Səhifələr

3/01/2011

The Body Shop 2011 yaz kolleksiyası

BƏLİ! Gözlənilən an gəldi! Martın ilk günü və od çərşənbəsinin sevinci ilə sizə TBS-dən xəbər gətirmişəm. The Body Shop Londonun Moda Kolleci ilə işbirliyi sayəsində yaradılmış məhdud buraxılış olan "Moda ilə Fırçala" ("Brush with Fashion") yaz kolleksiyasını artıq satışa buraxdı. Keçən həftə artıq Türkiyədə də TBS mağazalarında bu şirinələr görünməyə başladı. Təbii, saf və keyfiyyətli xam maddələrdən hazırlanan və heyvanlar üzərində test edilməyən TBS-lər həmişəki kimi böyük marağa səbəb oldu.


Digər kolleksiyalarda olduğu kimi çox məhsuldan ibarət olmayan "Moda ilə Fırçala"nın qablaşdırması Londonun Moda Kollecinin istedadlı tələbləri tərəfindən hazırlanmış və işləri bəyənilmişdir. Aşağıdakı şəkillərdə bu kolleksiyanın göz kölgə dəstini, üz astarını və yanaq rəngləndiricisini;
burda isə dodaq baxım məhsullarını - fırçalı dodaq parıldadıcılarını görə bilərsiniz.: çəhrayı Krem 01 və Şirəli Ərik 11.
Şirindilər, elə deyilmi?:D Yaz bitmədən bunları sınaqdan keçirməyi çox istəyirəm. Ümidvaram, nəsib olar və sizə gözəl bir postla geri qayıdaram;) Hələlik isə özünüzdən muğayat olun ;)

P.S. Şok bir xəbərdən sonra özümə gəlməyə çalışıram. Türkiyə hökümətinin verdiyi qərar görə, artıq bütün blogspotlar bağlanacaqmış. Çox təəssüf edirəm... Əgər bir gün blogumu oxuya bilməsəniz, bunun səbəbi aydındı artıq...

6 comments:

Afaq said...

hmm..shirin gorunuller :) olurem de kosmetikanin qablarindan otru :D
aaa ne piisss baglanacaq??:(( nece ki? butun bloqlari?? bizim bloqlar da?? :D :(

Eva said...

Həə e demə :D qablarına görə alaram ele bunları :D
Hə, dear, ancaq Türkiyədən işlədilən bloglar bağlanacaq, yəni sizinlə əlaqəsi yoxdu:) Türkiyədən yazılan bloglar bağlanacaq. Əvvəl Youtube indi də bu! Bizdən betərdi bunlar, can. Şükür eləyək:D

Afaq said...

hee:) dordan kosmetika qablari ele celb eliyir ki meni ..ozunden cox qablari lezet eliir :D hmm...aydaa istemeremee senin bloqun baglansin..cox sey oyrenirem :( :D

Eva said...

:) Dəstəkçün sağ ol, Afa, amma bağlananda hamınkı birdən gedəcək bir ovuc qanunsuz futbol yayımlayan bloggerin sayəsində...

Afaq said...

hmm.. :/ Eva, bugun ise gedende bir gozellik salonu gordum adi EVA idi lool :DD yerine dusubee lap.. :D blog-uvu bagliyacaqlar, ama enenelerin o salon sayesinde yasayacaq :DDD lool

Eva said...

:D Görürsən, hər şeydə xeyir var:P Sən də məzələnmə daa:D