Səhifələr

3/25/2011

Aura Kosmetikası: Meyvəli ənlik - şaftalı fışıltısı

Cheapsmells faciəsi haqqında bu yazımda danışmışdım. Birinci sifarişlərim gəlib çatmamış şaftalı rəngli Aura ənliyini görüb, tezz aldım. Cici qutusunda gəldi:

Qutunu açdıqda, iyrənc Aura makiyaj astarı təcrübəmə əsaslanaraq, ümidlərimi kəsmişdim. Amma bu ənlik məni yanıltdı. Əsl istədiyim rəng və piqmentliliyə malikdir:

Fləşlə çəkdim ki, içində azacıq parıltıları görə biləsiniz. Balaca olsa da, rəngi elə yaxşı verir ki, uzun müddət istifadə edəcəyimə əminəm. Fırçanı xəfif batırmaq bəs edir. Gördüyünüz rəng bir az tünd görünür, amma mərcani-portağal rəngindədir. Golden Rose terracottamdan sonra bu şirinə də sevimlimə çevrildi. Qiyməti də çox ucuz idi, 2-3 funt sterlinqə olardı, indi cheapsmellsdə görmədim, hər halda, qısa zamanda gətirilər. Aşağıda əlimi bir dəfə vurmaqla alınan rəngi göstərirəm:



Almacıq sümüklərinə paylayaraq, təbii utancaq (!) görünüş yaratmaq olur. Dərimin rəngi bir az tünd olduğundan çəhrayı ənliklər məndə çooox süni durur, onun üçün belə şaftalılar blushing effect (utancaqlıq effekti) yaratmaqda birəbirdir:D Neçə vaxtdı, bu günəşli yaz günlərində əlim bu ənliyə gedir ^^ Bəs siz Aura kosmetikasından nəyisə sınaya bilmisinizmi? Nələri tövsiyə edərdiniz?

2 comments:

candy1990 said...

cox maraqli geldi,internetden zakaz etmisen???

Eva said...

Aham, cheapsmells.com saytından. Düzü, bu saytdan aldığım əvvəlki şeylər elə yaxşı çıxmadı, amma bu ənlik çaşdırdı məni:D