getdi! Bunun şampunu da super olar! Dediyi hər şeyi edir bir sözlə və qurudan yay günlərində nəmlilik mənbəyidi deyə bilərəm.
Hə, qızlar, bu həftəlik bu qədər:) Sizə xoş bazar günü istirahəti diləyirəm. Tələbələrə də Allah səbr, güc və həvəs versin ki, imtahanları keçsinlər:D Öpüldünüüzz:**

4 comments:

Unknown said...

bitanecim avon ürünlerinden tamamen soğumuştum ki postunu okudum aynen saçlarımı canlandıracak bi,şeylere ihtiyacım var temsilciye denk geldiğim gibi kremini edinecem bu ürünün şampuanlar konusunda tedirginim ama:)hiç bir şampuan blendaxı egale edemedi gözümde:)

Eva said...

:D Ben de tedirgin halde kullandim bu urunu, ama gayet hos bi sey, ozelikle Macadamia findiklisi cok guzel, o hair mistin kokusu hala saclarimda:D Nasil istersen o zaman, umarim memnun kalirsin, canim :)

candy1990 said...

mende avon mehsullarinin kosmetikasi barede xow sozler deye bilmerem,amma saca qulluq ve esas da bir seriya var sehv etmiremse planet spa butun mehsullari superdi,asas da beden ucun mus var o, bacarsan 1 defe istifade et>>>

Eva said...

Aha, duz diirsen, makiyaji ele bir sey deyil. He, Planet Spani bilirem, helelik palciq maskasini sifaris vermisem, 1aydi gelib cixmayib helem:D Hmm, beden ucun o musa baxaram, tovsiye ucun tesekkur ;)