Səhifələr

3/13/2011

Suyadavamlı gel göz layneri EG09 Parlaq ağ - ebay alış-verişim

Kompüterin qabağında otura-otura onlayn alış-verişə yaman aludə olmuşam. Xoşuma gələn çox şeyi demək olar ki, almışam, indi də qənaət etməkdən dağılıram:D Keçən həftələrdə ebay.com saytından gel göz layneri axtara-axtara tapıb aldım. 6.49 dollara və pulsuz göndərişlə əldə etdim bu cıqqılını:

Cəmi 3 qramdı, amma gel toxumalı olduğundan uzun gedəcəyini gözləyirəm. Parlaq, şəffaf ağ rənglidir və barmağımla göz kölgəsi astarı kimi göz qapaqlarıma və göz bulağıma çəkirəm. Effekti super! Təəsüf ki, göz makiyajımın şəkillərini bəzi səbəblərdən qoya bilmirəm bura, amma bu göz layneri ilə bir səviyyə artmışam göz makiyajımda:D Layner olduğundan, göz layneri fırçanızla kirpik xəttiniz boyunca da çəkə bilərsiniz. Xəfif işıltı verəcək. Xumar (smokey) göz makiyajı yaratmaqda əladır - qara gecə paltarı + xumar göz makiyajı, çəhrayı pomadaa O_o Adı-familiyası təəssüf ki, yoxdur bu göz laynerin. Elə ebay-dəki celia-makeup mağazasından ala bilərsiniz. Fərqli rəngləri də var, amma astar kimi istifadə etməyi düşünürsünüzsə, bu EG08 sizin üçündür.

Əlimdəki fləşsiz çəkdiyim svoçdan parıltılar yaxşı görünmür, amma zərli ağlı görünüş verir. Tək problemi - təbii ki, astar kimi uzun müddət sabit qalmır. Mənim kimi, yağlı göz qapaqları olanlara bildirilir! :) Öpücüklər:*

4 comments:

candy1990 said...

mence bu MACdi,mende bunun qarasi var,amma Bobbi Browuna da biraz oxwatdim

Eva said...

Yoo, to4no MAC deyil, Candy:D Bu mağazanı ebay-dən tapdım, birbaşa zavoddan çıxarırlar malı, ebaydə özləri satır və bir çox markalara göndərirlər, sonra onlar üstünü bəzəyib həmin marka adı altında bazara çıxarırlar. Bəlkə MAC elə bunlardan alır:D

candy1990 said...

o saticini nezere aldim)))

Eva said...

Gör neyniisən ;))