Səhifələr

5/03/2011

Təzəcə bitirdim #2

Aprel ayı da işıq sürətilə bitdi! May ayı və ən gərgin zamanlar başladı - imtahan və proyektlər:D Allah hamımıza səbr və güc versin :) Keçək bu ay dibinə daş atdığım məhsullara:

Yenə dəriyə qulluq məhsullarım öndədi:D

Rexona Ətir Kolleksiyası Seksual: İllərdir dəyişməyən anti-persipirant spreyim. Yeniyetməliyimdən bəri Rexonaçıyam və ondan daha yaxşı mənim kimi çox tərləyən insanı darda qoymayan yoxdu! Fragrance Collection adı ilə satışda olan yeni seriyasını isə çox bəyənirəm. Seksualın ətri çiçəkli, şirindi. İndi Xoşbəxt (Happy) növünü almışam, o daha çox sitrus tiplidi, yaz-yay üçün idealdı.
Olay göz makiyajı təmizləyici: Nə dəyim, mənim bir nömrəli göz makiyajı təmizləyicim. Çıxartmadığı qələm, tuş, kölgə yoxdu! Gözüm həssas olduğundan acılandıra bilirdi, amma təmizliyi super. Almağa dəyər. Fürsət düşsə, yenə alacağım məhsuldu.
Oriflame Loves me duş geli: çobanyastığılı bu şirinəni sevə-sevə işlətdim. Qeyri-adi xüsusiyyəti yoxdu, normal xoş qoxulu gel axtarırsınızsa, almaq olar, qoxusu qalıcı deyil təəssüf ki.
Stila rəngli nəmləndirici SPF 15: İlk faciəvi onlayn alış-verişimdən qalan bu köhnəlmiş Stila nəmləndiricisi üzümdə civzə yaratdığı üçün atmalı oluram. 1-2 dəfə çəkdim ki, bəlkə köhnə deyil, amma təəssüf ki, üzümü sızanaq basanda son istifadə müddəti keçmiş məhsul olduğuna tam əmin oldum. Bu nəmləndirici haqqında əslində çoox yaxşı şeylər oxumuşdum, təəssüf ki, cheapsmells.com göndərdiyi köhnə Stila məhsulu ilə olan qalan Stila həvəsimi də öldürdü. Risk edim almaram da:D

Bu da mənim apreldə bitirdiklərim, canlarım! Bəs sizin apreliniz necə keçdi? Maya hazırsız? :)

No comments: