Səhifələr

4/16/2011

Booty 290 - NotD

Fikir verdim ki, blogumda dırnaq boyalarına çox az yer verilibdi, odur ki, bu gün çoox sevdiyim Booty markalı laklardan (;)) danışmaq istəyirəm. Düzü, Ankarada mağazalarda rast gəlməmişəm ona, bu cicini də Bakıdan almışam, yadigardı yəni:D Beatrice mağazasından 1.40AZN qiymətinə almışdım və ümidlərimi çoox doğrultdu. İndi danışacağım ağ-çəhrayı qarışıq bir rəngdi, parlaqdı, donuq deyil. Aşağıda az-çox rəngini göstərməyə çalışmışam:

Sürtülməsi çoox rahatdı, piqmentlidi, aşıb-daşmır dırnaqlardan (!). Mənim kimi, dırnaqları baxımlı olmayan bir qız üçün qurtarıcıdı bir sözlə:D Bir az qatı toxuması var. Sevərək istifadə edirəm. Bunun qırmızısı haqqında da yazacam, əzizlərim, o lap dəhşətdi:D Hələliksə öpürəm sizləri, xoş həftə sonu diləyirəm :):**

2 comments:

candy1990 said...

yazilarin ucun cox darixiram,bira az tez tez yazsan lap sevindirersen bizi)))

Eva said...

Hehe, çoox sağ oool səmimiyyətinçün, Candy:D Mən də darıxıraaam sizinçün yazmaqçün :((bu aralar imtahan sessiyasıdı, səhər yaza bilmirəm, amma bu gecə qəşəng yazı gələcək:)