Səhifələr

3/16/2011

Avon aksesuarları: Beata çanta + fırçalar + üzük

Çoxdandı fırçalarımı yeniləmək istəyirdim və Avonun 3-cü kataloqundakı endirimli fırçaları qaçırmaq istəmədim. Elə gəlmişkən, 10TL-ə bu şirin çantanı da aldım, üzük isə laap çoxdankı Avon bazarlığımdan qalmadı. Aksesuarlardan danışmışkən, onu da əlavə etdim:D



Avon fırçalarını çox sevirəm! Çox yumşaqdı, üzü incitmir və tüklərini tökmürlər. Yumaq da rahatdı. Qiyməti də münasibdi, başqa nə istəyək:D Aşağıdakı şəkildə, soldakı ikiuclu göz kölgəsi fırçası, sağdakı isə tonal krem fırçasıdı. Göz kölgəsi fırçası göz qapağına kölgəni çəkmək üçün uyğundur, konturlamaqda da istifadə edilə bilər, çox toppuş deyil. Digər ucundakı süngəri isə kölgəni dağıtmaq üçündü. Tonal krem fırçası isə inanılmazdı! Tonal kremi özündə saxlamır, azacıq tonal krem bəsdi ki, bütün dəriyə yaysın. Gördüyünüz kimi, işlətmişəm, hələ yumamışam amma:D
Aşağıdakı göz kölgəsi fırçası (yaxından): Qiyməti 3.00TL



Bu da, tonal krem fırçası (yaxından): Qiyməti 4.80TL.



Aşağıdakı cicilər də əsl bahar dəbinə uyğun cıqqılı çantam və şirin güllü üzüyüm:D

Bəs sizin sevimli Avon aksesuarlarınız hansıdı? Nələri tövsiyə edərdiniz?

11 comments:

Afaq said...

Evaaa, AVOn firmasinin mallari bizde satilir??? bi de men balzamlar barede melumatin var? eger sinaqdan kecirmisense hansi balzam daha yaxsidi sac ucun??

Eva said...

Afaa, Bakıda Avonun rəsmi satışı edilmir, Rusiyadan qanunsuz olaraq əl-əl gətirilir və çox baha qiymətə satılır facebook vasitəsilə. Sən Avon Türkiyənin onlayn kataloquna bax, xoşuna gələn bir şey olsa, sənin üçün alaram mən ;) Naturals seriyasini tərifləyirlər Avonun, sifariş vermişəm, burada o haqda post yazacam;) Saç balzamını nə üçün istəyirsən? Saçı qidalandırsın, parlatsın, gücləndirsin, qırıqları bərpa etsin, yoxsa qalınlaşdırsın?:)

Horizon said...

aha kataloqa baxib deyerem :)
bilirsen..ele hem qiriqlara gore, hem de ki sacimi yuyram , bizimsular da coddu axi :D balzam istifade tmek istirem ki parildasin, ipek kimi olsun:D gor neynirsen :D

Eva said...

:) İpək kimi olmasını istəyirsənsə, maskalar da kömək edər. Elidorun parlaqlıq şampunu da yaxşıdı bu baxımdan, mama çox razıdı:D Bu haqda araşdırıb post yazaram specially for you ;)

Horizon said...

caaan, thanks gozleyecem :) :*
maskalar barede bilirsense onu da yazarsan :D :D

Horizon said...

yo, shampun ancaq head and shoulders isledirembasqasi olmaz, basqasin isleden kimi basimda kepek artir :D :D balzamlar haqqinda yazsan supa olar:) gozleyecem canimmmm :)

Eva said...

Aha, mən də Head and Shoulders işlədirdim, elə sənin kimi, onu buraxanda kəpək düşürdü. Özümü başqasına elə öyrəşdirdim ki, day düşmür kəpək zad. O keçid müddətini keçmək lazımdı:) Ok, balzamlar və maskalar haqqında yazı coming soon, dear;)

Unknown said...

ayyy çok ciciler ben böle cicileri görünce çok heyecanlanıyorum güle güle kullan tatlım:)

Eva said...

Teşekkür ederim, canim :) Bahara böyle hazırlanıyoruz :D

candy1990 said...

qizlar men Avonda en cox SPA planet seriyasi olan mehsullar coox yaxwidi,iwletmiwem cox da raziyam..

Eva said...

Həə, Candy, SPAya mütləq baxmaq lazımdı:mən təzəcə SPA-dan maska sifariş vermişəm, gəlsin görüm nətər şeydi:) Yeri gəlmişkən, sən Avonu Rusiyadan alırdın? Qiyməti necədi orda?