Səhifələr

5/17/2011

Ətir təqdimatı: Kenzo Amour

Avroviziyada qələbə, universitetdə 1-ci yarımfinal imtahanlarını vermək demişkən, sevinc sevincə qarışdı:D Hamımız bir daha gözəl qələbə münasibətilə təbrik edirəm və xarici qonaqlarımızı gələn il Bakıda görməyə şad olacağımızı bildirmək istəyirəm:) Elə isə bu günü ətir postu ilə qeyd edək:) 
Xatırlayırsınızsa, sağ küncdəki ətirlərə səsvermə sırası ilə hər həftə biri haqqında yazacağımı bildirmişdim. Səslər bir-birinə yaxın olduğundan və artıq az qalsın 1 həftənin sonuna çatdığımızdan, ən çox səs yığan birinci ətir - Kenzo Amourdan başlayım dedim. Qarşılayın:


2009-cu ilin dekabr ayında çox qiymətli keçmiş bossum tərəfindən hədiyyə edilmişdi. Ətir siyahımda ilk yerləri Fancy və Vanil TBS ilə bölüşür. Bildiyiniz kimi, Kenzo yapon əsilli markadır, geyim və ətirləri ilə yüzlərlə qadının sevimlisidir. Xüsusilə, Bakıda yaxşı fanat kütləsi var :)
Rəsmi məlumat nə deyir: Kenzo Amour 2005-ci ildə yaradılmışdır. İçindəki notlara gəlincə:
Üst notlarda: frangipani, heliotrop,
Orta notlarda: ağ çay, yapon vişnə çiçəkləri
Alt notlarda: Çin vanili, müşk

Mən nə deyirəm: Kenzo Amour əsl yaz-yay ətridi! Bu qoxuda duyduğum pudralı çiçəklər, çiçəklər və çiçəklərdir:D Qapağını açan kimi çiçəkli, xəfif qoxusunu dərhal duyursan. Qutusunun üstündəki eşq quşu da çoox şirindii:)

Baş ağrıtmır, ağır deyil və konkret gündüz, ya da gecə ətri kimi xarakterizə etməyəcəm, sərin yaz-yay axşamları da çiçəklərinizlə hamını heyran edə bilərsiniz. Bu ətri iyləyən kimi həmişə avtomatik gözlərimi yumuram - niyəsə məni çoox uzaqlara dartıb aparır, özümü təravətli və rahat hiss etdirir. Hansı gülün gücüdü bilmirəm, amma onu bilirəm ki, şirin vanil və yapon sakurası öz işlərini yaxşı görür bir yerdə:)Məndə çox gözəl xatirələri var bu ətrin, artıq dibinə az qalmışam, dəfələrlə alacağım bir qoxudu. EDP olmasına baxmayaraq, 7-8 saatdan çox qalmır, o qədər xəfifdi ki, bunu da gözləmək olardı:)
Qiymətinə gəlincə, özüm almadığım üçün xəbərim yoxdu, amma cheapsmells.com-da 30 ml-100 ml qiymətləri 46.39 USD-87.51 USD arasında dəyişir ki, marka ətir olaraq, olduqca uyğun qiyməti var. Orijinallığına gəlincə, qutunun altına qazılmış Kenzo işarəsinə diqqət yetirin. Saxta ətirlərdə bu, olmur:




Çiçəkli-təravətli yüngül ətirləri sevirsinizsə və ya bu isti yaz-yay günlərində belə bir şey axtarırsınızsa, Kenzo Amoura diqqət yetirməyi unutmayın. Seviləcək, həqiqətən də eşqi xatırladan bir ətri əldən verməyin:) Sizi Kenzo Amourun reklamı ilə baş-başa buraxıb ətrimi sıxmağa gedirəm, əzizlərim:D Hamınız öpüldünüüzz:***

4 comments:

HobiCafe said...

Eurovision'daki başarınızdan dolayı ben de tebrik ediyorum sizleri..Harikaydınız!
Sevgiler

Eva said...

Tesekkurler, HobiCafe'ciim ^^ Gelecek sene Bakuye bekleriz :)

Benden Bişeyler said...

ben bu parfümle sorunumu keşfettim üst notalarını sevmemişim:)parmaklarına klavyene sağlık canım:)

Eva said...

Canimciim, hmm, pudrali kokulari sevmiyorsun o zaman :)