Səhifələr

5/07/2011

Ətir kolleksiyam

Yazın gəlməsi ilə qoxulamaq istədiyimiz iylər də dəyişir :) Ətirləri, ümumiyyətlə, xoş qoxan hər şeyi sevən bir insan kimi ətir kolleksiyama demək olar ki, bu, son aylarda bir çox yeni ciciləri əlavə etmişəm. Ətir notlarından asılı olaraq, qış, yaz-yay, səhər və ya axşamlar ətirlərim də dəyişir. İstədim sizə ətir kolleksiyamı göstərim və sizə maraqlı gələn ətirlərindən danışım. Ümumiyyətlə, çiçəkli, çiçəkli-meyvəli, şirin və vanil əsaslı qoxular favorimdi, oriyental, ya da müşklü qoxulara üstünlük vermirəm, ürəyimi qaldırır :/ Bu da mənim kiçik ətir kolleksiyam:

Burada yaz-yay, həm də qış ətirlərim öz yerlərini tapıb. Bircə Chloe ətrimi çəkmək yadımdan çıxıb:/ Deməli, canlarım, hansı ətirdən yazmağa başlamağı qərarlaşdıra bilmədiyim üçün seçimi sizə buraxıram. Sağdan sola ətirlərin adını nömrələrlə qeyd edəcəm və hansı ətir haqqında ilk əvvəl oxumaq istəsəniz, şərh olaraq haqqında oxumaq istədiyiniz ətrin nömrəsini yazın. Sorğu kimi də sağ menyuda haqqında oxumaq istədiyiniz ətrə səs verin. Hər həftə bir ətirdən danışacam və sıralama sizin səs vermənizə əsasən olacaqdır. Ətirlər haqqında həm rəsmi veb saytlarındakı məlumatla, həm də burnumun aldığı qoxunu ən yaxşı formada təsvir etməklə sizlərə çatdırmağa çalışacam. Təklif və istəklərə hər zaman açığam :) Elə isə bu da sağdan sola sıralanan ətirlərim:

1. Vanilla EDT by The Body Shop
2. Pur Blanca EDT by Avon
3. Wish of Love EDT by Avon
4. Beach Party EDP by La Rive
5. Fancy EDP by Jessica Simpson
6. Amour EDP by Kenzo
7. Elvie EDT by Oriflame
8. Simply Because For Her EDT by Avon
9. Chloe EDP by Chloe (burda olmayan)

Cavabınızı gözləyirəm :)

6 comments:

Unknown said...

Kenzodan memnun musun bana çok ağır gelmişti orta notalarının çok güzel olduğunu sölemişti satıcı kız ona inanmıyorum tabiki,sence öle mi canım:)

Eva said...

Canim benim, bende olan Kenzo Amour, bence bunu mutlaka denemelisin eger cicekli kokulari seviyorsan! Kenzo Floweri tam olarak hatirlamiyorum, yanilmiyorsam, pudramsiydi, ama Amour tam bir ask ve ferahlik kokusu! Gercekten seve seve kullaniyorum. Ayrica, bu parfumleri istediyin sekilde siralayarak ilk onlar hakkinda yazi hazirlamama yardimci ola bilirsin:)Oylama sagdaki menu barda ve ya commentine harfleri siralayarak yaza bilirsin ki, daha genis sekilde yazayim istedigin koku hakkinda :)

Unknown said...

hemencecik oyumu kullanıyorum canım:)

Afaq said...

Eva, 1-ci :D ama eslind emneimcun ferqi yoxdu, hamisi haqqinda oxumaq maraqli gelecek,hem etir delisiyem ona gore hem de bele gorurem ki seninle etir zovqumuz ust uste udusr, men de cox sevirem cicekli,meyveli, sirin, vanil qoxulu etirleri :D odur ki, hansini birinci yazsan boyuk hevesle oxuyacam dear :***

Afaq said...

bi de Eva, bunlardan hansisa Azerbaycanda var yoxsa bilmirsen ??

Eva said...

@Benden Biseyler, hadi bakalim, canim benim:D Goreyim seni;)

@Afaq, coox sag ool, Afa, destek ucun:D Demeli, bunlardan Kenzo, Chloe ve Oriflame'den Elvie var Bakida, Avon to4no olmamalidi, ye'ni parfumeriyalarda satilmir, amma oxudugum forumlarda 28 mayda keciddeki dukanlardan tapib camaat. TBS de to4no yoxdu, Jessica Simpsonun Fancy'sini maraqlanmamisam Bakida, ama oyrenib qeyd ederem postumda ;)