Səhifələr

3/04/2011

Maybelline Define-A-Lash Həcm Tuşu

Əvvəlki postlarımda da qeyd etdiyim kimi, tuşum çürüməyə üz tutmuşdu. Mən də tuşsuz qalmayım deyə (Flormarım bacıma getdi:D) otaq yoldaşımın məsləhəti ilə Maybelline-dən almağa qərar verdim. 15 TL verdiyim çox bahalı olmayan Define-a-lash üstündə yazılanı kifayət qədər sübut etdi:

Tuşda axtardığım şey kirpiklərimi yapışdırmaması və tək-tək ayırmasıdı. Digər xüsusiyyətlər elə də əhəmiyyət kəsb etmir. Bu tuşu da bu adla aldım və doğrudan da, əyilib-düzələn, elastik fırçası ilə kirpikləri bircə zərbədə ayırır və uzadır. Gözlərim BÖM açılmış kimi görünür və çox xoşuma gəlir bu effekt:D rəng verməsi də ortadır.


Fırçası toppuş deyil, xırda tükləri kirpikləri yapışmağa qoymur. Normal qiymətə belə xüsusiyyətlərə malik tuş istəyirsinizsə, almağa dəyər. Düzü, Bakıda hələ görməmişəm, amma görən olsa, mütləq bildirsin. Böyük kəşf olar:D Uğurlar olsun;)

2 comments:

candy1990 said...

men de bu tuwu moskvadan almiwdim,bakida hele yoxdu,onu deyim ki, maybelline voluma collasal da cox yaxwidi demek olar must havelerimden biridir

Eva said...

Həə, Maybelline niyəsə Bakıya gətirilmir:/ Aha, çox sağ ol tövsiyə üçün, mütləq baxacam:)Növbəti hədəfim Maybelline Falsies Volum Expressi ələ keçirdikdən sonra:D